Icma.az
close
up
RU
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? AÇIQLAMA

Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? AÇIQLAMA

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xırdalan şəhərinin mərkəzində inşa edilən yeni yaşayış kompleksində mənzillər tikinti işləri başa çatmamış satışa çıxarılıb. 

Avtosfer.az xəbər verir ki, alıcılara təmirsiz təhvil veriləcək mənzilləri 15 min manatdan başlayan ilkin ödənişlə və 6 ilədək daxili kredit şərtləri ilə əldə etmək imkanı yaradılıb. Kompleksdə sahəsi 50,64 kvadratmetrdən 114,16 kvadratmetrədək dəyişən 1, 2, 3 otaqlı və studiya tipli mənzillər təklif olunur. Hazırda 8 binada tikinti işləri davam etdirilir, bəzi binaların betonlama mərhələsinin 2026-cı ilin dekabrında, digərlərinin isə 2027-ci ilin martında başa çatdırılması planlaşdırılır. 
Bəs tikintisi başa çatmamış evlərin satışına qanunvericiliklə hansı hallarda icazə verilir və bu cür satışlar hansı şərtlər əsasında həyata keçirilə bilər?
Mövzu ilə bağlı əmlak eksperti Elnur Azadov Avtosfer.az-a açıqlamasında bildirib ki, qanunvericiliklə bu məsələdə bir məhdudiyyət yoxdur:


"Çoxmənzilli binaların tikintisi üçün ilk növbədə layihə dövlət tərəfindən təsdiqlənir və həmin layihə əsasında mənzil-tikinti kooperativinə və ya məhdud məsuliyyətli cəmiyyət formasında fəaliyyət göstərən tikinti şirkətinə tikinti hüququ verilir. Belə binaların tikintisini yalnız tikinti şirkətləri deyil, fiziki şəxslər də həyata keçirə bilərlər. Qanun buna məhdudiyyət qoymur. Fərdi yaşayış evlərinin tikintisində də oxşar proses mövcuddur. Hər hansı torpaq sahəsi fiziki və ya hüquqi şəxsin mülkiyyətindədirsə və həmin torpaq qanunvericiliyə uyğun olaraq yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulubsa, bu sahədə tikintiyə məhdudiyyət yoxdur. Tərəflər öz aralarında müqavilə bağlayır və həmin müqaviləyə əsasən sifarişçi və icraçı qismində çıxış edirlər. Sifarişçi ilə razılaşmaya əsasən, icraçı həmin evi öz torpaq sahəsində tələb olunan qaydada və təsdiq edilmiş layihəyə uyğun olaraq tikir. Tikinti başa çatdıqdan sonra həmin evə dair müvafiq sənəd və çıxarış alınır. Bununla da tərəflər müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş olurlar. İkinci predmet isə artıq ərsəyə gəlmiş evdir. Əsas həssas məqam isə çıxarışın əldə olunmasıdır. İcraçı bu torpağın üstündə lazımi qaydada evi həm tikməlidir, həm də çıxarışla təmin etməlidir. Çıxarış alındıqdan sonra ilkin müqavilə əsasında başlayan proses yekunlaşır və evin tikintisi başa çatdıqdan sonra tərəflər arasında əsas mülkiyyətin rəsmiləşdirilməsi müqaviləsi bağlanır. Bununla da proses tamamlanır".
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun fikrincə isə, kotlovan mərhələsində, yəni təməlindən satılan evlərin alqı-satqısı indiyədək də həyata keçirilib və bundan sonra da davam edəcək:

"Bir çox investorlar məhz bu mərhələdə ev almağa üstünlük verirlər. Çünki tikinti başa çatdıqdan sonra həmin mənzillərin qiyməti daha yüksək olur və bu da investorlar üçün maddi baxımdan böyük maraq doğurur. Qanunvericiliklə belə satışlar qadağan edilməyib. Lakin hər hansı daşınmaz əmlak üzərində hüquqların rəsmiləşdirilməsi üçün mütləq dövlət reyestrindən çıxarış olmalıdır. Əgər həmin obyektin reyestrdən çıxarışı yoxdursa, alqı-satqı yalnız satıcı ilə alıcı arasında razılaşma xarakteri daşıyır və daşınmaz əmlak üzərində hüququ rəsmiləşdirmir.
Bina hazır olduqdan, təhvil-təslim sənədi imzalandıqdan və tikilinin normativlərə uyğun inşa edilməsi ilə bağlı müvafiq qurumlardan rəylər alındıqdan sonra mülkiyyətin rəsmiləşdirilməsi prosesi başlayır. Bunun üçün vətəndaş kotlovan mərhələsində bağladığı ilkin müqaviləni, maliyyə öhdəliklərinin tam yerinə yetirildiyini təsdiq edən sənədi və şəxsiyyət vəsiqəsini təqdim edərək müvafiq qaydada daşınmaz əmlakına dair dövlət reyestrindən çıxarış əldə edir. İlkin sənəd kimi həmin sənədlərin qüvvəsi var. Lakin burada əsas risk ondan ibarətdir ki, kotlovan mərhələsində alınan mənzillər sonradan hüquqi rəsmiləşdirmə prosedurlarından keçə biləcəkmi, yoxsa yox".
Vüqar Oruc əlavə edib ki, etibarlı hesab olunan, indiyədək fəaliyyəti ilə bağlı ciddi problem yaşanmayan, yaxşı iş portfelinə malik olan, məhkəmə, prokurorluq və digər hüquq-mühafizə orqanları ilə bağlı hər hansı problemi olmayan mənzil-tikinti kooperativlərinin inşa etdiyi mənzilləri təməldən almaq mümkündür:
"Fəaliyyətində problemlər olan, tikinti işlərini normativlərə uyğun aparmayacağı və ya müvafiq qurumlardan lazımi təsdiqləri ala bilməyəcəyi ehtimalı mövcud olan şirkətlərə qarşı ehtiyatlı davranmaq məqsədəuyğundur. Çünki təməl mərhələsində mənzil almaq o deməkdir ki, alıcı hələ mövcud olmayan, tikintisi başa çatmamış mənzili əldə edir. Elə hallar olub ki, tikinti şirkətləri ərazidə söküntü və köçürülmə işlərini həyata keçirib, ərazini hazırlayaraq qazıntıya başlayıblar. Lakin sonradan eyni mənzilləri mərtəbələr üzrə bir neçə şəxsə satıblar. Nəticədə qanun pozuntularına yol verən şəxslər barəsində müvafiq tədbirlər görülür və onlar məsuliyyətə cəlb olunurlar. Belə hallarda müxtəlif şəxslər məhkəmələr tərəfindən fərqli müddətlərə azadlıqdan məhrumetmə cəzalarına məhkum ediliblər. Bu cür risklər mövcuddur. Buna görə də vətəndaş mütləq konsaltinq xidmətindən istifadə etməli və ya özü kifayət qədər təcrübəyə malik olaraq araşdırmaları aparmalıdır. Hər hansı riskin olmadığına əmin olduqdan sonra mənzili təməl, yəni kotlovan mərhələsində almaq barədə qərar verməlidir".

Züleyxa Allahverdiyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 26 Noyabr 2026 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see707

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see578

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see325

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see297

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see294

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see284

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see283

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see260

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see257

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see254

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see247

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see245

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see244

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see241

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see240

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see240

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see235

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see221

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see213

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri