Icma.az
close
up
RU
Teleqram kanalları və Tik tok un nəzarətsiz mühitində insan alveri...

Teleqram kanalları və Tik tok un nəzarətsiz mühitində insan alveri...

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident İlham Əliyevin imzası ilə qanunvericilik təşəbbüsü qaydasında milli varlığımızı, onun tərkib hissəsi olan mənəvi dəyərlərimizi informasiya ehtiyatlarında qeyri-əxlaqi fəaliyyətlərdən qorumağa xidmət edən mühüm dəyişiklik layihəsi müzakirənizə təqdim olunur.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında İnsan hüquqlqrı komitəsinin sədri Zahid Oruc bildidib.

Komitə sadri fikirlərinə belə davam edib:

"“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” haqqında qanunun 13-cü maddəsinə 13-2.3.6-1. bəndi əlavə olunur. Düzəlişdə deyilir:”kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə, yəni, əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yayılması” qadağan edilir.

Qanuna düzəlişin zərurəti sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərlə zidd, qeyri-etik paylaşımlar və çağırışların çoxalması, cəmiyyətin mənəvi dəyərlərinə mənfi təsir göstərilməsi, xüsusilə yeniyetmə və gənclərin davranış modellərində dəyişiklik yaradılmasıdır.

Həqiqətən dövlətin coğrafi sərhədlərindən fərqli olaraq, informasiya məkanı hüdudsuzdur. İctimai mənəviyyat və milli-mənəvi dəyərlər qorunmadıqda, torpaq, vətən və milli kimlik itirilir.  Sosial şəbəkələrdə qeyri-əxlaqi paylaşımlar, məzmunlar, hekəyələr və süni intellekt əsaslı  botlar, klik beytlər müasir müharibələrin yeni növüdür.

Prezident İlham Əliyev hər zaman ailə institutunun və milli-mənəvi dəyərlərin qorunmasını dövlətin təməl prinsiplərindən biri kimi qiymətləndirib. BDU-nun 100 illiyi ilə bağlı tədbirdəki tarixi çıxışında, Vətən müharibəsinin çağırışının yer aldığı çağırışında ölkə başçısı demişdi, sitat:” bəzi ölkələrdə qadınla kişi arasında artıq fərq qoyulmur. Amma biz ənənəvi cəmiyyətdə yaşayırıq və yaşamalıyıq…”

Doğrudan da cəzasızlıq mühiti sosial şəbəkələri bəzən antiailə və antiəxlaq platformasına çevirir. Mədəni aşınma ərazi bütövlüyü təmin olunan ölkənin mənəvi suverenliyi üçün təhlükəyə çevrilir. Əxlaqsızlıq normaya çevrildikdə, aqressiya və laqeyidlik artır, vahid millət yox, xaotik kütlə formalaşır.

Ailə institutunun və əxlaq normalarının məhv edilməsi 21-ci əsrin ən böyük müharibəsidir. Gənclərin davranış modellərinin deformasiyası məhz gördüyünü təkrarlayan, “trend” olanı norma sayan, qeyri-etik davranışı “cəsarət” kimi təqdim edən, yanlış qəhrəmanlar seçən, nəsillərarası böhrana səbəb olan bir gerçəklik formalaşdırır.

Mənəvi dəyərlər milli kimliyin sütunudur. Onlar zəiflədikdə, dilə, adət-ənənəyə, ailəyə münasibət dəyişir, yad modellər düşüncəsiz surətdə köçürülür, “zorakılıq, narkomaniya, cinsi istismar artır.

İnsan mənəviyyatını təhqir edən, cəmiyyətə hörmətsizlik göstərən, əxlaqsız ifadələr səsləndirən şəxslərin cəzalandırılması tələbi əslində cəmiyyətdən gəlir. Layihənin müzakirəyə çıxarıldığı son 10 gündə  istər media, istərsə də geniş ictimai fikirdə ona açıq dəstək verən cəmiyyətimizin sağlam təbəqəsini görürük. Söz azadlığı və beynəlxalq reytinqlərdə yer davası aparanlar  əxlaqi pozuculuqdan qazananlardır.

Problem təkcə etik çərçivələrin pozulması deyil, sosial şəbəkələrin müxtəlif cinayətlərin alətinə çevrilməsidir. Xüsusilə, Teleqram kanalları və tik-tok platfromasında nəzarətsiz mühitdə insan alveri, cinsi istismar və qeyri-qanuni vasitəçilik üçün geniş imkanlar yaranıb. Belə  fəaliyyətlər fərdi pozucu davranış yox, təşkilatlanmış şəbəkədir. Dövlətin müdaxiləsi senzura deyil, ictimai təhlükəsizliyin qorunmasıdır. Anonimlik cinayətkarlar üçün örtük rolunu oynayır. İnsan alveri ilə bağlı elanların açıq şəkildə paylaşılması hüquqi boşluqların mövcudluğunu göstərir.

Təəssüflər olsun ki, Qərb təkcə yüksək texnologiyalar, süni intellekt, ali hüquq sistemi və qabaqcıl təhsil məkanı deyil, həm də kommunikasiya platformalarını silaha çevirən qlobal gücdür. Avropada yaradılan terror mediası, mağara təfəkkürlü xainlər dəstəsi dövlət başçısı və hakimiyyət institutları əleyhinə daim qeyri-əxlaqi yayımları, kontentləri və simulyasiyaları linç alətinə çeviriblər.

Qeyri-etik davranışı müstəqillik kimi təqdim edənlər, “əxlaqsızlıq azadlıqdır” hökmü  ilə milli dəyərləri yox etməyə çalışanlardır.

Fiziki və ya hüquqi şəxslərin ləyaqətini aşağılayan, onları cinsi davranış və ya aktlarla assosiasiya edən, qrafik obraz və ya digər vasitələr üzərindən alçaldıcı hərəkətləri paylaşan və ya ictimai paylaşanlara qarşı Avropa ölkələrinin çoxunda qanuni məsuliyyət  tətbiq olunur. Onlar Fransa və Almaniyada inzibati qaydada 1000–3000  avro cərimə və ya 15–30 sutka inzibati həbslə cəzalandırılır. Törədilən hərəkət siyasi, ictimai xadimə, qadına qarşı gender motivli və ya sistematik xarakterli olursa, 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bəli, dövlət təkcə ordudan, güc strukturlarından, yaxud iqtisadiyyatdan ibarət deyil, ilk növbədə,  dəyərlərdən, tarixi yaddaşdan, inamdan və ictimai  mənəviyyatdan ibarətdir. Ona görə də layihə əxlaq qanunu və mənəviyyat polisi yaratmağı deyil, məhz  milli varlığı və gələcəyini qorumağa xidmət edir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Dekabr 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see308

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see240

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see170

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see158

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see153

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri