Icma.az
close
up
RU
Televizor qəfil susanda hər şey dəyişdi... Emin Əfəndi 20 Yanvarı belə xatırlayır...

Televizor qəfil susanda hər şey dəyişdi... Emin Əfəndi 20 Yanvarı belə xatırlayır...

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Şənbə idi. Sabaha dərs yox idi, yəni bizə görə həftənin ən sevimli axşamıydı. Əmimgil də bizdəydilər. Böyüklər böyük otaqda öz “böyük” söhbətlərini edirdilər, bizsə balaca otaqda “böyük-böyük” danışırdıq. O axşam uşaq düşüncələrimdə həyatın bütün qayğılarından uzaq, kiçik dünyanın böyük xoşbəxtliklərini yaşayırdım.

Anam (biz nənəmizə, atamızın dilindən “ana” deyirdik) həmişə olduğu kimi narahat idi. Əmimə dönüb deyirdi: “A bala, şər qarışdı, durun gedin evinizə.” Bu, onun adəti idi – şər qarışanda həmişə narahat olurdu. Amma həmin narahatlığın səbəbi yalnız axşamın düşməsi deyildi. Havada qəribə bir gərginlik vardı.

Biz isə bütün bunlardan xəbərsiz “Retro” verilişini gözləyirdik. Hər şənbə qəzet proqramlarında yazılırdı: Retro. Aparıcı Həmidə Ömərova ya da Ayaz Salayev olurdu. Ayaz Salayev dərin mövzulardan danışanda, balacalar üçün maraqlı olmurdu. Ancaq Həmidə Ömərovanın təqdim etdiyi hind filmləri, italyan ya fransız komediyaları bizim üçün dünyanın ən maraqlı tamaşaları idi. Bu axşam da aparıcı Həmidə xanım olmalıydı.

Son günlər şəhərdə qəribə hadisələr baş verirdi. Küçələrdə mitinqlər keçirilirdi, insanlar gərgin idi. Atam məni də bir-iki dəfə mitinqə aparmışdı. 11 yaşım olsa da, artıq başa düşürdüm ki, biz – azərbaycanlılar – böyük bir haqsızlıqla üzləşmişik. Ermənistanda yaşayan qohumlarımızın hamısını deportasiya etmişdilər. Təxminən iki ildir ki, evimizdə söhbətlərin əsas mövzusu qohumlara ev tapmaq, işlə təmin etmək idi. Biz Qərbi azərbaycanlılar çoxdan düşmənimizin kim olduğunu bilirdik, amma bu hadisələr bizim üçün də gözlənilməz olmuşdu.

Televizor qəfil susanda hər şey dəyişdi. Bu, adi texniki problem deyildi. Böyüklər narahat oldular: “Nə baş verir?” Əmimlə atam tez qərar verdilər – əvvəlcə əmimin ailəsini evlərinə aparacaq, sonra meydana gedəcəkdilər. O gecə mən yata bilmədim. Televizorun susduğu o səssizlik, böyüklərin üzündəki qorxu və təlaş mənim də uşaq xəyallarımı sarsıtmışdı.

Atam səhər açılanda qayıtdı. Üzündəki ifadə hər şeyi deyirdi. “Bütün şəhər qan içindədir” – dedi. Gözlərimə inanmadım. Atam danışırdı: tanklar küçələrə girib, insanları güllələyiblər, şəhər fəlakətə bürünüb. İlk dəfə böyük faciənin şahidi oldum.

20 Yanvar… Bu tarix o qədər müqəddəsləşib ki, ölümüm üçün gün seçmək ixtiyarım olsa, düşünmədən bu günü seçərdim. Çünki məncə, azərbaycanlıları birləşdirən, tarixdə bir millət kimi öz gücümüzü göstərən ilk müqəddəs gün məhz 20 Yanvardır.

Mənim nəzərimdə, bizim azadlıq yolumuz o gecə başladı. Həmin gün, tankların güllə yağdırdığı gecə Azərbaycan xalqı susmaqdan imtina etdi. Anladı ki, 70 illik quruluş yanlış olub. Bildi ki, itirilmiş müstəqilliyimizi bərpa etməkdən başqa çarəmiz yoxdur. Bugünkü dövlətimizin təməli məhz o gecənin fədakarlığı üzərində quruldu. Uzun illər sonra zəfər çalan yeni nəsil üçün də tarixin 20 Yanvar dərsi vardı. Heç vaxt unudulmayacaq dərs. Mübarizlik dərsi.Azərbaycan uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

Emin Əfəndi 

Sfera.az

Yazıları Emin Əfəndinin teleqram kanalından izləyə bilərsiniz: //t.me/efendi19

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://sfera.az
archiveBu xəbər 20 Yanvar 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri