Icma.az
close
up
RU
Təl Əviv Ankaranı kənarda saxlayan yeni regional ox qurur ŞƏRH

Təl Əviv Ankaranı kənarda saxlayan yeni regional ox qurur ŞƏRH

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrailin məqsədi Hind-Sakit okeanını Yunanıstan və Kipr vasitəsilə Şərqi Aralıq dənizi ilə birləşdirməkdir.

“Azərbaycan İsrail Parlamentinin Türkiyə əleyhinə “erməni soyqırımı” qətnaməsinin qarşısını aldı. Ancaq İsrailin Türkiyənin maraqlarına zidd olan bir başqa fəaliyyəti də var. İsrail Müdafiə Nazirliyinin baş direktoru Amir Baramın avqustun 5-də ölkəsinin yeni təhlükəsizlik konsepsiyasını təqdim edib. Buna görə İsrail, Yunanıstan və Kipr (Yunan) Respublikası Birləşmiş Ərəb Əmirlikləri üzərindən Hindistana uzanan tərəfdaşlıq oxu formalaşdırmalıdır”. 

Bunu Sherg.az-a Politoloq Elxan Şahinoğlu deyib.

O, bildirib ki, Birləşmiş Ərəb Əmirliklərinin tərəfdaşlıq konsepsiyasına daxil edilməsi İranın bu ölkəyə hücumları fonunda İsraildən aldığı hərbi dəstəklə əlaqələndirilir:

“ Yeni konsepsiya adı çəkilən ölkələr arasında müdafiə, texnologiya, maliyyə və qlobal logistika sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutub. Türkiyə və Misir əməkdaşlıq formatının kənarındadır. İsrailin məqsədi Hind-Sakit okeanını Yunanıstan və Kipr vasitəsilə Şərqi Aralıq dənizi ilə birləşdirməkdir. İsrail Hindistanla strateji tərəfdaşlığı gücləndirib, iki ölkə hərbi sahədə əməkdaşlıq edir, müdafiə xarakterli ortaq layihələr reallaşdırırlar. Amir Baram İsrail-Hindistan hərbi tərəfdaşlığının müəlliflərindən sayılır. O bu ilin iyun ayında Hindistana səfəri zamanı hərbi əməkdaşlığın genişləndirilməsi mövzularını müzakirə edib. Amir Baramın fikrincə, yeni çərçivə İsrailin ABŞ ilə ittifaqını əvəz etməməli, hərbi, iqtisadi, texnoloji və sənaye əməkdaşlığını birləşdirərək onu tamamlamalıdır. Müzakirələr ənənəvi silah köçürmələrindən kənara çıxaraq birgə inkişaf, texnologiya paylaşımı və uzunmüddətli strateji uyğunlaşma istiqamətində ikitərəfli müdafiə və sənaye əməkdaşlığının genişləndirilməsinə yönəlib. Stokholm Sülh Araşdırmaları İnstitutunun araşdırmasına görə, İsrailin 2021-2025-ci illərdə müdafiə xarakterli ixracının 29 faizi Hindistanın payına düşüb. Ümumilikdə İsrail 4 il ərzində müdafiə xarakterli ixracından 71 milyard dollar əldə edib”. 

Analitik qeyd edib ki, İsrail Hindistanla yanaşı son illərdə Yunanıstan və Kipr Respublikasıyla ittifaqı gücləndirib:

“Birləşmiş Ərəb Əmirlikləri də işin içindədir. Hindistandan başlayaraq, Yaxın Şərq üzərindən Avropaya qədər uzanan yeni nəqliyyat dəhlizi olan İMEC İsrailin də iştirakını ehtiva edir. Bu Çinin “bir kəmər, bir yol” layihəsinə alternativdir. İMEC layihəsində rollar bu şəkildə bölüşdürülüb: İsrail və Hindistan texnologiyalara və hərbi yeniliklərə, Birləşmiş Ərəb Əmirlikləri maliyyə və logistikaya, Yunanıstan və Kipr Respublikası isə Avropaya çıxışa cavabdehdirlər. Ancaq yeni layihənin reallığa çevrilməsi üçün Yaxın Şərqdə sabitliyin bərqərar olması vacibdir. Bölgədəki silahlı qruplar, o cümlədən Yəməndəki husilər nəqliyyat layihəsini əngəlləyəcək gücdədirlər. Digər tərəfdən İMEC layihəsinin işlək olması üçün Səudiyyə Ərəbistanın da prosesdə rol alması vacibdir. Səudiyyə Ərəbistanı isə hələ ki, İsraillə ortaq layihədə iştiraka hazır deyil”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Avqust 2026 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see754

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see488

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see288

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see288

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see273

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see263

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see259

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see256

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see252

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see238

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see226

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see214

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see214

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see214

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see208

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see207

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see206

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see200

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri