Icma.az
close
up
RU
Telefonu al, kitabı ver

Telefonu al, kitabı ver

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Yəqin fərqinə varan çox adam olar ki, illərdir, uşaqların əlindən kitabları alıb, əvəzinə onlara telefon vermişik. Şəkilli kitablara baxmalı, sadə hecaları birləşdirib söz düzəltməli, nağıl oxumalı olan uşaqların indi əlində smartfon telefonlar var. O telefonların içərisində isə hər şey var, təkcə uşağın daşıdığı yaşa uyğun heç nə yoxdur. Yoxdur deməyək, o telefonların içərisində olmayan yoxdur, lakin uşaqlara təqdim edilənlər tamamilə başqadır.

Yaşlarına uyğun olmayan cizgi filmləri var telefonlarda. Bu filmlərdə onlara anlamadıqları, sadəcə vahiməli səsləri olan hadisələr təqdim olunur. Guya uşaq telefonda cizgi filminə baxır. Lakin əslində telefon əlindədirsə, onun qarşısına istənilən video çıxa və o da buna baxa bilər.

Səbəbkar və günahkar bizik, onların valideyni olan biz. Uşaqlarımızı saatlarla kompüter qarşısında əyləşdirib, əllərinə smartfon telefonlar verib başını qatmağa çalışırıq. Onları bütün sosial şəbəkələrin baş qəhrəmanına çevirmişik. Həm şirin-şəkər hərəkətlərini, həm də sözəbaxmayan, dərs oxumaq istəməyən hallarını çəkib sosial şəbəkələrdə nümayiş etdiririk. Bu isə heç də yaxşı hal deyil. Biz uşaqlarımızı internet aləmindən kənar tutmaq əvəzinə, onlarla bağlı videoları hazırlayıb bu şəbəkələrə yerləşdirməklə uşaqların həyatı ilə oynayırıq. Kompüter və smartfon telefonlardan istifadə üçün saatlarla vaxt verməklə onların uşaqlığını əllərindən alırıq.

Əslində onların əlinə telefon yox, kitab verməli, balaca yaşından kitaba alışdırmalıyıq. Vaxt ayırıb onlara nağıl oxumalıyıq, saatlarla təmiz havada gəzdirməliyik. Özümüzün oynadığımız oyunları onlara təlqin etməliyik. Lakin təəssüflər olsun ki, bunların heç birini etmirik. Çox halda uşağın səsi çıxmasın deyə telefonu əlinə verib sakitləşməsini istəyirik ki, işimizin arxasınca arxayın gedək. Hələ bu, harasıdır? Uşağımıza elə tərbiyə vermişik ki, telefonsuz ağzını açmır. Açmır ki onu yedirək. Elə ki, yemək vaxtı gəldi, telefonu açıb qoymalıyıq uşağın gözü qarşısına, o, cizgi filminə baxmalıdır, biz isə onu yedirməliyik. Əks təqdirdə uşağa yemək yedirmək qeyri-mümkündür. Nəticədə isə uşaqların nitqində qüsur yaranır, gözlərinin sağlamlığı itir, beyni vaxtından əvvəl formalaşır. Telefonda baxdığı cizgi filmləri mentalitetimizə uyğun olmadığı üçün uşaqların aqressivləşməsi, bu aqressiyalar ilə böyüməsi, bağçada, məktəbdə hegemonluq etməsi, sinif yoldaşları ilə anlaşa bilməməsi ilə nəticələnir. Sonda nə baş verir? Biz onları xəstəxanalara, loqopedlərə, psixoloqlara aparmalı oluruq. Özümüz öz əlimizlə övladlarımızın sağlamlığını əlindən alıb, sonra da öz ayaqlarımızla xəstəxana və digər sağlamlıq mərkəzlərinə gedən yollarda sürünürük.

Həyatımıza internetin sürətlə daxil olduğu, tez-tez yeni sosial şəbəkələrin ortaya çıxdığı, insanların həmin şəbəkələrə axın etdiyi bir dövrdə uşaqlar üçün tək kitablar, sözün həqiqi mənasında, qiymətsizdir. Ənənəvi kitab oxumanı davam etdirmək, uşaqları yeni texnologiyaların çoxsaylı bəlasından uzaq tutmaq üçün onlar üçün yazılan kitablar xüsusi əhəmiyyətə malikdir. Lakin çox təəssüf, internet aləmi başı elə qatıb ki, insanların uşaqlara kitab yazmasını arxa plana keçirib. Nəzər yetirsək, görərik ki, ötən illərlə müqayisədə uşaq ədəbiyyatı demək olar, tamamilə zəifləyib. Sanki hamımız birlik olub uşaqları sosial şəbəkələrdən, internet dünyasından asılı etmişik, kitabların yazılmasına ehtiyac olmadığına qərar vermişik. Elə bu səbəbdən də uşaq ədəbiyyatının davamı gəlmir. Uşaqlar rəngli nağıl, şer kitabından çox-çox kənarda qalıb. Tək-tük kitabları çıxsaq, demək olar ki, uşaqları xatırlayan yoxdur.

Elə 2 aprel Beynəlxalq Uşaq Kitabı günündən ilhamlanıb bu məsələyə toxundum ki, bəlkə qəflət yuxusundan silkələnib oyana bilərik. Görərik ki, televiziya məkanımız uşaqlar üçün sanballı bir veriliş çəkə bilmir. Cizgi filmi istehsalının yerini indi milli-mənəvi dəyərlərimizə hər gün bir zərbə endirən çoxsaylı seriallar alıb. Heç bir işə yarımayan bir neçə televiziya kanalları, iki idman kanalı var. Lakin ölkədə bir uşaq verilişi kanalı yoxdur. Həmçinin uşaq kitabı yazanların da sayı azalıb.

Belə olan təqdirdə uşağın əlindən telefonu ala bilərikmi? Bu barədə düşünək, həm də elə dərindən düşünək ki, onların əlindən telefonu alıb kitab verə bilək.

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Aprel 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see456

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see324

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see302

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see273

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see243

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see243

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see241

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see239

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see232

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see219

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see217

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see204

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see204

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see203

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see201

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see197

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see196

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see195

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see193

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri