Təmiri yarımçıq qalan bu yollar insan ölümünə səbəb olur AÇIQLAMA
Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
"Qazıntıdan sonra bərpa olunmayan yolda yaranan problemlərin həlli üçün müəyyən qanun qəbul olunmalıdır. Çünki burada söhbət təmir və quraşdırma işlərindən gedirsə, bu, aparıcı şirkətlərin məsuliyyətindən irəli gəlir. Məsələn, hər hansı bir şəxs yolu qazaraq oradan su borusu, kanalizasiya xətti, işıq dirəyi və ya internet xətti keçirə bilər. Bu işlər yalnız müvafiq dövlət qurumları ilə razılaşdırılmış şəkildə və xüsusi rəy əsasında görülməlidir".
Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.
O, bildirib ki, əgər rəy alındıqdan sonra işlər yarımçıq qoyulursa, bu artıq hüquq-mühafizə orqanlarının səlahiyyətinə aid məsələdir:
"Çünki vətəndaşlara problem yaradan əsas məsələ podratçı şirkətin məsuliyyətsizliyidir. Yolu qazıb işləri yarımçıq qoymaq, təmir edilən yeri bərpa etməmək onların öhdəliyidir. Ona görə də bu kimi hallarda məsuliyyət mütləq nəzərə alınmalı və hüquqi mexanizmlərlə tənzimlənməlidir".
Qeyd edək ki, Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qazıntıdan sonra bərpa olunmayan yolda yaranan çökəklik sürücüləri təhlükə ilə üz-üzə qoyub.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.
O, bildirib ki, əgər rəy alındıqdan sonra işlər yarımçıq qoyulursa, bu artıq hüquq-mühafizə orqanlarının səlahiyyətinə aid məsələdir:
"Çünki vətəndaşlara problem yaradan əsas məsələ podratçı şirkətin məsuliyyətsizliyidir. Yolu qazıb işləri yarımçıq qoymaq, təmir edilən yeri bərpa etməmək onların öhdəliyidir. Ona görə də bu kimi hallarda məsuliyyət mütləq nəzərə alınmalı və hüquqi mexanizmlərlə tənzimlənməlidir".
Qeyd edək ki, Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qazıntıdan sonra bərpa olunmayan yolda yaranan çökəklik sürücüləri təhlükə ilə üz-üzə qoyub.
Əfsanə Kamal
Demokrat.az

Müəllimin ölümünə səbəb qəbulda əsəbiləşməsi olub? AÇIQLAMA
06 Noyabr 2024 21:15
Müəllimin ölümünə səbəb qəbulda əsəbiləşməsi olub? AÇIQLAMA KONKRET
06 Noyabr 2024 21:28
Antibiotiklər insan ölümünə səbəb olur ÜSTdən xəbərdarlıq
28 Noyabr 2024 12:29
Müəllimin ölümünə səbəb qəbulda əsəbiləşməsi olub? AÇIQLAMA Yeni Sabah
06 Noyabr 2024 21:24

