Icma.az
close
up
RU
Tələbələrin iqlim dəyişikliyi və səhiyyə mövzularını öyrənməsi... EKSPERT

Tələbələrin iqlim dəyişikliyi və səhiyyə mövzularını öyrənməsi... EKSPERT

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kamran Əsədov: İqlim dəyişikliyi və səhiyyə mövzularının tədrisi tibb təhsilində vacib komponentlərdən birinə çevrilib

“Ümumdünya Səhiyyə Təşkilatının rəhbərinin də dediyi kimi, iqlim böhranı həm də sağlamlıq böhranıdır. Ona görə də hesab edirəm ki, tərəflərin yekun sənəd üzrə razılaşma əldə etməsi mühüm hadisə olacaq".

Bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev COP29 Prezidentliyinin mətbuat konfransında deyib.

O əlavə edib ki, iqlim dəyişikliyi ilə mübarizəyə həm də tibb ixtisasları üzrə tədris proqramlarında dəyişikliklər edilməsi hesabına nail olmaq olar:

"Bu sahədə yeni texnologiyaların tətbiqi də zəruri şərtlərdəndir. Onu da bildirmək istəyirəm ki, bu ildən etibarən Azərbaycan Tibb Universitetinin II kursundan başlayaraq, tələbələrə iqlim dəyişikliyi və səhiyyə tədris olunacaq. Bütün bu addımlar bizə iqlim dəyişikliyinin qarşısını almağa yönələn təşəbbüslərə dəstək verilməsi imkanı qazandıracaq".

Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov isə "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan Tibb Universitetində iqlim dəyişikliyi və səhiyyə mövzularının tədris olunması təşəbbüsü, həm qlobal çağırışlara cavab vermək, həm də yerli səhiyyə sisteminin gücləndirilməsi üçün mühüm bir addımdır:

“Bu qərar, səhiyyə təhsili ilə bağlı müasir yanaşmaların tətbiqinə, iqlim dəyişikliyinin təsirlərini anlamağa və gələcəkdə yaranacaq ekoloji və ictimai sağlamlıq problemlərinə daha hazırlıqlı yanaşmağa imkan verəcək. İqlim dəyişikliyi artıq yalnız ekoloji bir problem deyil, onun təsiri sosial, iqtisadi və xüsusən də sağlamlıq sahələrində geniş şəkildə hiss olunur. İqlim dəyişikliyinin səhiyyəyə təsiri çoxşaxəlidir. Temperaturun artması, havanın keyfiyyətinin pisləşməsi, su mənbələrinin azalması və ekstremal hava hadisələrinin intensivliyi bir çox xəstəliklərin yayılmasına şərait yaradır. Məsələn, istilik dalğaları ürək-damar və tənəffüs sistemi xəstəliklərini artırır. Eyni zamanda, tropik bölgələrdə yayılmış malyariya və denge qızdırması kimi xəstəliklərin coğrafiyası genişlənir. Bununla yanaşı, qida və su çatışmazlığı, allergik reaksiyaların artması və psixi sağlamlığa təsir edən ekoloji stres faktorları da iqlim dəyişikliyinin səhiyyəyə təsirlərinin tərkib hissəsidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, iqlim dəyişikliyi 2030-2050-ci illərdə hər il əlavə 250.000 ölümə səbəb ola bilər ki, bu da əsasən istilik stresləri, qida çatışmazlığı və yoluxucu xəstəliklərlə bağlıdır. Tələbələrin iqlim dəyişikliyi və səhiyyə mövzularını öyrənməsi onların gələcək tibb mütəxəssisləri kimi qlobal və lokal səhiyyə problemlərinə hazırlıqlı olmalarını təmin edəcək. İlk növbədə, tələbələr iqlim dəyişikliyinin sağlamlıqla əlaqələrini anlayacaq və bu istiqamətdə yaranan problemlərə daha dərindən baxış formalaşdıracaqlar. Bu biliklər gələcəkdə onların xəstəliklərin profilaktikası, idarə olunması və müalicəsi prosesində müasir və səmərəli yanaşmalar tətbiq etməsinə şərait yaradacaq. Bundan əlavə, tələbələrin tədqiqat sahəsində biliklərinin artması üçün yeni imkanlar açılacaq. İqlim və səhiyyə əlaqələri mövzusunda tədqiqatların artırılması, elmi cəmiyyətin bu sahədəki bilik bazasını genişləndirəcək”.

Kamran Əsədov həmçinin bildirib ki, bu addım cəmiyyət üçün də mühüm əhəmiyyət kəsb edir:

“Tibb mütəxəssisləri arasında iqlim dəyişikliyinin sağlamlığa təsirlərinə dair biliklərin artması, ictimai maarifləndirmə səviyyəsinin yüksəlməsinə səbəb olacaq. Tibb işçiləri, xəstələrə iqlim dəyişikliyinin təsirlərindən qorunma yollarını öyrətməklə, onların həyat keyfiyyətini artıracaq və xəstəliklərin profilaktikasına töhfə verəcəklər. Həmçinin, səhiyyə sistemi iqlim dəyişikliyinin gətirdiyi risklərə daha yaxşı hazır olacaq və bu da gələcəkdə səhiyyə sektorunda iqtisadi itkilərin azalmasına səbəb ola bilər. Dünya təcrübəsi göstərir ki, iqlim dəyişikliyi və səhiyyə mövzularının tədrisi tibb təhsilində vacib komponentlərdən birinə çevrilib. ABŞ-da Harvard və Stanford kimi universitetlərdə iqlim dəyişikliyinin səhiyyəyə təsirləri tibb təhsilinin ayrılmaz hissəsidir. Tələbələr ekoloji və sağlamlıq problemlərinin həlli yolları ilə bağlı praktiki biliklər əldə edir və bu biliklər tətbiq olunduqda həm tədqiqat, həm də klinik təcrübədə yüksək nəticələr əldə olunur. Avropada isə London İmperial Kolleci kimi aparıcı universitetlər iqlim dəyişikliyinin təsirlərinə dair xüsusi kurslar təşkil edir, burada tələbələr iqlim və səhiyyə əlaqələrini praktik olaraq öyrənirlər. Bu universitetlərdə aparılan tədqiqatlar, xüsusilə iqlim dəyişikliyi ilə bağlı xəstəliklərin yayılmasının qarşısını almaq üçün səhiyyə siyasətinə töhfə verir. Azərbaycan Tibb Universitetində bu mövzunun tədrisi tələbələrə bilik və bacarıqlar qazandırmaqla yanaşı, yerli səhiyyə sisteminə də strateji dəyər qatacaq. Səhiyyə mütəxəssislərinin iqlim dəyişikliyinin təsirlərinə dair hazırlıqlı olması, ölkənin iqlim dəyişikliklərinə qarşı strategiyalarında səhiyyə aspektinin gücləndirilməsinə töhfə verəcək. Bundan əlavə, belə bir təşəbbüs Azərbaycanın beynəlxalq tibb təhsili və səhiyyə siyasətində müsbət nümunə kimi tanınmasına imkan yaradacaq. Beləliklə, Azərbaycan Tibb Universitetində iqlim dəyişikliyi və səhiyyə mövzularının tədrisi həm tələbələr, həm səhiyyə sistemi, həm də cəmiyyət üçün böyük əhəmiyyət daşıyır. Bu, tibb təhsilinin müasir tələblərə uyğunlaşdırılması və qlobal səhiyyə problemlərinə daha hazırlıqlı yanaşma üçün müsbət bir addımdır. Bu təşəbbüsün uğurlu icrası, həmçinin Azərbaycanın beynəlxalq səviyyədə sağlamlıq və iqlim siyasətində fəal iştirakını gücləndirə bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 Noyabr 2024 00:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see275

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see253

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see175

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see163

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see149

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see147

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see145

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri