Telefona görə 21 ay həbs yatacaq
Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.
Bakının Nəsimi rayonu ərazisində, 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən “Köhnə Təzə Bazar”da oğurluq hadisəsi baş verib.
Qaynarinfo-nun məlumatına görə, oğurluqda təqsirləndirilən 1983-cü il təvəllüdlü B.N. barəsində Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə açılmış cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, B.N. bazarda kənd təsərrüfatı məhsullarının satıldığı əraziyə daxil olub və bir müddət məhsullara baxıb. Daha sonra satıcının müştərilərlə məşğul olduğunu görərək piştaxtanın üzərində olan “Samsung A56” markalı mobil telefonu götürüb və bazarı tərk edib.
Bazar dəyəri 1 110 manat olan telefonu təqsirləndirilən şəxs 123 manata satıb. O, telefonu satarkən alıcıya mobil cihazın özünə məxsus olduğunu bildirib. Daha sonra əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləyib.
Məhkəmənin hökmü ilə B.N. Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Aydın
Baxış sayı:56
Bu xəbər 31 Avqust 2026 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















