Icma.az
close
up
RU
“Təmir etdir, əməkdar artist ol” Nura Suridən nazirliyə yeni ittihamlar

“Təmir etdir, əməkdar artist ol” Nura Suridən nazirliyə yeni ittihamlar

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Müğənni Nura Suri növbəti dəfə Mədəniyyət Nazirliyi ilə bağlı ağır ittihamlar səsləndirib.

Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında fikirlərini bölüşən müğənni Mədəniyyət Nazirliyi əməkdaşının əməllərini ifşa edib.
Müğənninin sözlərinə görə nazirlikdə Nərminə adlı xanım ona dağılmış “Mədəniyyət evi”nə direktor olmağı təklif edib, əvəzində həmin obyektin təmir olunmasını istəyib: “Bu xanım müğənniləri bir-bir bölgələrdə atılmış “Mədəniyyət evləri”nə direktor təyin edirdi. Əlbəttə, müğənnilər öz cibindən binanı təmir etdirəcəkdi, nazirlik isə dövlət hesabına pul siləcəkdi”.
Müğənni qeyd edir ki, “Mədəniyyət evi”nin işçisi olduğu üçün təqdimat veriləcək və daha sonra ad təqdim ediləcəkdi: “Mənə də “Əməkdar artist” adı almaq üçün belə bir təklif edilmişdi. Əslində o dönəmlərdə ürəyimdən keçdi, amma valideynlərim yeyinti olacağı deyib icazə vermədilər. Mənim dəyişməməyimin səbəbi də ətrafımda məhz belə vicdanlı insanların olmasıdır. Rüşvət verib nəsə etmək həm dövləti, həm də xalqı aldatmaqdır”.
Müğənninin paylaşdığı videonun şərh bölümündə həmkarı Almaxanım Əhmədova da tənqidi ifadələr səsləndirib. O, Mədəniyyət Nazirliyinin dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri Mənzər Nurəliyeva haqqında ağır ittiham yazıb. "Əslində bir çox sənətçilər gözəl bilirlər ki, Mənzər necə adamdır. Amma qorxduqları üçün susurlar. Çünki Mənzər adlarını dövlət tədbirlərində qara siyahıya salmaq təhdidi ilə onlara hədə-qorxu gəlir. Və vaxtiykən bu sənətçilərin çoxu belə tədbirlərdə iştirak üçün Mənzərə az pay-puş verməyiblər. Ona görə də dillənə bilmirlər. Bunu sübut eləmək üçün əlimizə səs yazan gəzməli deyilik. Gördüyümüzü deyirik. Bunu bir nəfər desəydi, inandırıcı olmazdı. Amma bir çoxu Mənzərdən narazıdır. Mədəniyyət nazirinin (Adil Kərimli) qabağında mənim, Nura xanımın, Pərviz Qasımovun, kamança ifaçısı Şəhriyarın, Elvin Novruzovun, Pərviz Fərhadovun, müğənni Təranə Mahmudovanın, tarzən Məsim İslamovun və bir çoxlarının Mənzər barədə şikayət ərizəsi var. 20-yə yaxın şahidin olması böyük göstəricidr”, – deyə müğənni bildirib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 14 Noyabr 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see350

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see174

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see171

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see156

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see156

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see141

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see139

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri