“Təmiz Şəhər”in 249 milyon manatlıq zərəri ilə bağlı çağırış
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan "Təmiz Şəhər" ASC 2025-ci ili 5,666 milyon manat xalis zərərlə başa vurub - bu, 2024-cü illə müqayisədə 3,4 dəfə çoxdur.
"Yeni Sabah" xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli şəxsi facebook səhifəsində bildirib. Onun sözlərinə görə, qurumun yığılmış zərəri 249 milyon manata çatıb:
“Bu ASC tullantıların idarə edilməsi ilə məşğuldur və ziyanla işləyir. Dünyanın bir çox ölkələrində “zibil biznesi” ən karlı bizneslərdən biri sayılır, hətta, İtaliyada “mafiya” bu işlə məşğul olmaq üçün bir-birini sıradan çıxardırdı. Yaxşı, bu sahəni də batırdız, ziyan, özü də xalis ziyan milyardın dördə-birinə çatıb. Səbəblərini raşdıran olubmu?! Xərclərmi şişirdilir?! Əgər belə ASC-lərlə alınmırsa, sivil dünyanın getdiyi yolla gedək – Böyük Şəhər Bələdiyyələri yaradaq, Mer seçək, şəhər hökuməti formalaşdıraq, onlar da hesabatlı şəkildə şəhər təsərrüfatı, o cümlədən tullantılarla məşğul olsunlar, bu xidməti ya özləri həyata keçirsinlər, ya da yaxşı şərtlərlə özəl şirkətlərə devr edib, heç olmasa, ziyanla işləməsinlər. Pepperoni pizza
"Təmiz Şəhər" ASC 250 mln. manatlıq ziyanı bağlayacaqmı?! Təbii ki, yox, günü birində bu ziyan silinəcək, məsuliyyət daşıyan da olmayacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 25 Avqust 2026 01:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















