Icma.az
close
up
RU
Təmayül siniflərə qeydiyyat davam edir

Təmayül siniflərə qeydiyyat davam edir

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Elm və Təhsil Nazirliyi tərəfindən 2021-ci ildən icra olunan “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində 10-11-ci sinif şagirdlərinə informasiya texnologiyaları sahəsində bilik və bacarıqlar qazandırmaq məqsədilə genişmiqyaslı proqram həyata keçirilir.

"Cebheinfo.az" xəbər verir ki, layihə “Alqoritmika” beynəlxalq proqramlaşdırma məktəbi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir və şagirdlərə müasir texnologiyalar sahəsində ixtisaslaşma imkanı yaradır.

Hazırda proqram 13 region üzrə 40 məktəbdə tətbiq olunur və ümumilikdə 1251 şagird bu imkanlardan yararlanır. 2025-2026-cı tədris ili üzrə 3000 şagirdin qeydiyyatdan keçməsi proqnozlaşdırılır. Qeydiyyat prosesi 18 aprel – 7 may tarixləri əhatə edir və  https://digitalskills.edu.az/ platforması vasitəsilə aparılır. 

Layihə çərçivəsində informatika təmayüllü siniflərdə tədris edilən proqramlar şagirdlərin həm nəzəri biliklərini, həm də praktik bacarıqlarını inkişaf etdirməyə yönəlib. Nəticədə şagirdlər real layihələr üzərində çalışır, fərdi portfoliolarını formalaşdırır və texnoloji sahədə ilk addımlarını atırlar.

Proqrama qoşulmaq istəyən 9-cu sinif şagirdləri üçün may ayında onlayn qəbul imtahanı keçiriləcək. İmtahanın vaxtı və digər detallar iştirakçıların elektron poçt ünvanlarına göndəriləcək. 

Qeyd edək ki, məktəbdə İT təmayüllü sinifin yaradılması üçün azı 15 şagirdin uğurlu nəticə göstərməsi tələb olunur. Əgər şagirdin məktəbində belə bir sinif yaradılmayıbsa, o, yaşadığı əraziyə yaxın digər məktəbə yerdəyişmə edə bilər.

Qəbul imtahanından uğur qazana bilməyən şagirdlərə isə bir aylıq hazırlıq proqramından sonra yenidən iştirak imkanı veriləcək.

Nigar
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 May 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see276

“Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün ölkələrin nüvə silahına sahib olmaq həvəsini artırdı...“

23 Avqust 2026 08:19see221

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see217

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see207

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see206

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see206

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see205

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see204

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see196

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see194

Rusiya itkilərinin 80 faizini bu şəhərdə verir

23 Avqust 2026 13:17see169

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see165

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see162

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see160

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

23 Avqust 2026 16:06see159

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see159

ABŞ də keçirilən tennis turnirinin finalçıları müəyyənləşib

23 Avqust 2026 13:29see159

Klub prezidenti təcili toplantı keçirdi, baş məşqçiyə “çıx get” söylədi! SON DƏQİQƏ

23 Avqust 2026 16:02see158

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see157

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri