Təkliflər nə olursa olsun, Ukrayna Donbasdan imtina etməyəcək
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner Ukraynada münaqişənin həlli ilə bağlı iki əsas təklifin müzakirə edildiyini bildirib.
Birinci təklif münaqişənin dondurulmasını, atəşkəsin əldə olunmasını və sülhün təmin edilməsini, ikinci təklif isə Ukraynanın bütün Donbas ərazisindən faktiki olaraq imtina etməsini, bunun əvəzində NATO-ya tamhüquqlu üzv olmasını nəzərdə tutur.
Bəs Ukraynanın Donbasdan imtina etməsi mümkündürmü?
Mövzu haqqında Redaktor.az-a danışan politoloq Azər Qasımovun sözlərinə görə, Ukraynanın Donbasdan imtina etməsi ancaq referendum yolu ilə ola bilər ki, bu da Ukrayna Prezidenti Volodimir Zelenskinin də qeyd etdiyi kimi, məğlubiyyət anlamına gəlir:
"Beş il müharibədən və artıq müharibədə dönüş yarandığı bir durumda Ukrayna xalqı və dövləti buna getməz.
Qeyd edilən təkliflərin isə heç birini qəbul etməzlər. Birinci təklif heç bir konkret nəticə əldə etmir. Ona görə də Rusiya bunu qəbul etməz. Görünən odur ki, bu təklif Ukraynanın şərtləridir. İkinci təklifi isə Rusiya verib. Bunu da Ukrayna qəbul etməz. Amma orada Ukraynanın NATO-ya üzvlüyü yox, ABŞ və Avropanın Ukraynaya NATO-nun beşinci maddəsi şəklində müdafiə olunması qarantiyası verməsindən söz gedir".
Siyasi şərhçi hesab edir ki, təkliflər nə olursa-olsun, Ukrayna Donbasdan imtina etməyəcək:
"Bunun üçün kimsə Ukrayna tərəfdən tarixi məsuliyyəti öz üzərinə almayacaq. Rusiyanın sözünə də etibar etmək olmaz".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 26 Noyabr 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















