Icma.az
close
up
RU
20 yanvarı xatırlayarkən…

20 yanvarı xatırlayarkən…

Modern.az saytına istinadən Icma.az xəbər verir.

“Kapitan və Xəzər dənizi” filmi üzərinə düşüncələr

O gün mən hardaydım?! İllər sonra qanlı faciənin yaddaşımı oyatdığı bu sual Nizami kinoteratrında izlədiyim "Kapitan və Xəzər dənizi" ilə birgə baş qaldırdı. Otuz altı il əvvələ qayıtdım.

1990-cı ilin 20 yanvar günü Füzuli şəhərində oxuduğum məktəbdə sinif yoldaşlarımızla qəribə bir gecənin uğultusundan pıçıltı ilə danışırdıq. Nə olmuşdu,niyə televizor heç nə göstərmirdi?!

Əyalət paytaxtda baş verən hadisənin miqyasından xəbərsiz, televiziya yayınının kəsilməsiylə gözündən kor,qulağından sağır olmuşdu. Amma batmış qulaq darı dəlirmiş kimi şübhəli,qorxulu bir hadisənin sorağında idi. İdi ki,19-dan 20-nə keçən gecə radio dalğalarında “Bakı qan içindədir” kəlmələri ilə fəryad qoparan “Azadlıq”radiostansiyasının Azərbaycan şöbəsində Mirzə Xəzəri silkələyən şair Bəxtiyar Vahabzadənin  hayqırtısını eşitmişdi. Və o səslə də yuxumuz ərşə çəkilmişdi.

Bu xəbərin hələ ağlımızın dərk etmədiyi, gözümüzün görmədiyi bir fəhmlə sarsıntısından üşüyürdük. Soyuq yanvar gününün şaxtasından daha acı, daha kəskin şəkildə...

Qayıdaq bu günə… 36 ildə bir dəfə belə unudulmayan o günün bu ildönümünə... Şeirlər, bəstələr, ağılar,elegiyalar, nələr, nələr yazıldı. Rəsmlər, filmlər çəkildi. Yazılan, deyilən, çəkilən nə varsa hər biri özü-özünü  qırmızı qərənfillərlə yola salan qəhrəman, təpərli bir xalqın böyük oyanışından danışdı. Qərənfillər “gecəni atəş ilə qırmızı dan edən” məşum hadisənin şəhidlərini ağladı. Əzizə xanım ağbirçək ana kimi azadlıq uğrunda həyatını itirən balalarını bayatılarla uğurladı. Vətən şəhid köynəyindən özünə don biçdi, daha əzəmətli, daha vüqarlı oldu. Əyilmədi,sınmadı...

Örnək göstərməyə nə çoxdur nümunə, saymaqla bitməz. Amma bu gün 36 il sonra fərqli bir məcrada animasiya dili ilə sənədlərlə danışan o filmi izlədik. "Kapitan və Xəzər dənizi”.

Rejissor və ssenari müəllifi Türkan Hüseyn olan bu film həmin günlərə ithafən Xəzər gəmiçılərinin qəhrəmanlığına,cəsarətinə işıq tutdu. Günlərlə qara bayraqlar qaldırıb xalqın səsinə səsini qatan cəsur kapitan və 43 nəfərlik heyətdən danışdı.

O heyətdən ki,var gücü ilə mübarizə apardı,Xəzər dənizində fit verən gəmilərlə qara bayraq qaldırıb əliyalın,günahsız insanların matəmini diri tutdular.          

Film  animasiya ilə xronikanın vəhdətini daşıyırdı. Bu rejissorun yaradıcı heyətlə ortaya qoyduğu ekran işinin cazibəsi, bədii həlli idi.

Yenə 20 yanvardır. Yenə insanlar axın-axın müqəddəs Şəhidlər xiyabanını ziyarət edirlər. Yenə qərənfillər qırmızı rəngli xalı toxuyub,yerə döşəyib.

36 ildə çox şey dəyişib. Müstəqillik yolunda irəliləyən dövlətimiz güclənib, böyüyüb, böyük tarixi sınaqlardan keçib. Bu gün müqəddəs Şəhidlər xiyabanını həm də 44 günlük Zəfərin şərəfi ilə qəddimizi dik tutaraq ziyarət edirik. Ruhu şad olsun,qəhrəmanların!

Təranə Bakirqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Yanvar 2026 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see293

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see282

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see259

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see255

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see250

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see242

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see241

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see224

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see214

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see212

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see211

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see208

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see207

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see203

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see187

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see168

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri