Telegram da naməlum istifadəçini görmək olacaq
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Naməlum istifadəçidən mesaj aldıqda, "Telegram" messencerində onun haqqında əlavə məlumatlar göstəriləcək.
Redaktor.az xəbər verir ki, bu barədə “Durova’s Code” portalı məlumat yayıb.
Bildirilir ki, naməlum "Telegram" istifadəçisindən mesaj alan şəxs göndərənin əlaqə siyahısında olub-olmadığını, telefon nömrəsinin hansı ölkədə qeydiyyatdan keçdiyini və hesabın təsdiq işarəsi alıb-almadığını görəcək. Bundan əlavə, messencerdə profilin "Telegram"da qeydiyyatdan keçmə tarixi və bu istifadəçi ilə ümumi qrupların mövcudluğu göstəriləcək.
Portalın məlumatına görə, messencerə şəxsi balansdan “ulduzları” çıxarmaq düyməsi, “ulduzlarla” "Telegram Premium" hədiyyə abunəsi üçün ödəniş etmək imkanı və profilə hədiyyə sancmaq kimi digər funksiyalar da əlavə olunacaq.
Türkan İSGƏNDƏRLİ
Baxış sayı:120
Bu xəbər 28 Fevral 2025 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















