Icma.az
close
up
RU
Geosiyasi transformasiyanın MƏRKƏZİ: Bakı Təl Əviv və Ankaranı masa arxasına DƏVƏT EDİR?

Geosiyasi transformasiyanın MƏRKƏZİ: Bakı Təl Əviv və Ankaranı masa arxasına DƏVƏT EDİR?

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Görüş baş tutarsa, yaxud müəyyən bir rabitə olarsa, bu, İsraillə Türkiyə arasındakı gərginliyin azalmasına böyük töhfə olacaq”.

Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rafail Becanov deyib.

O, İsrailin baş naziri Benyamin Netanyahunun və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramının üst-üstə düşməsinin iki ölkə arasındakı münasibətlərin tənzimlənməsində Bakının mümkün vasitəçilik rolundan danışıb.

Siyasi şərhçi bildirib ki, rəsmi Bakı bir çox hallarda fərqli baxışlar, hərbi və siyasi münasibətlərin gərgin olduğu dövlətlər arasında müzakirə yeri olub:

“ABŞ və Rusiya Baş Qərargah rəislərinin də Bakıda görüşləri olub. Bu zaman iki ölkə arasında gərginliyin azaldılması, müəyyən hərbi risklərin qarşısının alınmasını müzakirə edilib. Qarşıdurmaların, hərbi eskalasiyanın artdığı müasir dünyada Bakı sülh mərkəzlərindən birinə çevrilib. Bu da Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin beynəlxalq nüfuzu, uğurlu siyasətinin nəticəsidir”.

R. Becanov xatırladıb ki, yaxınlarda İsrail və Türkiyə nümayəndələrinin iki ölkə arasında mövcud gərginliyin azaldılması ilə bağlı Bakıda görüşləri keçirilib, danışıqlar aparılıb:

“Antalya Diplomatik Forumunda da Azərbaycanın İsraillə Türkiyə arasında vasitəçiliyinin olması səsləndirildi. Türkiyə və İsrail arasında gərginliyin azalması, iki ölkənin maraq toqquşmalarının fikir uzlaşması ilə əvəz olunması bir ölkə olaraq maraqlarımıza cavab verir. Türkiyə və Azərbaycan “bir millət, iki dövlət” prinsipi ilə hərəkət edir. Bizim münasibətlərimiz müttəfiqlikdən də ötədir. Bütün məsələlərdə eyni hərəkət edirik. İsrail də Azərbaycanın ən yaxın dostu, haqq işimizdə yanımızda olan ölkədir. Bizi dəstəkləyir, münasibətlər isə çox yüksək səviyyədə qurulub. Bu baxımdan, təbii ki, iki ölkə arasında münasibətlərin normallaşması, gərginliyin azalması, fikir ayrılıqlarının uzlaşdırılması maraqlarımıza daxildir”.

Analitikin fikrincə, Netanyahu və Ərdoğanın səfərlərinin üst-üstə düşməsində bir mistika yoxdur:

“Azərbaycan qlobal dünyada əsas söz sahiblərindən birinə çevrilən ölkədir. Bu imici qazanmaq uğurlu diplomatiyanın, qarşılıqlı etimad əsasında formalaşan münasibətlərin nəticəsidir. Azərbaycan Şərqlə Qərb, Cənubla Şimal arasında birləşdirici və əsas təkanverici ölkə statusundadır. Reallıqdır ki, bu gün Azərbaycan artıq dünyanın sülh mərkəzlərindən birinə çevrilib. Eyni zamanda, regional lider dövlət olaraq, yaxın və uzaq regionda baş vermək ehtimalı olan qarşıdurmaların danışıqlar yolu ilə həll olunmasında əsas vasitəçilərdən biridir. Danışıqlar, görüşlər üçün əlverişli məkan olmasının digər mühüm səbəblərindən biri də sülhün qorunması, gərginliklərin azaldılması üçün vasitəçilik səylərinin uğurla aparılmasıdır”.

“Bakıda Ərdoğanla Netanyahu arasında publikaya açıq olub-olmamasından asılı olmayaraq, görüşün olması ehtimalı mümkündür. Təbii ki, bunu daha dəqiq protokol bilir. Lakin görüşün olub-olmamasından asılı olmayaraq, müəyyən bir rabitənin olacağı ehtimalı daha çoxdur. Görüş baş tutarsa, yaxud müəyyən bir rabitə olarsa, bu, İsraillə Türkiyə arasındakı gərginliyin azalmasına böyük töhfə olacaq”, – deyə o fikirlərini yekunlaşdırıb.

​​​​​​"Cebheinfo.az"

Açar sözlər: Bakı Təl-Əviv Ankara dəvət Rafail Becanov 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 May 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see186

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see162

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see134

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see127

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri