Icma.az
close
up
RU
“Təmiz Şəhər” niyə 249 milyon manat zərərdədir?

“Təmiz Şəhər” niyə 249 milyon manat zərərdədir?

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Azərbaycanda tullantıların idarə olunması ilə məşğul olan dövlət şirkətinin maliyyə nəticələri yenidən gündəmə gəlib.

İqtisadçı-ekspert Natiq Cəfərli “Təmiz Şəhər” ASC-nin 2025-ci ili milyonlarla manat zərərlə başa vurmasına diqqət çəkərək, şirkətin fəaliyyət modelinin və xərclərinin araşdırılmasının vacibliyini bildirib.

Rəsmi maliyyə hesabatına görə, “Təmiz Şəhər” ASC 2025-ci ili 5,666 milyon manat xalis zərərlə başa vurub. Şirkətin sənədləri rəsmi saytında da yerləşdirilib. 2024-cü ildə şirkətin xalis zərəri 1,667 milyon manat olmuşdu. Beləliklə, bir il ərzində illik zərər təxminən 3,4 dəfə artıb.

Şirkətin yığılmış zərəri isə ilin sonunda 249,185 milyon manata çatıb.

Natiq Cəfərli hesab edir ki, bu rəqəmlər tullantıların idarə olunması sisteminin iqtisadi səmərəliliyi ilə bağlı ciddi suallar yaradır.

“Bu sahəni də batırdınız”

Ekspert bildirib ki, “Təmiz Şəhər” tullantıların idarə edilməsi ilə məşğul olsa da, zərərlə işləyir. “Dünyanın bir çox ölkələrində “zibil biznesi” ən karlı bizneslərdən biri sayılır”, – deyə Cəfərli qeyd edib. O, şirkətin zərərinin səbəblərinin araşdırılmasını vacib hesab edir: “Səbəblərini araşdıran olubmu?! Xərclərmi şişirdilir?!”

Lakin mövcud maliyyə məlumatları xərclərin şişirdildiyini təsdiqləmir. Bununla belə, 2025-ci ilin hesabatında bəzi xərc maddələrində ciddi dəyişikliklər diqqət çəkir.

Bir ildə “digər əməliyyat xərcləri” 56 dəfə artıb

Maliyyə hesabatına əsaslanan məlumatlara görə, şirkətin əməliyyat xərcləri 2024-cü ildəki 35,858 milyon manatdan 41,630 milyon manata yüksəlib. Eyni zamanda gəlirlər 41,576 milyon manatdan 36,787 milyon manata düşüb. Yəni bir tərəfdən gəlir azalıb, digər tərəfdən əməliyyat xərcləri artıb.

Ən diqqətçəkən məqamlardan biri isə “digər əməliyyat xərcləri” maddəsidir. Bu xərc 2024-cü ildə cəmi 68,2 min manat olduğu halda, 2025-ci ildə 3,8205 milyon manata yüksəlib.

Başqa sözlə, bir il ərzində bu xərc maddəsi təxminən 56 dəfə artıb. Açıq yayılan məlumatlarda həmin 3,82 milyon manatlıq xərcin konkret nədən ibarət olduğu ətraflı göstərilmir.

Kommunal xərclərdə də ciddi artım qeydə alınıb: 814 min manatdan 2,583 milyon manata yüksəlib.

Bu rəqəmlər xərclərin formalaşmasının ayrıca araşdırılmasını aktuallaşdırır. Ancaq yalnız bu göstəricilərə əsaslanaraq “xərclər şişirdilib” nəticəsinə gəlmək mümkün deyil.

Problem təkcə xərclərdə deyil

“Təmiz Şəhər”in maliyyə vəziyyəti ilə bağlı əvvəlki illərin auditləri də göstərir ki, şirkətin problemləri yalnız xərclərin yüksək olması ilə izah edilə bilməz. Hesablama Palatasının 2021-2023-cü illəri əhatə edən auditində tullantıların idarə olunması sahəsində 100 milyon manatdan çox potensial gəlirin reallaşdırılmadığı müəyyən edilib.

Bakı üzrə isə “Təmiz Şəhər” ASC-yə təhvil verilmiş tullantıların zərərsizləşdirilməsi xidmətləri ilə bağlı 21,3 milyon manat kreditor borcunun yarandığı bildirilib. Hesablama Palatasının məlumatına görə, bu maliyyə itkiləri dövlət büdcəsinin xərcləri hesabına maliyyələşdirilib.

Bu isə mühüm bir məqamı ortaya qoyur: şirkətin zərərinin səbəbləri sırasında yalnız xərclərin artması deyil, potensial gəlirlərin tam reallaşdırılmaması da var.

Tullantıların yalnız kiçik hissəsi çeşidlənib

Hesablama Palatasının auditi tullantıların emalı və çeşidlənməsi ilə bağlı da maraqlı rəqəmlər ortaya qoyub. 2021-2023-cü illərdə “Təmiz Şəhər” tərəfindən zərərsizləşdirilməsi üçün qəbul edilmiş 2,5259 milyon ton tullantının 93,9 faizi basdırılıb və ya yandırılıb, yalnız 6,1 faizi çeşidlənməyə qəbul edilib.

Bu isə tullantıların təkrar emalından və çeşidlənməsindən əldə edilə biləcək gəlirlər baxımından suallar yaradır. Audit materiallarında 1 ton tullantının çeşidlənməsindən orta hesabla 55,9 manat, yandırılmasından isə 21,7 manat gəlir əldə edildiyi göstərilib.

Beləliklə, tullantıların çeşidlənməsi və təkrar emalının daha geniş tətbiqi şirkətin maliyyə modelinin yaxşılaşdırılması baxımından potensial imkan kimi görünür.

Balaxanı zavodu da zərərlə işləyib

“Təmiz Şəhər”in maliyyə problemlərinin ən mühüm komponentlərindən biri tullantıların yandırılması infrastrukturu ilə bağlıdır. Hesablama Palatasının məlumatlarına əsasən, Balaxanı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun 2013-2023-cü illərdə 363,27 milyon manat xərci, buna qarşılıq isə 120,76 milyon manat daxilolması olub.

Bu göstəricilər zavodun xərclərinin gəlirlərini ciddi şəkildə üstələdiyini göstərir.

Deməli, Natiq Cəfərlinin “zibil biznesi gəlirlidir” fikrində ümumi olaraq müəyyən iqtisadi məntiq olsa da, Azərbaycandakı konkret modelin avtomatik olaraq gəlirli olması gözlənilə bilməz. Burada tariflər, yığım sistemi, çeşidləmə səviyyəsi, texnologiyanın saxlanması və enerji xərcləri mühüm rol oynayır.

Natiq Cəfərli hesab edir ki, mövcud idarəetmə modeli effektiv nəticə vermirsə, şəhər təsərrüfatının idarə edilməsində başqa mexanizmlər tətbiq olunmalıdır. “Əgər belə ASC-lərlə alınmırsa, sivil dünyanın getdiyi yolla gedək – Böyük Şəhər Bələdiyyələri yaradaq, mer seçək, şəhər hökuməti formalaşdıraq”, – deyə ekspert bildirib.

Onun fikrincə, şəhər təsərrüfatı, o cümlədən tullantıların idarə olunması bələdiyyələrin məsuliyyətində ola bilər. Xidmətlər ya birbaşa bələdiyyə tərəfindən həyata keçirilə, ya da özəl şirkətlərə şəffaf və səmərəli şərtlərlə həvalə edilə bilər.

249 milyon manatlıq zərər necə bağlanacaq?

“Təmiz Şəhər” ASC-nin qarşısında əsas suallardan biri də yığılmış 249,185 milyon manatlıq zərərin gələcəkdə necə qarşılanacağıdır. Natiq Cəfərli hesab edir ki, bu məbləğin taleyi ilə bağlı ictimaiyyətə aydınlıq gətirilməlidir. Onun sözlərinə görə, “Təmiz Şəhər”in bu qədər böyük zərəri bağlaması real görünmür və müəyyən mərhələdə həmin zərərin silinməsi ehtimalı yarana bilər.

Hazırda isə mövcud rəqəmlər göstərir ki, problemin səbəbini yalnız bir amillə izah etmək düzgün deyil. Gəlirlərin azalması, əməliyyat xərclərinin artması, tullantıların çeşidlənməsinin aşağı səviyyədə qalması, potensial gəlirlərin tam toplanmaması və tullantıların yandırılması modelinin yüksək xərcləri birlikdə şirkətin maliyyə vəziyyətinə təsir edən əsas amillər kimi görünür.

Ən çox araşdırılmalı məsələlərdən biri isə 2025-ci ildə “digər əməliyyat xərclərinin” 68 min manatdan 3,82 milyon manata yüksəlməsinin səbəbidir. Bu xərc maddəsinin detalları ictimaiyyət üçün açıqlansa, “Təmiz Şəhər”in 2025-ci il zərərinin formalaşmasına daha aydın qiymət vermək mümkün olar.

Samir Abdulla

AzPost.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://azpost.info
archiveBu xəbər 24 Avqust 2026 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri