BDUda tələbələr “TEKNOFEST2025” barədə məlumatlandırılıb AZƏRTAC
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 14 yanvar, AZƏRTAC
“Bilim Bakı” Mərkəzinin rəhbəri, “TEKNOFEST”in Azərbaycandakı rəsmi nümayəndəsi Ahmet Köse Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün infosessiya keçirib.
Bu barədə AZƏRTAC-a universitetdən bildirilib. BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin direktoru İlyas Nəsibov “TEKNOFEST”in tələbə və gənc tədqiqatçılar üçün yeni imkanlar açdığını bildirib. Qeyd edib ki, BDU komandaları Şimali Kipr Türk Respublikasında keçiriləcək “TEKNOFEST-2025” üçün də həvəslə hazırlaşır.
Daha sonra Ahmet Köse dünyanın ən böyük kosmos, aviasiya və texnologiya festivalı olan “TEKNOFEST-2025”lə bağlı geniş təqdimat edib. “TEKNOFEST-2025”də komandalar 51 əsas, 117 alt yarışma kateqoriyası üzrə yarışacaqlar. Festivalda iştirak üçün qeydiyyat fevralın 20-dək davam edəcək.
Tədbirin sonunda Ahmet Köse yarışmaya qatılmaq istəyən BDU komandalarının suallarını cavablandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 14 Yanvar 2025 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















