Icma.az
close
up
RU
Teleqram Rəsul Rza

Teleqram Rəsul Rza

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kulis.az Rəsul Rzanın "Teleqram" adlı xatirəsini təqdim edir.

1942-ci il. Soyuq yanvar günü. Qamışburunda gəmidən endik. Dalğalı dənizdə gəmi bizi yamanca tutmuşdu, ürəyimiz bulanırdı. Sahildə özümüzə gəlməmiş başımızın üstünü alman təyyarələri aldı. Bombalar sağımıza-solumuza yağırdı. Bu ilk döyüş imtahanımızdı. Limanın polad dirəklərinin parçaları, dərin kalafalar, qan. İnsanların sifətlərinə, qulaqlarına sıçramış palçıq, torpaq. Adam vahimələnirdi. Bu sətirlər də elə o anlarda cib dəftərimə etdiyim qeydlərdəndir.

Cəbhənin yaxşısı-pisi olmur. Kerç də bu mənada istisna deyildi. Faşistlərin ölkəmizə xain basqınından cəmi bir neçə ay keçmişdi. Düşmənin havada üstünlüyü açıq-aşkardı. Kerç cəbhəsində bu daha aydın duyulurdu. Arxamızda dənizdi, bu isə qoşunlarımızın manevr imkanlarını, hərbi sursatın, ərzağın vaxtlı-vaxtında çatdırılmasını xeyli məhdudlaşdırırdı. Çox vaxt adicə odun tapılmırdı ki, döyüşçülər və əhali üçün çörək bişirilsin. Bütün bu ştrixlər bizim milli hissələrin rus hərbi birlikləriylə bərabər Kerç yarımadasında qoruduqları cəbhəyə aiddir.

Elə vaxt olurdu ki, düşmən gündə bir neçə dəfə Kerç şəhərinə hava hücumları edirdi. Amma düşmənin hiddəti ən çətin şəraitdə yağıya qarşı duran döyüşçülərimizin inadını üstələyə bilmirdi. Krım cəbhəsinin "Döyüşən Krım" qəzetində döyüşçülərimizin şücaəti haqqında yazılar çıxırdı. Qəzet dörd dildə çap olunurdu: rus, Azərbaycan, gürcü və erməni dillərində. Bizim bir-birinə möhkəm bağlı kollektivimiz qəzetdən başqa vərəqələr, müraciətlər və s. də çap edirdi.

Qəzetin əməkdaşları tez-tez ön cəbhəyə gedirdilər. Biz milli hərbi hissələrin döyüşçüləri qarşısında tez-tez çıxış edir, şer, hekayə oxuyurduq.

Ana dilimizdə çıxan qəzetin böyük tərbiyəvi və səfərbəredici əhəmiyyəti vardı. Qəzet səhifələrində döyüşçülər doğma yurdlarından da xəbər tuturdular. Ön cəbhədə, səngərlərdə, blindajlarda döyüşçülərimizlə görüşlər unudulmazdır.

Hücumqabağı bir gecə, xüsusilə, yadımda qalıb. Martın ortaları idi. Qəzetimizin bütün əməkdaşları redaksiya otağında toplaşmışdı, hücum gününə həsr edilmiş xüsusi buraxılışı hazırlayırdıq. Deyirlər ki, dost çətin gündə tanınar. Bu müdrik kəlamın həqiqiliyi müharibənin ağır günlərində Krımda bir daha təsdiq olundu. Burada mən böyük rus şairi İlya Selvinskini daha yaxından tanıdım və onunla möhkəm dostlaşdıq. Burada mən geniş savada malik V.Maçavarianiylə, gənc gürcü şairi Revaz Margianiylə, Q.Boryanla dostlaşdım. Məşhur nasir Əli Vəliyevlə, Abbas Zamanovla, Cəfər Cəfərovla və başqa həmyerlilərimlə dostluğumuz müharibənin ağır sınaqlarında daha da bərkidi.

O gecə düşmən, sanki təhlükəni duyubmuş kimi bir neçə dəfə şəhəri bombaladı. Redaksiya binasını tərk etməyi bizə qəti şəkildə qadağan etmişdilər. Bombalar gah uzaqda, gah da lap yaxınlığımızda partlayırdı. Bombaların dəhşətli səslərinin müşayiətiylə kimimiz şer, kimimiz müraciət yazır, kimimiz Krım cəbhəsinin döyüşçülərinin həyatından epizodları qələmə alırdı. Mən demək olar ki, bir ay idi Bakıdan xəbər tuta bilməmişdim, ailəm üçün, üç yaşında Bakıda qoyub gəldiyim oğlum Anar üçün bərk darıxırdım. Dostlarım mənim nigarançılığımı hiss edir və söhbətlərlə, zarafatlarla narahat fikirlərimi dağıtmağa çalışırdılar.

Gecənin yarısından keçmişdi. Səhərki qəzetimiz hazır idi, çap edilmişdi. Birdən mənə bir teleqram gətirdilər, həyat yoldaşım Nigardandı. Anamın, bacılarımın, oğlumuzun sağ-salamat olduğunu bildirirdi. Qəlbim sevinclə doldu. Elə bil, nə bu nigaran gecə, nə ətrafımıza yağan bombaların müdhiş səsi vardı. Bütün təlaşlarım, narahatlığım, elə bil ki, harasa çəkilib getdi, yox oldu. Məni çuğlayan sevincin təsiri altında dostlarımı bağrıma basdım.

***

Yalnız iki həftə sonra, evdən birdən-birə üç məktub və kiçik sovqat alanda dostlarım etiraf etdilər ki, teleqramı özləri yazıbmışlar. (Böyük torpaqdan bizə gələn teleqramlar əllə yazılırdı). Dostlarım bu yalan teleqramı tərtib etmişdilər ki, mənim nigarançılığıma son qoysunlar. Bu "yalana" görə ömrüm boyu dostlarıma minnətdar olacam.
__

Fotonu rənglədi: Tural Hüseyn

“Master-klass” tamaşasının premyerası baş tutdu Bu serial 10 bölüm uzadıldı - Səbəb "Şahnamə" tamaşasının məşqlərinə başlanıldı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://kulis.az
archiveBu xəbər 16 Yanvar 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see250

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see241

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see228

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see225

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see223

Dördüncü şirkətini də eyni prinsiplə qurdu: Raj Toletinin dəyişməyən biznes qaydası

22 Avqust 2026 13:10see201

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see188

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see169

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see168

Alimlər çəki artımını dayandıran maddə tapdılar

22 Avqust 2026 19:21see167

Paşinyan Kərki kəndinin qaytarılması barədə əmr verib

22 Avqust 2026 13:25see164

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see163

Efiopiyanın Baş naziri Sahibə Qafarova ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə edib

23 Avqust 2026 01:59see161

La Liqa klubunda yeni bombardir

23 Avqust 2026 00:51see160

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see159

Keçmiş məktəb direktoru vəfat etdi

22 Avqust 2026 18:57see159

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see157

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see144

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see144

Biz Türkiyə ilə eskalasiyada maraqlı deyilik İsrailli nazirdən AÇIQLAMA

23 Avqust 2026 01:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri