Icma.az
close
up
RU
Teodora Marin: Şimal Cənub nəqliyyat dəhlizi Azərbaycanın regional çəkisini daha da gücləndirəcək

Teodora Marin: Şimal Cənub nəqliyyat dəhlizi Azərbaycanın regional çəkisini daha da gücləndirəcək

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Buxarest, 13 noyabr, AZƏRTAC

Rumıniyalı siyasi şərhçi Teodora Marin hesab edir ki, Şərq–Qərb nəqliyyat dəhlizi və Zəngəzur dəhlizi istiqamətində ardıcıl atılan praktiki addımlarla yanaşı, Şimal–Cənub nəqliyyat dəhlizinin (ŞCND) reallığa çevrilməsi prosesi də yeni geosiyasi reallıq formalaşdırır və bu mənzərənin mərkəzində məhz Azərbaycan dayanır. Onun fikrincə, ötən ay Bakıda Azərbaycan Baş nazirinin müavini, Rusiya Federasiyası Hökuməti sədrinin müavini və İranın yol və şəhərsalma nazirinin iştirakı ilə keçirilən görüş ŞCND üzrə proseslərin kağız üzərindən çıxaraq konkret icra mərhələsinə keçdiyini göstərir. Bu, bir tərəfdən Xəzər hövzəsini Fars körfəzi və Hind okeanı ilə birləşdirən strateji xəttin möhkəmlənməsi, digər tərəfdən isə Azərbaycanın həm Şərq–Qərb, həm də Şimal–Cənub oxlarında kəsişən mərkəzi nəqliyyat qovşağına çevrilməsi deməkdir.

Teodora Marin qeyd edir ki, ŞCND-yə maraq göstərən əsas oyunçulardan biri də Hindistandır. Dəhliz bu ölkəyə həm Avropa bazarlarına daha qısa çıxış, həm də Rusiya, İran və digər region ölkələri ilə ticarətin daha səmərəli qurulması imkanı verir. Lakin o vurğulayır ki, geosiyasi hesablamalar təkcə iqtisadi maraqlarla məhdudlaşmır. Azərbaycanın baxış bucağından Hindistanın son illərdə Ermənistanı silahlandırması, Bakıya qarşı qeyri-dost ritorika sərgiləməsi və daxili siyasətdə islamofobiya ilə bağlı tənqidlərə məruz qalması diqqətdən kənarda qalmır. “Bu vəziyyət Azərbaycan üçün əlavə rıçaqlar formalaşdırır. ŞCND-nin ən əsas hissələrindən biri Azərbaycan ərazisindən keçdiyi üçün marşrutun işlək olmasında Bakının qərarı həlledici əhəmiyyət daşıyır. Hindistanın addımları, nəticə etibarilə, bu ölkənin həm Xəzər hövzəsi, həm də Cənubi Qafqaz nəqliyyat arxitekturasından tədricən təcrid olunması riskini artırır. Başqa sözlə, rəsmi Nyu-Dehli öz yanlış seçimləri ilə özünü kənara sıxışdıran tərəf kimi görünür.

Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan–Pakistan münasibətləri tarixi olaraq ən yüksək səviyyəyə çatıb, Türkiyənin də qoşulduğu Azərbaycan–Türkiyə–Pakistan üçtərəfli formatı regionda siyasi və təhlükəsizlik baxımından mühüm güc mərkəzinə çevrilib. Pakistanın artıq Ermənistanla diplomatik əlaqələr qurmağa başlaması fonunda belə, Dehlinin bölgədə “kənarda qalan oyunçu” təsviri daha da güclənir. Nəticədə, maraqlı paradoks yaranır – Pakistan həm Azərbaycanla strateji müttəfiqliyini qoruyur, həm də Cənubi Qafqazla ayrıca əlaqə kanalları açır, lakin prosesin geosiyasi mərkəzi yenə də Bakı olaraq qalır.

T.Marin vurğulayır ki, Azərbaycanın nüfuzu və manevr imkanları məhz bu konfiqurasiya fonunda daha aydın görünür. Bakı həm Şərq–Qərb, həm də Şimal–Cənub dəhlizləri üzrə əsas oyunçu olmaqla yanaşı, marşrutların texniki koordinasiyasından daha çox, siyasi və iqtisadi şərtlərin formalaşmasında söz sahibinə çevrilib.

Nəticə etibarilə, şərhçi belə qənaətə gəlir ki, Şimal–Cənub dəhlizi ətrafında gedən proseslər Azərbaycanın regional çəkisini daha da gücləndirir. Bu yeni reallıqda Bakı həm region dövlətləri, həm də Cənubi Asiya və Avrasiya gücləri üçün məcburi dialoq ünvanına çevrilir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see201

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see184

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see180

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see170

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see150

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see146

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see143

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see141

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see136

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see136

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see131

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see131

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see125

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri