Icma.az
close
up
RU
Tələbələr dağ mədən sənayesində inşaat mühəndisliyinin rolu barədə məlumatlandırılıb

Tələbələr dağ mədən sənayesində inşaat mühəndisliyinin rolu barədə məlumatlandırılıb

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən universitet-sənaye əlaqələrinin gücləndirilməsi və tələbələrin peşəkar inkişafına dəstək məqsədilə növbəti seminar keçirilib.
Newscenter.az xəbər verir ki, AzMİU-nun 50 illik yubileyi münasibətilə reallaşan seminarda “AzerGold” QSC-nin Təmir-tikinti və texniki təminat şöbəsinin müdiri Zəka Talıbov və müdir müavini İsmayıl Hüseynzadə, İnşaat fakültəsinin dekanı dosent Sahib Fərzəliyev, Təcrübə və Karyera Mərkəzinin karyera üzrə böyük mütəxəssisi Leyla Rəhimova və tələbələr iştirak ediblər. Seminar dağ-mədən sənayesində inşaat mühəndisliyinin rolu, tətbiq edilən müasir texnologiyalar və karyera perspektivləri barədə tələbə gəncləri məlumatlandırmaq məqsədi daşıyıb.
Qurumun əməkdaşları “Dağ-mədən sənayesində inşaat mühəndisliyinin rolu” mövzusunda geniş təqdimatla çıxış ediblər. Təqdimatda “AzerGold” QSC-nin fəaliyyəti, ölkədə həyata keçirilən mədən hasilatı və emalı layihələri, bu proseslərdə inşaat mühəndislərinin üzərinə düşən mühüm vəzifələr, qarşılaşdıqları texniki çağırışlar və onların həlli yollarından bəhs olunub.
Qeyd edək ki, AzMİU və QSC arasında təhsil, elmi araşdırmalar, ixtisasartırma və tələbələrin məşğulluğu sahəsində əməkdaşlığa dair 8 noyabr 2017-ci il tarixində memorandum imzalanıb. Bu strateji tərəfdaşlıq nəticəsində bu günə qədər tələbələrin karyera inkişafına yönəlmiş müxtəlif seminarlar, təlimlər və praktik proqramlar həyata keçirilib.
Bildirək ki, Universitet və sənaye müəssisələri arasında əlaqələrin gücləndirilməsi AzMİU-nun kadr hazırlığı siyasətinə mühüm töhfə verməklə yanaşı, tələbələrin bilik və bacarıqlarının təkmilləşdirilməsinə, onların əmək bazarına hazırlıqlı şəkildə inteqrasiyasına və ixtisaslarına uyğun işlə təmin olunmasına şərait yaradır.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 14 Mart 2025 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri