Tənhalıq xəstəlikləri sürətləndirir Tədqiqat
Icma.az, Olke.az saytına istinadən bildirir.
Tənhalıq qaraciyər xəstəliklərini sürətləndirir.
Ölkə.Az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı tədqiqat aparılıb.
Burada 400 mindən çox insan iştirak edib və onların sosial həyatı ilə qaraciyərindəki əlaqə təhlil edilib.
Əhalinin təxminən 30 faizinə təsir edən bu xroniki qaraciyər xəstəliyi piylənmə, diabet və yaşlanmanın artması səbəbilə ciddi ictimai sağlamlıq problemi kimi qiymətləndirilir.
Nəticələr göstərib ki, tənhalıq qaraciyər xəstəliklərini 22 faiz, sosial təcrid isə 13 faiz artırır. Bu təsirlər piylənmə, diabet və həyat tərzi faktorları kimi ənənəvi risk amillərindən asılı olmayaraq müşahidə edilib.
Məlum olub ki, tənhalıq yalnız psixi sağlamlığa deyil, həm də metabolik xəstəliklərin inkişafına ciddi təsir göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 15 Fevral 2025 01:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















