Icma.az
close
up
RU
Telefon xərçəng yaradır? Həkimlərdən gənclərlə bağlı həyəcan siqnalı

Telefon xərçəng yaradır? Həkimlərdən gənclərlə bağlı həyəcan siqnalı

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gənclər arasında qalxanabənzər vəzi xəstəliklərinin artması yeni müzakirələrə səbəb olub. Həkimlər xəstəliyin yaranmasında stress, qidalanma, zərərli vərdişlər və ətraf mühit faktorlarının roluna diqqət çəkirlər.Mobil telefonların yaydığı radioşüaların mümkün təsiri isə hələ də elmi müzakirə mövzusudur.

Endokrinoloq Sadiq Bəbirov son vaxtlar gənclər, xüsusilə də 20 yaşadək şəxslər arasında qalxanabənzər vəzi xərçəngi ilə bağlı müraciətlərin artdığını bildirib.

Həkim bu artımın mümkün səbəbləri sırasında mobil telefonlardan həddindən artıq istifadəni də qeyd edib.

Onun sözlərinə görə, son dövrlərdə bu xəstəliklə bağlı bir sıra gənc pasiyenti əməliyyat edib:

“Son vaxtlar 20 yaşadək gənclər arasında bu xəstəliklə bağlı müraciətlər artıb. Həftə ərzində 20 yaşadək ən azı üç gəncin bu xəstəliklə əlaqədar əməliyyat olunduğunu müşahidə etmişəm. Belə halların mobil telefonlardan həddindən artıq istifadə ilə əlaqəsi ola bilər. Valideynlər övladlarının telefondan istifadəsinə mümkün qədər nəzarət etməlidirlər.

Lakin mobil telefon istifadəsi ilə qalxanabənzər vəzi xərçəngi arasında birbaşa səbəb-nəticə əlaqəsinin olub-olmaması məsələsi hələ də tam aydın deyil.

Professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında qalxanabənzər vəzi şişlərinin yaranmasının çoxsaylı amillərlə əlaqəli ola biləcəyini deyib.

Onun sözlərinə görə, xəstəliyin səbəbini yalnız bir faktorla izah etmək mümkün deyil:

“Bu məsələ dərindən araşdırılmalıdır. Stress və qidalanmanın müəyyən rolu ola bilər. Siqaret, qəlyan, elektron siqaretlər, alkoqol, narkotik vasitələr və digər zərərli amillərin təsiri də nəzərə alınmalıdır. Bunların hamısı ayrıca araşdırılmalıdır”.

Professor son illərdə müxtəlif xərçəng növlərinin artmasının da diqqət çəkdiyini bildirib:

“Xərçəngin digər növlərinin sayında da ciddi artım var. Bunun bir tərəfi əhali sayının artması ilə bağlıdırsa, digər tərəfdən sadaladığım amillərin də burada müəyyən rolu ola bilər”.

Adil Qeybulla mobil telefonların yaydığı yüksək tezlikli radioşüaların xərçəng xəstəliklərinin yaranmasındakı mümkün roluna da toxunub.

Professor bildirib ki, bu məsələ ilə bağlı elmi müzakirələr davam edir və radioşüaların birbaşa xərçəng törətdiyini təsdiqləyən yekdil nəticə yoxdur:

“Mobil telefonların yaydığı yüksək tezlikli radioşüaların xərçəng törətməsi ilə bağlı məsələ hələ də mübahisəlidir. Dünyada bu istiqamətdə müxtəlif tədqiqatlar aparılır. Lakin hazırda bu məsələyə dair qəti və yekdil elmi nəticə yoxdur”.

Onun sözlərinə görə, radioşüaların orqanizmə digər mümkün təsirləri də araşdırılır:

“Yüksək intensivlikli radioşüaların beyində müəyyən kimyəvi proseslərə təsir göstərə bilməsi, bunun isə stress, nevroz və digər sinir sistemi problemləri ilə əlaqəsinin olması ehtimalı araşdırılır. Amma xərçəngin yaranmasına təsir edən çoxsaylı faktorlar mövcuddur”.

Həkim xərçəng riskinin formalaşmasında ionlaşdırıcı şüalanma və kimyəvi kanserogenlərin də rol oynadığını bildirib:

“Xərçəng şişlərinin yaranmasına səbəb olan çoxsaylı amillər var. Onların arasında ionlaşdırıcı şüalanma, kimyəvi kanserogenlər, ağır metal duzları, sərbəst radikallar və qida məhsullarında istifadə olunan bəzi kimyəvi maddələr də yer alır. Bütün bunların uzunmüddətli təsiri nəticəsində müxtəlif xəstəliklər yarana bilər”.

Həkimlərin açıqlamalarından görünür ki, gənclər arasında qalxanabənzər vəzi xəstəliklərinin artması ciddi araşdırma tələb edir. Lakin bu artımı birbaşa mobil telefonlarla əlaqələndirmək üçün əlavə elmi sübutlara ehtiyac var.

Bir tərəfdən həkimlər gündəlik həyatın ayrılmaz hissəsinə çevrilən mobil cihazlardan həddindən artıq istifadənin mümkün risklərinə diqqət çəkirlər. Digər tərəfdən isə müasir tibbin mövqeyi daha ehtiyatlıdır: xəstəliyin yaranmasına çoxsaylı amillər təsir edə bilər və konkret səbəbi müəyyənləşdirmək üçün geniş epidemioloji və klinik araşdırmalar tələb olunur.

Bu səbəbdən valideynlərin uşaqların telefon qarşısında keçirdiyi vaxta nəzarət etməsi ümumi sağlamlıq baxımından məqsədəuyğun sayılsa da, “mobil telefon qalxanabənzər vəzi xərçəngi yaradır” hökmünü hazırda qəti elmi fakt kimi təqdim etmək doğru deyil.

Bahar Rüstəmli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 Sentyabr 2026 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri