Icma.az
close
up
RU
Tələbələr Məleykə Abbaszadəyə şikayət etdi Rektor söz verdi

Tələbələr Məleykə Abbaszadəyə şikayət etdi Rektor söz verdi

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sosial şəbəkələördə Bakı Dövlət Universitetinin C korpusunun tələbələri Məleykə Abbaszadəyə şikayət ünvanlayıblar. 

Lent.az xəbər verir ki, rektor bununla bağlı öz sosial media hesabında paylaşım edərək, tələbələrin şikayətinə münasibət bildirib. 

"BDU-da rektor kimi fəaliyyətimin ilk həftəsi başa çatmaq üzrədir. İlk işim universitetin inzibati və akademik heyəti ilə tanış olmaq oldu. Həftə ərzində prorektorlar və dekanlarla ilk ümumi görüşümüzü də keçirdik. Görüşdə BDU-nun gələcəyi və bu gələcəyin qurulmasında hər birimizin məsuliyyəti barədə danışdım.

Əvvəlki nəsillərdən bizə miras qalan tarix və nüfuz BDU-nun böyük üstünlüyüdür. Bu irsi qorumaq və inkişaf etdirmək isə bizim məsuliyyətimizdir. Universitetin nüfuzunu hər gün təhsilin keyfiyyəti, elmi tədqiqatlarımızın nəticələri, akademik dürüstlük və məzunlarımızın sonrakı fəaliyyəti ilə təsdiqləməliyik.

Nəsirəddin Tusi yazırdı ki, “Dərs öyrənməkdə ardıcıl və inadkar olmaq lazımdır. Hər kəs çətin və anlaşılmaz bir elmi məsələni aydınlaşdırdıqda bundan böyük zövq alır”. İstəyirəm ki, tələbələrimiz bu hissi universitetdə yaşasınlar. Gənclərə öz suallarını vermək, cavabları müstəqil axtarmaq və tədqiqatlarda iştirak etmək üçün imkan yaratmalıyıq. Müəllimin tələbkarlığı da, tələbəyə göstərdiyi hörmət və qayğı da bu prosesdə eyni dərəcədə vacibdir.

Mən hər bir dekanı öz fakültəsinin akademik lideri kimi görürəm. Universitetdə təhsilin keyfiyyəti hər gün mühazirədə, seminarda, laboratoriya məşğələsində və elmi rəhbərin tələbə ilə söhbətində formalaşır. Dekan öz fakültəsində təhsil proqramlarının necə işlədiyini, hansı tədqiqatların dəstəyə ehtiyacı olduğunu, müəllimlər və gənc alimlər üçün hansı inkişaf imkanlarının yaradıla biləcəyini bilməlidir. Tələbələrin fikirlərini öyrənmək və fakültənin beynəlxalq akademik əlaqələrini inkişaf etdirmək də bu işin bir hissəsidir.

Yaxın müddətdə hər bir fakültənin vəziyyəti, güclü tərəfləri, problemləri, kadr və elmi potensialı barədə obyektiv təsəvvür əldə etmək istəyirəm. Bunun üçün həmkarlarımdan dürüst, peşəkar təhlil gözləyirəm. Problemi vaxtında görmək, onun haqqında açıq danışmaq və həlli üçün təklif vermək rəhbərlik məsuliyyətinin göstəricisidir.

Tələbələrin universitet həyatında daha fəal iştirak etməsi və qarşılaşdıqları problemləri açıq şəkildə diqqətimizə çatdırması mənim üçün vacibdir. Bu həftə tələbələrimiz sosial mediada C bloku ilə bağlı müraciət ediblər. Məsələni nəzarətə götürmüşəm. Bu məsələ ilə bağlı ayırdığım işçi qrupu əraziyə baxış keçirəcək və nəticələrə uyğun olaraq müvafiq işlərə başlayacaq. Məsələni diqqətimizə çatdıran tələbələrə təşəkkür edirəm". - deyə, paylaşımda qeyd olunub. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://lent.az
archiveBu xəbər 27 Noyabr 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see682

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see569

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see321

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see318

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see290

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see287

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see275

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see275

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see253

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see250

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see243

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see243

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see241

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see240

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see237

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see236

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see235

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see230

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see214

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri