Icma.az
close
up
RU
Tənqidçi sadə söz adamıdır, başqa heç nə... Cavanşir Yusifli

Tənqidçi sadə söz adamıdır, başqa heç nə... Cavanşir Yusifli

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kulis.az Cavanşir Yusiflinin "Fraqmentlər" essesini təqdim edir.

Adonis ərəb poeziyasının tarixi haqqında yazısında qeyd edirdi ki, ərəb ənənəsində ədəbiyyat ritorik dil sistemidir: nitqin ritorika toxumasına uyğunlaşdırılmasıdır. Buna görə də deyirik ki, ərəb poeziyası bir qayda olaraq şairə artıq keçmişdə dəfələrlə edilən işarəni göndərir. Əvvəllər şeirin mənası onun tələffüzündə aşkarlanırdı. “Tələffüz”lə “məna” arasındakı əlaqə isə qarşılıqlı deyil, tamamlayıcıdır: tələffüz mənanı içinə alır və beləliklə, ona aydınlıq verir. Bu səbəbdən məna yox, tələffüz, şeirin səslənməsi əsas idi. Qədim ərəblər köçəri olublar, səhrada yaşayıblar, yazı bilməyiblər. Orta əsərlərin ərəbi onu günah bilirdi....

Bizim təcrübədə də zəif də olsa belə bir fakt mövcuddur. Mənanı tələffüzlə çatdıran, onu ağac çətiri kimi örtüb tamamlayan şeirlər var. Mətni oxuyursan, üstündən zaman keçir, bir təsadüfdə onu elə şairin öz dilindən dinləməli olursan. Oxuduğunla dinlədiyin parça arasında bəzən yerlə göy qədər fərqi hiss edirsən.
Oxuduqda adi mətndir, dinlədikdə tam başqa. Tam fərqli. Bu səbəbdən bizdə qafiyəli sərbəst şeirlər daha çox sevilir və yazılır.
Ona görə də Ələkbər Salahzadə şeiri ilə Zəlimxan Yaqubun şeirləri haqqında tam fərqli yazılar yazılmalıdır. Zəlimxan Yaqubun şeirlərinə xas olan əsas xassə intuisiya və improvizasiyadır. Bu iki xassə şeirdən şeirə adlayır və zamanla yeni cəhətlər əldə edir. Buna görə onun qoşmalarını ard-arda düzüb bir mətn kimi oxusaq, həmin intuisiyanın dərinlik ölçsüsü haqqında da fikir söyləyə bilərik.
Ələkbər Salahzadənin mətnlərindən bəhs edərkən milli poeziyanın təcrübəsi tam şəkildə öyrənilməlidir ki, bu “kənaraçıxma” lazımınca görünə bilsin. Səs-söz təkrarları, alliterasiya onun səbəst şeirlərinə ayrıca bir rəng, önəmli kolorit qatır.
Ələkbərin hər şeiri böyük bir rəsmin fraqmentləridirmi? Bunu qismən təsdiqləmək olar. Qəribə görünsə də, bu şeirlərdə aşıq ifasının (saz-söz) bəlirtiləri də var. Səs elə bir rəngdə, elə bir aurada meydana çıxır ki, sən bunları yığcam bir palitra kimi əsəvvür edə bilərsən.
Bəzən aşığın səsi elə bir tembrdə çıxır ki, səs sanki simlərin bir-birinbə dəyməsindən, sehrli şəkildə toxunmasından hasil olur. Yəni, əslində, oxuyan simlərdir, aşıq yox.

Zəlimxan Yaqubda bir şeir bütöv təsiri bağıslasa da əslində fraqmentdir, Ələkbər Salahzadədə, fraqment effekti versə də, əslində, bütövdür.

Bədii əsər mətnində izah və təhlil üçün məkan sonsuz dərəcədə böyükdür, onu müəllifin nəzərdə tutduğu və tutmadığı cizgilərlə birlikdə analiz edə bilərik. Əli Kərimin “Atamın xatirəsi” şeiri haqqında çox yazılar yazılıb, bir qismi eyni intonasiyaya, sadəcə, semantik çalarlı olsa da, az qismi əsasən struktur təhlil nümunəsi sayıla bilər.
Fəxri Uğurlunun bu şeir haqqında yazısı daha çox mifoloji təsəvvürə dayanır və şeirin əsas mətləb və ideyasının dolğunluğunu göstərir. O cümlədən Səməd Vurğunun “Mən tələsmirəm” şeiri.

Ədəbi tənqid mətnlə münasibətdə necə olmalıdır?
Şübhəsiz ki, semantik təhlillə bədii mətnin mənlarını açmaq, onun ifadə etdiklərini tamamlamaq mümkün deyildir. Yuxarıda vurğuladığımız kimi, bədii mətni istənilən mövqedən görə bilmək, ona nüfuz edə bilmək üçün bütün məlum yanaşma və təhlil metodlarından istifadə olunmalıdır.

Bəzən tənqid yazısı belə olur: hansısa nəsr əsəri təhlil olunur, Aristotrel və Platondan üzü bəri mütəfəkkirlərdən sitatlar gətirilir, mətn isə ənənəvi yolla “təhlil edilir”.
İndiki dövrün bədii mətnlərini ənənəvi metodlarla izah və şərh etmək mümkün deyildir. Təhlilin necəliyi haqqında bədii mətnin özündə müəyyən işarələr mövcuddur; tənqidçinin güclü emosiyası, soyuqqanlılıqdan vaz keçərək bədii mətnə yanaşması onun toxumalarını görünməz edir.
Yenə Adonisin sözüylə desək, ədəbiyyat hər şeydən qabaq görmədir. Tənqid bədii əsəri bu nöqtəyə istinadən təhlil və təqdim etməlidir. Bədii mətn nəyi görür, gördükləri haqqında nələr deyir? Və... tənqid təkcə bədii mətnin “gördüklərini” şərh etmir, onları qiymətləndirir, öz təcrübəsindən çıxış edir, iki şey arasında – iki görmə arasında paralel və çarpaz xətlər çəkilir və yalnız bu zaman bədii əsər haqqında yetərli söz demək mümkündür.
Elə bu səbəbdən tənqidçi ideya adamı olmalıdır: hər bir məqalədə, hər bir təhlil nümunəsində bədii mətnlə əlaqəli olan və olmayan ideya irəli sürülməlidir, çünki ortada mükəmməl görmə aparatlı olan bədii mətn var, onu təsdiqləməyə və kökündən inkar etməyə şans yaranıb, əgər tənqidçi yalnız müəllifin görmə bucağı ilə kifayətlənəcəksə bu, sözsüz ki, bədii mətnin ifadə etdiyi mənaların dairəsini maksimum daraldacaqdır.
Bunun üçün yuxarıda sadaladığımız iki nəsnənin təkcə toplanması yox, vurulması və bölünməsi də lazımdır. Bu sxem təhlillərdə o qədər sadə şəkildə aparılmalıdır ki, tənqidçinin adının ətrafına bir “filosof” (yaxud mütəfəkkir) sözü artırılmasın.
Tənqidçi bu deyilən əməliyyatları yerinə yetirən sadə söz adamıdır, başqa heç nə.
Ancaq.... Bu zaman mümkün “kənaraçıxmalar” elə olmamalıdır ki, bədii əsərin canlı toxuması, yəni oxucuyla danışan, onu maqnit kimi özünə çəkən toxumaları zədələnsin.
Bunun üçünsə bədii mətnin imkan verdiyi, daha çox möhtacı olduğu bütün metodlardan istifadə edilməlidir, ədəbi tənqidi metod kirpiklərini tərpətmədən bədii mətnə baxan gözdür, bu göz bədii mətni bütün şərtilik elementləri ilə qəbul edir, ordan yığa bildiyi bütün fakt və gerçəkləri yalnız özünün münasib bildiyi üsiulla təhlil edir, çıxarılan nəticələri bədii mətnin gerçəkliyə yansıyan ehtirasına istinadən şərh edir.
Bu mənada ədəbi tənqidi yazının essedən fərqləri sərhədd xətti kimi görünür. Ədəbi tənqidlə esse arasındakı fərq akademizmlə sərbəstlik, sərbəst şərh arasındakı fərq deyildir, bəzən, vəziyyətin tələb etdiyi situasiyada ədəbi tənqid essenin sığına biləcəyindən daha sərbət ola bilər.
Çünki bir bədii faktı, deyək ki, şeir mətnini, yaxud nəsri təhlil edərkən sözün dərinliyinə enmək ehtirası bu sərbəstliyin maksimum cizgisini cıza bilir. Hər hansı bədii əsər, yaxud bədii mətni sırf nəzəri mövqedən, yaxud ancaq tarixi poetika baxımından incələmək lüzumu yaranır.
Bu metodlar fərqlidir və tənqidçidən geniş erudisiya və nəzəri hazırlıq tələb edir. Tarixi poetika müstəvisində ən müxtəlif dövr və epoxalara məxsus bədii əsərlər müqayisə edilə bilər və bu zaman seçimdə sərbəstlik, yəni ilk baxışdan ağla gəlməyən müqayisələrə yol verilə bilər. Bunun üçün bədii əsər və onun yaratdığı mədəni epoxanın dərinliklərindəki mətləb və mənalardan xəbərdarlıq əsas şərtlərdən biridir.

Salam, yaz yağışı, salam, göy üzü! - Fəxri Müslümün yeni şeirləri Mərakeşdə “Əlifba” mədəni layihəsinin təqdimatı keçirilib Ələkbər Tağıyev kimdir?
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://kulis.az
archiveBu xəbər 26 Aprel 2025 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see337

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see258

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see255

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see243

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see230

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see229

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see220

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see219

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see217

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see217

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see213

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see213

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see212

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see209

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see198

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see196

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see194

“Abşeron Logistika” 2025 ci ili 77 milyon manat gəlir və 6,2 milyon manat xalis mənfəətlə başa vurub

22 Sentyabr 2026 12:55see190

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see179

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri