Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Təqsirsizlik prezumpsiyasında diqqət edilməli MƏQAMLAR Nələri BİLMƏLİYİK? Yeni Çağ Media

Təqsirsizlik prezumpsiyasında diqqət edilməli MƏQAMLAR Nələri BİLMƏLİYİK? Yeni Çağ Media

Icma.az, Yenicag portalına istinadən məlumat yayır.

Cinayət işi ilə bağlı xəbər hazırlayarkən mediada istifadə olunan bəzi ifadələr təqsirsizlik prezumpsiyasını poza bilər. Təqsirsizlik prezumpsiyası hüquqi prinsiplərdən biridir və hər bir şəxs məhkəmə hökmü ilə günahı sübuta yetirilənə qədər günahsız sayılır. Bu prinsipi qorumaq üçün media nümayəndələrinin aşağıdakı məqamlara diqqət yetirməsi vacibdir:

Təqsirsizlik prezumpsiyasini pozan sözlər və ifadələr:

Qətiyyətlə günahlandıran ifadələr:

“Cinayəti törətdi”

“Məhkəmənin qərarı olmadan cinayətkar adlandırmaq”

“Şübhəsiz ki, günahkardır”

“Günahkar olduğu sübut olunmuşdur” – Məhkəmənin qərarı olmadan belə ifadə yolverilməzdir.

“Cinayət işindəki sübutlar onların təqsirini birbaşa təsdiq edir”

“Cəmiyyət bilir ki onlar canidir”

“Onların cinayətkar olması faktdır”

“Cinayəti törətmişdir” – Törədildiyi iddia edilən cinayətlər barədə konkret sübutlar olmadan bu kimi ifadələr qərəzli görünə bilər. (Ümumiyyətlə cinayət işi üzrə sübutlar, hallar və faktları keçmiş zamanda, yəni artıq hüquqi qiymət verilib və həmin hal təsdiqini tapıb kimi yanaşmalar, ifadələrdən çəkinmək lazımdır və bu kimi yanaşma birmənalı olaraq qəbul edilən deyil)

“Qatillər”, “terrorçular”, “cinayətkarlar”, “təqsirkar”, “cani”, “qaniçən” – Məhkəmə hökmü olmadan birbaşa təqsirə dair ifadələr işlədilməməlidir.

“Həbs edilənlər cinayətkar qrupun üzvləridir” – İttiham olunan şəxslər haqqında hökm çıxarılmadan belə ifadələrə yer vermək yolverilməzdir.

“Cinayətin planlaşdırıcısı və icraçısı” – Bu kimi ifadələr, cinayətkar fəaliyyətin təsdiqi kimi qəbul edilə bilər.

“Qətl törədən”, “soyğunçu”, “terrorçu” – Bu cür ifadələr də mühakimə olmadan şəxsin təqsirli olduğunu əvvəlcədən təsdiq edir. Onun əvəzinə “cinayətdə şübhəli bilinən şəxs” kimi ifadələr istifadə olunmalıdır.

“Təqsiri sübuta yetirilib” – Məhkəmə qərarı olmadan belə bir ifadə qətiyyən işlədilməməlidir. Onun əvəzinə “təqsirləndirilir” və ya “iddialar var” deyilməlidir.

“Terror qrupunun üzvü” – Bu cür ifadələr şəxsə və ya qrupa məhkəmənin qərarı olmadan etiketi yapışdırır. Bunun əvəzinə “terror aktı törətməkdə ittiham olunan şəxs/qrup” deyilə bilər.

“Cinayətkar”, “təxribatçı” kimi qəti hökmlü sözlər – Məhkəmənin qərarı olmadan bu cür ifadələrdən istifadə şəxsin günahkar olduğu barədə birbaşa hökm verməkdir.

“Təqsirləndirilən şəxs günahını etiraf edib” – Əgər bu, məhkəmə tərəfindən təsdiq edilməyibsə, belə ifadələr şəxsin günahkar olduğunu göstərə bilər.

“Şübhəli şəxs bu cinayəti törədib” – “Törədib” sözü qətiyyətli bir nəticəni ifadə edir və prezumpsiyanı pozur.

“Cinayəti planlaşdırmışdılar”, “təşkil etmişdilər” – Belə qəti ifadələr də günahkarlıq barədə hökm kimi qəbul edilə bilər.

“Onlar mütləq cəzalandırılacaq” – Bu ifadə də məhkəmədən əvvəl şəxsin günahkar olduğunu bəyan edir.

Fərziyyələri fakt kimi təqdim etmək:

“Cinayəti planlaşdırdı və həyata keçirdi”

“Əldə edilən sübutlar onun təqsirini təsdiqləyir”

Tərəfli və ya emosional ifadələr:

“Vəhşi erməni separatçısı“

“Terrorçu dəstə üzvləri qətl törədib“

Hökmlə bağlı nəticə çıxaran ifadələr:

“Onlara mütləq ağır cəza veriləcək“

“Bu insanlar həbs olunmalıdır“

“Onlar ən ağır formada cəzalandırılacaq”

“Ağır cəzaya məhkum edilməlidir və ya ediləcək”

Təqsirsizlik prezumpsiyasını qorumaq üçün tətbiq oluna bilən yanaşmalar:

Hüquqi terminlərdən istifadə:

“Şübhəli şəxs”

“İttiham olunan şəxs”

“Cinayətdə ittiham edilən”

Faktlara əsaslanmış məlumat vermək:

“Prokurorluq tərəfindən ittiham irəli sürülüb”

“Araşdırma davam edir”

“İttiham tərəfinin təqdim etdiyi sübutlara əsasən”

“İttiham tərəfinin qənaətinə görə”

“Cinayət işi üzrə toplanmış sübutlara istinadən”

“Təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamlar və dəlillər”

Qəti nəticələrdən çəkinmək:

“İddialar hazırda məhkəmə tərəfindən araşdırılır”

“Təqsirli olub-olmaması məhkəmə qərarı ilə müəyyən ediləcək”

Obyektiv dil istifadə etmək:

“Təqsirləndirilən şəxslərlə ilə bağlı cinayət işi araşdırılır”

“Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını dəqiqləşdirir”

Uyğun alternativlər:

“İttiham olunan şəxslər” – Təqsirsizlik prezumpsiyasını qoruyur və məhkəmə qərarına qədər neytral qalır.

“Məhkəmə qərarını gözləyən şəxslər” – Əsas prinsipi vurğulamaq üçün uyğundur.

“İddialara görə” və ya “Prokurorluğun məlumatına əsasən” – İttihamların mənbəyini göstərmək üçün istifadə edilə bilər.

“Mümkün qanun pozuntusu” – Cinayət olduğu iddia edilən hadisəni neytral şəkildə ifadə edir.

“Şübhəli bilinən şəxs/qrup”

“İstintaq altında olan şəxs”

“İttiham olunan şəxs/qrup”

“Məhkəmə prosesi gözləyən”

“Cinayət törətməkdə təqsirləndirilən”

Ümumi tövsiyələr:

Neytral dil istifadə edilməli: Hər hansı ittiham və ya qərarı qətiyyətlə təqdim etməyin.

Mənbələrə istinad edilməli: İttihamların mənşəyini dəqiqliklə qeyd edin (məsələn, prokurorluq, hüquq-mühafizə orqanları).

Emosional yüklü ifadələrdən qaçmalı: İfadələrin təhrik edici və ya qərəzli görünməməsinə diqqət edin.

Başlıq və mətn uyğunluğu: Xəbərin başlığı və məzmunu arasında balans saxlayın ki, sensasiyaya yer verilməsin.

Bütün məlumatlar rəsmi mənbələrə əsaslanmalı və təsdiqlənməlidir.

Şəxsi mülahizələrdən qaçınılmalıdır. Jurnalistlər şəxsi fikirlərini xəbərdən kənarda saxlamalıdır.

Rəsmi mənbələrə istinad edilməlidir. Yalnız hüquqi prosedurlar çərçivəsində verilən məlumatlar paylaşılmalıdır.

Başlıqlarda diqqətli olmalıdır. Provokativ və ya qərəzli başlıqlardan çəkinilməlidir.

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 16 Yanvar 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri