Icma.az
close
up
RU
“Tenderlər, yatırımlar sahəsində pozuntular daha çoxdur” “Yeni yanaşmaların tətəbiqi zəruridir...”

“Tenderlər, yatırımlar sahəsində pozuntular daha çoxdur” “Yeni yanaşmaların tətəbiqi zəruridir...”

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

“Əvvəlki illərdə olduğu kimi, büdcə qanunvericiliyinin pozulması, dövlət satınalmaları və əsaslı vəsait qoyuluşu sahəsindəki nöqsanlar üstünlük təşkil edir”.

“AzPolitika” xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Modern.az” saytına müsahibəsində deyib.

“Son dövrlər aktuallaşan daha bir məqam da var. Bu, qurumların təşkilati-hüquqi formasının dəyişdirilməsi, başqa sözlə, sırf büdcə təşkilatı kimi fəaliyyət göstərən qurumların sayının azalması, təsərrüfat-hesablı müəssisələrin sayının artımı ilə bağlıdır. Bu isə öz növbəsində yeni institusional vahidlərdə vəsaitlərin idarəedilməsi üzrə yeni yanaşmaların yaranmasını zəruri edir”, - o, vurğulayıb.

Ötən il qüvvəyə minən “Dövlət satınalmaları haqqında” Qanunun tətbiqindən sonra vəziyyəti dəyərləndirən V.Gülməmmədov, bir sıra problemləri sadalayıb: “Yeni qanunvericiliyin satınalan təşkilatlar tərəfindən tam mənimsənilməməsi, habelə satınalmaların keçirilməsi zamanı müvafiq razılıqların verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərin kifayət qədər çox olması, həmçinin satınalmalarla bağlı təsdiqləmələrin hüquqi aktla müəyyən edilmiş son gündə verilməsi satınalma prosedurlarının keçirilməsi və müqavilələrin bağlanılmasında yubanmalara səbəb olmaqla dövlət büdcəsinin vəsaitinin aidiyyəti istiqamətdə reallaşdırılmasına mənfi təsir edib.

Qiymətləri ölkə bazarında konkret olan malların qanunvericiliklə dövlət satınalmalarının əhatə dairəsindən istisna edilməməsi, habelə yuxarıda qeyd edilən bəzi amillər satınalan təşkilatlar tərəfindən bir mənbədən satınalma metoduna müraciətlərin artmasına səbəb olub.

Qanunvericilikdə dövlət satınalmalarının keçirilməsi üçün minimum məbləğlərin müəyyən edilməməsi ehtimal olunan qiyməti cüzi məbləğlə ifadə olunan predmetlər üzrə dövlət satınalmalarının bəzi hallarda baş tutmaması ilə nəticələnib.

Dövlət satınalmaları ilə bağlı müvafiq portalın funksionallığının yeni qanunvericiliyə tam uyğunlaşdırılmaması satınalan təşkilat tərəfindən müvafiq prosedurların həyata keçirilməsində çətinliklərin yaranmasına səbəb olub”.

Hesabama Palatasının sədri “Dövlət satınalmalarında satınalınan mal və xidmətlərin dəyərinin yüksək göstərilməsi halları müşahidə edilirmi?” sualını belə cavablandırıb: “Məlum olduğu kimi, dövlət satınalmalarını tənzimləyən qanunvericilik müxtəlif satınalma metodlarının tətbiqini mümkün edir.

Qanunun 45-ci maddəsində müəyyən edilmiş metodlardan birinin - açıq tenderin tətbiqi, bu metodun mahiyyəti və fəlsəfəsi mal və xidmətlərin dəyərinin yüksək göstərilməsi ifadəsi ilə artıq uzlaşmır. Başqa sözlə, sırf bu metod üzrə hesab edirəm ki, elektron satınalmaların tətbiqindən sonra bu suala cavab verilməsi ali audit orqanı olan Hesablama Palatasının mandatından kənarlaşan məsələdir. Digər metodların tətbiqində isə bu məsələ auditlər zamanı diqqətdə saxlanılacaq”.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Fevral 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri