Icma.az
close
up
RU
Təmirli, yoxsa təmirsiz mənzil: “Qiymətinin artması alıcıların qərarına əngəl törətmir”

Təmirli, yoxsa təmirsiz mənzil: “Qiymətinin artması alıcıların qərarına əngəl törətmir”

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Əvvəllər təmirli və ya az təmirli mənzillərə üstünlük verən alıcılar indi getdikcə daha çox tam təmirsiz vəziyyətdə olan mənzillərə maraq göstərirlər. Bu tendensiyanın arxasında bir neçə əsas səbəb dayanır".

Bunu deyən Əmlak eksperti Anar Nəsirov “Yeni Sabah”a bildirib ki, mənzil bazarında alıcı davranışları həqiqətən dəyişib:

"İlk növbədə, alıcılar mənzili öz zövq və ehtiyaclarına uyğun şəkildə təmir etdirmək istəyirlər. Onlar standart və bəzən keyfiyyətsiz hesab olunan hazır təmirlərlə kifayətlənmək əvəzinə, yaşayış məkanını tam fərdi şəkildə formalaşdırmağa üstünlük verirlər. Bu yanaşma həm interyer dizaynında fərdilik yaratmaq, həm də funksionallığı artırmaq baxımından önəmli sayılır. Toyuqlu pizza

Digər mühüm səbəb isə otaqların planlaşdırılmasına dair azadlıq istəyidir. Alıcılar mənzilin planını öz həyat tərzinə uyğun olaraq dəyişdirmək, əlavə divarlar çəkmək, bəzi arakəsmələri ləğv etmək və ya geniş açıq mətbəx kimi həllər seçmək üçün podmayak mənzillərə yönəlirlər. Təmirli mənzillərdə bu imkan ya çox məhdud olur, ya da əlavə xərclərlə müşayiət olunur”.

A.Nəsirov qeyd edib ki, bütün bunlarla yanaşı, tikinti materiallarının bahalaşması və təmir xidmətlərinin qiymətinin artması alıcıların qərarına əngəl törətmir:

“Bəzi hallarda alıcılar "podmayak" mənzil alıb şəxsi vəsaiti ilə təmir etdirməklə, hazır təmirli ev almağa nisbətən daha sərfəli nəticə əldə etdiklərini düşünürlər. Bu yanaşma həm iqtisadi cəhətdən qənaət etməyə, həm də təmirin keyfiyyətinə nəzarət etməyə imkan verir.

Hazırda daşınmaz əmlak bazarında "podmayak" vəziyyətdə olan mənzillərin tapılması da asan deyil. Bu mənzillərə tələbat artdığından, bir çox investor və fərdi şəxslər belə evləri alaraq təmir etdirir və daha yüksək qiymətə satışa çıxarırlar.

Beləliklə, təmirsiz mənzillərin təmir edilərək təkrar satışa çıxarılması artıq gəlirli bir biznes modelinə çevrilib.

Mənzil bazarındakı bu yeni meyl alıcıların dəyişən tələbatını və fərdiləşmiş yanaşma arzusunu əks etdirir. Təmirli evlərə marağın azalması, "podmayak" mənzillərin isə daha çox diqqət çəkməsi, gələcəkdə bu sahədə fəaliyyət göstərən tikinti şirkətləri və investorlar üçün də istiqamətverici ola bilər”.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 İyul 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri