Icma.az
close
up
RU
Tələb təklifdən kənar bahalaşma: Siyasi gərginlik nefti bahalaşdırır

Tələb təklifdən kənar bahalaşma: Siyasi gərginlik nefti bahalaşdırır

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 27 fevral, AZƏRTAC

Cenevrədə İran ilə ABŞ arasında keçirilən danışıqların 3-cü mərhələsinin pozitiv keçməsinə baxmayaraq nəticəsiz qalması yenə də dünya bazarında neftin bahalaşmasına səbəb olub.

AZƏRTAC xəbər verir ki, danışıqlardan sonra “Bloomberg” ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanı Tim Horinsə istinadla bildirib ki, Bəhreyndəki hərbi bazaya “Task Force Scorpion” tipli pilotsuz uçan aparatlar (PUA) yerləşdirilib. Bu PUA kamikadze xarakterlidir və dəqiq müəyyən olunan obyektin üzərinə uçaraq güclü partlayış törədə bilir. Partlayışdan əvvəl komanda mərkəzinə foto və video məlumatlar göndərərək obyektin ölçüsünü və digər lazımi məlumatları ötürür.

Bundan başqa, danışıqlardan sonra mətbuata açıqlama verən İranın xarici işlər naziri Abbas Əraqçının “İran kapitulyasiya etməyəcək” - deyə bəyanat verməsindən sonra Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,25 dollar artaraq 71 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,23 dollar artaraq 65,44 dollar təşkil edib. Bu bazarda tələb və təklif prinsipindən kənarda bahalaşma tendensiyasının davam etdiyini göstərir.

Analitiklər hesab edirlər ki, neftin qiymətinin daha da bahalaşmasının qarşısını almaq üçün ABŞ tələbləri geri götürməsə də danışıqlarda yumşaq mövqe nümayiş etdirir. İran isə ABŞ-ın hərbi əməliyyatlara başlamayacağına əmin olduğu üçün mövqeyindən geri çəkilmir. Rəsmi Tehran bilir ki, Körfəzdə hərbi əməliyyatlar Hörmüz boğazının bağlanması ilə nəticələnəcək ki, bu da bazara neft nəqlini dayandıracaq və nəticədə dünya bazarında neftin 1 barelinin qiyməti 100 dollardan da artıq satılmağa başlayacaq. Belə vəziyyət ABŞ-ı qane etmir. Neftin bahalaşması ABŞ-da benzinin, ardınca isə ərzaq və digər istehlak mallarının bahalaşmasına, inflyasiyanın artmasına gətirib çıxaracaq.

Prezident Donald Trampın idxal mallarına rüsum tətbiqi istehlak mallarının qiymətinin artmasına səbəb olub. Neftin bahalaşması isə onsuz da davam edən bahalaşmanı daha da sürətləndirəcək. Qarşıda isə Konqresə aralıq seçkiləri gəlir. Belə bir vəziyyətdə ABŞ Prezidenti qeyri-populyar addım atmayacaq.

Bundan başqa, bu gün ABŞ-ın xarici borcu 39 trilyon dollardır. İran ilə müharibə isə bu rəqəmi 60 trilyona çatdıra bilər ki, bu da ABŞ iqtisadiyyatını çökdürər. Beləliklə, danışıqlar prosesi bir tərəfdən neftin qiymətinin sabit qalmasına, digər tərəfdən isə onun tədricən artmasına səbəb olur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Fevral 2026 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri