Icma.az
close
up
RU
Təməl dalğıc kursunun növbəti buraxılış mərasimi keçirilib AZƏRTAC

Təməl dalğıc kursunun növbəti buraxılış mərasimi keçirilib AZƏRTAC

Bakı, 2 dekabr, AZƏRTAC

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən, Hərbi Dəniz Qüvvələrinin "N" hərbi hissəsində "Təməl dalğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları iştirak edib.

Çıxış edənlər bu cür kursların keçirilməsinin hərbi qulluqçuların ixtisas səviyyəsinin, eləcə də döyüş hazırlığının artırılmasına mühüm töhfə verdiyini qeyd ediblər.

Bildirilib ki, kurs müddətində hərbi qulluqçular müxtəlif tapşırıqları yerinə yetirməklə peşəkar dalğıc bacarıqları əldə ediblər. Dalğıclar gəmi altına baxış, axtarış-xilasetmə əməliyyatları və digər vacib fəaliyyətləri həyata keçirərək praktiki təcrübə qazanıblar.

Hərbi qulluqçular "Təməl dalğıc kursu"nu müvəffəqiyyətlə başa vurublar.

seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri