Təqaüddə olan hərbçilərin də pensiyası artacaq? Açıqlama
Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bir sıra qanunlara edilən dəyişikliklər nəticəsində Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq.
Dəyişikliklər Milli Məclisin sentyabrın 30-da keçirilən iclasında birinci oxunuşda qəbul edilib.
Qanuna dəyişiklik bir sıra insanlar tərəfindən təqaüddə olan hərbçilərin pensiyalarının da 22,8% artacağı kimi izah olunur.
Turkustan.az-ın xəbərinə görə, məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, bu dəyişiklik hazırda təqaüddə olan hərbçilərin pensiyasına təsir göstərməyəcək.
Onun sözlərinə görə, hərbçilərin pensiyası artıq 5 ildir ki, indeksləşdirilir: “Yəni ümumiyyətlə Azərbaycanda bütün növ əmək pensiyaları, o cümlədən hərbçilərin pensiyaları indeksləşdirilir. Yəni hazırda qanuna dəyişiklikdə hərbçilərin pensiyası aspektindən indeksləşdirilmədə hər hansı bir yenilik yoxdur”.
Qeyd edək ki, Azərbaycanda tətbiq edilən vahid indeksasiya metoduna əsasən, fərq qoyulmadan bütün növ pensiyalar (o cümlədən hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçuları və s. kimi xüsusi şərtlərlə pensiya alanlar) ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 02 Oktyabr 2026 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















