Gizli telefona görə döyüldü
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakının Xəzər rayonunda 41 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Bakıvaxtı.az Demokrat.az-a istinadən xəbər verir ki, hadisə rayonun Binə qəsəbəsində baş verib. Şərur rayon sakini, 1985-ci il təvəllüdlü Əfqan birgə yaşadıqları evdə arvadı Züleyxanın gizlin olaraq mobil telefon işlətməsi və həmin mobil telefona mesaj gəlməsi səbəbindən onunla mübahisə edib.
Baş vermiş ailə münaqişəsi zamanı o, əli ilə arvadının bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq, ona xəsarətlər yetirib.
Faktla bağlı Əfqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Zərərçəkmiş ona dəymiş ziyan tamamilə ödənildiyini, ona qarşı heç bir şikayəti olmadığını deyib.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Baxış sayı:33
Bu xəbər 12 İyun 2026 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















