Icma.az
close
up
RU
Təqaüdçülərə sürücülük qadağası İki rəy

Təqaüdçülərə sürücülük qadağası İki rəy

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ekspert deyir ki, təklif edilən məsələ vətəndaşın hüququnu məhdudlaşdırmır

İctimai nəqliyyat gündəlik həyatımızın ayrılmaz hissəsidir. Hər gün yüzlərlə insan avtobus və taksilərdən istifadə edərək iş, ev, məktəbə yollanır. Lakin bu yolun təhlükəsizliyi sükan arxasında əyləşən şəxslərin fiziki və psixoloji hazırlığı ilə birbaşa əlaqəlidir.

Son illərdə yaşı 65-dən yuxarı olan sürücülərin nəqliyyat vasitələrini idarə etməsi halları artır ki, bu da cəmiyyətdə müəyyən narahatlıqlara səbəb olur.

Yaşlı sürücülərin uzun illər ərzində topladığı təcrübə inkarolunmazdır. Amma bu yaşda diqqətin zəifləməsi, reflekslərin yavaşıması, sağlamlıq problemlərinin yaranması kimi amillər nəinki onların özləri üçün, həm də sərnişinlər və digər yol hərəkəti iştirakçıları üçün ciddi təhlükə yarada bilər.

Deputat Müşfiq Cəfərov mövzu ilə bağlı Modern.az-a bildirib ki, 65 yaşı tamam olan insanlar artıq yaş dövrü, sağlamlığı ilə əlaqədar sürücülük baxımından riskli sayılırlar. Ona görə də belə bir qərar verilib ki, 65 yaşı tamam olan insanlar kommersiya təyinatlı marşrutlarda işləməsinlər. Yəni bu yaşda olan insanlar təqaüdə göndərilməlidir. Deputat parlamentin mövqeyinə istinad edib.

Əslində necə olmalıdır? Yaşı 65 olanların sürücülük fəaliyyətinə məhdudiyyətlər tətbiq edilməlidirmi?

Nəqliyyat məsələləri üzrə Eldəniz Cəfərov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Ölkəmizdə nəqliyyat vasitələrinin idarə olunması ilə bağlı məsələlərə aydınlıq gətirilir. ”Yol hərəkəti haqqında" qanunun 33-34-cü maddələrində qeyd olunur ki, Azərbaycanda sürücülük vəsiqəsi 10 il müddətinə verilir. 60-70 yaşından sonra sürücülük vəsiqəsinin yenidən dəyişdirilməsi üçün hər 2 ildən bir tələb mövcuddur. Yəni yaşı 70-ə çatmış şəxslər hər 2 ildən bir sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı müraciət etməlidirlər və bu zaman onların sağlamlığı yoxlanılır, sağlamlıq haqqında arayış istənilir. Həmçinin, bir sıra xəstəliklər mövcuddur ki, Səhiyyə Nazirliyinin və ya TƏBİB-in təsdiqlədiyi siyahıya əsasən bu xəstəliklərə malik şəxslər nəqliyyat vasitəsini idarə edə bilməzlər. Belə şəxslərə sürücülük vəsiqəsi verilmir və onlar sürücülük imtahanına da buraxılmırlar.

Düşünürəm ki, hörmətli millət vəkillərinin təklif etdiyi qərar əslində vətəndaşın hüququnu məhdudlaşdırmır. Niyə? Çünki burada söhbət kommersiya məqsədli nəqliyyat vasitələrinin idarə olunmasından gedir. Yəni, əgər vətəndaşın sağlamlığı imkan verirsə, 70 yaşında da, hətta ondan sonra da öz şəxsi nəqliyyat vasitəsini idarə edə bilər. Amma burada əsas diqqət iş fəaliyyətinə yönəlib - məsələn, ictimai nəqliyyat, şəhərlərarası nəqliyyat və ya turizm sektorunda sürücülük fəaliyyəti ilə məşğul olan şəxslərə. Əgər belə şəxslər artıq pensiya yaşına çatıbsa, yəni 65 yaşı tamam olubsa, o zaman onların kommersiya xarakterli sürücülük fəaliyyəti ilə məşğul olmasınlar".

Həkim-mütəxəssislər də qeyd edir ki, 65-70 arası yaş qrupu ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiq olunması zəruridir, xüsusilə ictimai nəqliyyatda fəaliyyət göstərən sürücülər üçün. Bunun bir çox səbəbləri var. Belə ki, yaş artdıqca görmə zəifləyir, eşitmə azalır, reflekslər ləngiyir. Eyni zamanda, xroniki xəstəliklərin riski də artır: hipertoniya, şəkərli diabet, ürək-damar xəstəlikləri bu yaşdan sonra daha çox yayılır və qəfil vəziyyətlərə səbəb ola bilər.

O da qeyd edilir ki, psixoloji gərginlik və yorğunluq yaşlı insanlarda daha tez özünü göstərir. Bu səbəbdən bir çox ölkələrdə 65 yaşdan yuxarı sürücülər üçün müntəzəm tibbi yoxlamalar və bəzən psixoloji testlər tələb olunur. Azərbaycanda da bu praktikanın mərhələli şəkildə tətbiq olunması tövsiyə edilir: yaşı 65-i keçən sürücülər mütəmadi tibbi və psixoloji yoxlamalardan keçməli, yalnız nəticələr müsbət olduğu halda işə davam etməlidirlər. Tam qadağa yox, fərdi qiymətləndirməyə əsaslanan sistem daha ədalətli olar.

Ümumiyyətlə, tibb mütəxəssisləri bir sıra hallarda sürücülük fəaliyyətini qadağan edir və ya ciddi şəkildə məhdudlaşdırır. Bunlar, nevroloji və psixoloji xəstəliklərdir: epilepsiya (nəzarətsiz qıcolmalar), ağıldan kəmlik, demensiya (məsələn, Alzheimer), şizofreniya və digər psixotik pozuntular (nəzarətsiz hallarda), depressiya (ağır mərhələdə, diqqət pozğunluğu varsa). Kardioloji xəstəliklər: ürək ritm pozğunluqları, keçirilmiş infarkt, xüsusilə yaxın keçmişdə, qan təzyiqinin nəzarətsiz halları (hipertoniya və hipotoniya). Görmə və eşitmə pozğunluqları: iki gözlə görmənin ciddi zəifləməsi, gözlərin kəskin dərəcədə fərqli işləməsi, eşitmə cihazı olmadan normal səviyyədə eşidə bilməmək. Endokrin xəstəliklər: qanda şəkər səviyyəsinin tez-tez düşməsi və ya qalxması ilə müşayiət olunan şəkərli diabet. Ortopedik və hərəkət məhdudluğu ilə bağlı hallar: əl və ayaqlarda hərəkət məhdudluğu (xüsusən sürücülük qabiliyyətini məhdudlaşdıran formada).

Əlavə olaraq qeyd edək ki, sürücülərin sağlamlıq yoxlamalarının vahid və şəffaf sistemlə həyata keçirilməsi də vacibdir. Çünki bəzi hallarda “formallıq naminə” verilən tibbi arayışlar real təhlükələri ört-basdır edə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://news24.az
archiveBu xəbər 19 Aprel 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see226

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see214

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see212

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see209

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see204

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see200

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see196

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see194

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see193

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see188

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see186

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see186

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see183

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see182

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see182

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see181

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see180

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see179

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see173

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri