Icma.az
close
up
RU
Rusiyalı politoloq: Azərbaycanın çoxşaxəli nəqliyyat strategiyası Şimal Cənub dəhlizinin geosiyasi çəkisini artırır

Rusiyalı politoloq: Azərbaycanın çoxşaxəli nəqliyyat strategiyası Şimal Cənub dəhlizinin geosiyasi çəkisini artırır

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 8 dekabr, Səbinə Əlizadə, AZƏRTAC

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafını digər regional layihələrdən təcrid edilmiş şəkildə qiymətləndirmək mümkün deyil. Bu dəhliz geniş nəqliyyat arxitekturasının ayrılmaz hissəsi olaraq müxtəlif marşrutlarla sinerji yaratmaqla vahid regional logistika şəbəkəsinin formalaşmasına xidmət edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında rusiyalı politoloq Darya Qrevsova söyləyib.

Onun sözlərinə görə, Şimal-Cənub xətti Zəngəzur istiqaməti və Orta Dəhlizlə paralel inkişaf edir, bu isə bütün marşrutların qarşılıqlı möhkəmlənməsinə gətirib çıxarır. Tikintisi davam edən Horadiz-Ağbənd dəmir yolu xətti, eləcə də planlaşdırılan Bakı-Naxçıvan-Qars marşrutu regionda daha qısa və daha çevik bağlantılar yaradır. Bu, həm Şimal-Cənub, həm də Orta Dəhlizin rəqabət qabiliyyətini gücləndirərək Türkiyə və Avropa istiqamətinə alternativ çıxış imkanı formalaşdırır.

Qrevsova bildirib ki, İranla sərhəddə yerləşən Astara terminalının genişləndirilməsi dəhlizin ən mühüm “dar boğazlarından” birini aradan qaldırır. Astaradakı yeni terminallar marşrutun buraxıcılıq qabiliyyətini yüksəltməklə Şimal-Cənub dəhlizinin operativliyini əhəmiyyətli dərəcədə artırır.

Politoloqun sözlərinə görə, artan tranzit həcmləri fonunda Orta Dəhlizlə qarşılıqlı tamamlayıcı mexanizmlər formalaşır:

“Transxəzər marşrutunun dinamikası göstərir ki, Azərbaycan multimodal nəqliyyat qovşağına çevrilir. Şərqdən Qərbə yönələn yüklərin yalnız Avropaya deyil, həm də İrana və oradan Şimal-Cənub xətti üzrə cənuba yönləndirilməsi imkanları yaranır. Beləliklə, bu iki dəhliz rəqiblər kimi deyil, vahid inteqrasiya olunmuş şəbəkə kimi fəaliyyət göstərməyə başlayır”.

Darya Qrevsova qeyd edib ki, Azərbaycanın eyni vaxtda bir neçə nəqliyyat istiqamətini sinxron şəkildə idarə etmək bacarığı ölkənin geosiyasi rolunu xeyli artırır. Bakı bütün Avrasiya üzrə logistika axınlarının diversifikasiyasını təmin edən əsas qovşağa çevrilir. Alternativ marşrutların mövcudluğu nəqliyyat sisteminin sabitliyini, seçim imkanlarını və ümumi təhlükəsizliyini gücləndirir. Şimal-Cənub dəhlizi üzrə rəqəmsallaşdırma və vahid tarif siyasətinin tətbiqi artıq digər marşrutlar üçün də yeni standartlar müəyyən edir. Bu proses Azərbaycanı regionda səmərəlilik, koordinasiya və idarəetmə baxımından nümunəvi modelə çevirir.

“Ən mühüm nəticələrdən biri institutlaşma prosesinin real mərhələyə keçməsidir. Bu sənəd deklarativ mərhələdən çıxaraq faktiki işlək idarəetmə mexanizmləri yaradır. Azərbaycanın eyni anda Şimal-Cənub, Zəngəzur dəhlizi və Orta Dəhliz üzrə paralel strategiyalar həyata keçirməsi ölkəni daha elastik, daha dayanıqlı və yüksək dərəcədə şaxələndirilmiş Avrasiya nəqliyyat arxitekturasının başlıca aktoruna çevirir”, - deyə politoloq vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri