Təqaüdçünün son ümidini əlindən alırlar Deputat
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
"İnformasiya texnologiyalarından bu və ya digər şəkildə istifadə edənlər var. Digərinin şəxsiyyətinə, şərəf və ləyaqətinə qarşı, o cümlədən böhtan kampaniyasının aparılmasının şahidi oluruq. Hesab edirəm ki, qarşılıqlı əməkdaşlıq bu məsələlərin qarşısının alınamsına kömək edəcək".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, bundan ən çox əziyyət çəkənlər təqaüdçülərdir: "Təqaüdçünün son ümidini əlindən alırlar. Onların kartlarının kodlarını öyrənirlər, başqa ölkələrin ərazisində oturaraq təqaüdçülərin təqaüdlərini başqa yerlərə köçürürlər. Bunun hesabına gəlir əldə edirlər. Hesab edirəm ki, konvensiya bu məsələlərin qarşısının alınmasına yardımçı olacaq. Həmçinin, vətəndaşların xəbəri olmadan adına şirkətlər açırlar, onların xeyli vergi borcu yaranır. Bununla sənədlərin saxtalaşdırılmasının qarşısı alınacaq".
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 10 Fevral 2026 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















