Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

“Tərəfkeş ədalət”in iflası və Azərbaycanın siyasi uğuru

“Tərəfkeş ədalət”in iflası və Azərbaycanın siyasi uğuru

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin Ağdamda doğma yurdlarına qayıdan sakinlərlə keçirilən görüşü siyasi kontekstdən yanaşdıqda Azərbaycanın beynəlxalq sistemlə münasibətlərinin yekun qiymətləndirilməsi kimi dəyərləndirilir. Burada əsas diqqət təcrübədən çıxarılan siyasi nəticələrin açıq şəkildə səsləndirilməsinə yönəlmişdi.

Prezident İlham Əliyevin ritorikası bu dəfə auditoriyanı təsəlli ilə sakitləşdirmək üzərində qurulmamışdı. Əksinə, çıxışda ton daha çox hesabat xarakteri daşıyırdı – həm daxili auditoriya, həm də beynəlxalq aktorlar üçün. Dövlət başçısı göstərirdi ki, Azərbaycan işğal dövrünü beynəlxalq münasibətlər sisteminin necə işlədiyini öyrədən uzunsürən dərs kimi yaşamışdır. Bu dərs idealist beynəlxalq hüquq təsəvvürləri ilə real güc siyasəti arasındakı uçurumu aydın şəkildə üzə çıxardı.

Burada ortaya çıxan əsas analitik məqam ondan ibarətdir ki, Prezidentin çıxışı gələcək davranış modelinin izahıdır. Yəni məqsəd “bizə qarşı ədalətsizlik oldu” tezisini təkrarlamaq yox, bu ədalətsizliyin hansı institusional və siyasi mexanizmlər üzərindən mümkün olduğunu göstərmək idi. Ağdamdan, işğalın simvoluna çevrilmiş şəhərdən verilən mesaj beynəlxalq laqeydliyin konkret coğrafi nəticələrini vizual və siyasi baxımdan eyni anda xatırladırdı.

Məhz bu nöqtədə sualın ünvanlandığı auditoriya genişlənir. Çıxış təkcə Ağdam sakinləri üçün deyildi. O, eyni zamanda, illərlə “status-kvo”nu qorumağa çalışan beynəlxalq vasitəçilərə, selektiv yanaşma sərgiləyən böyük güclərə və beynəlxalq təşkilatların icrasız qərarlarına yönəlmiş siyasi müraciət idi. Prezident faktiki olaraq bildirirdi ki, Azərbaycan artıq beynəlxalq sistemin verdiyi vədlərlə yox, onun real davranışları ilə hesablaşan dövlət mərhələsinə keçib.

Prezidentin çıxışı otuzillik müşahidənin, gözləntinin və məyusluğun süzgəcindən keçmiş strateji nəticələrin ictimai təqdimatı idi. Çıxışın əsas mahiyyəti məhz burada gizlənir: Azərbaycan beynəlxalq münasibətlərdə kimə, nə zaman və hansı şərtlərlə güvənməyin mümkünlüyünü nəzəriyyə əsasında yox, yaşanmış təcrübə üzərindən müəyyənləşdirib.

Prezidentin səsləndirdiyi tezis Azərbaycanın beynəlxalq sistemdə yaşadığı paradoksu açıq şəkildə ortaya qoyurdu. Formal baxımdan hər şey yerində idi: işğal faktı tanınırdı, hüquqi sənədlər mövcud idi, qətnamələr qəbul olunmuşdu. Lakin beynəlxalq münasibətlərdə həlledici olan məhz bu “formal düzgünlük” deyil, onun icra olunub-olunmamasıdır. Azərbaycan nümunəsində isə hüquq var idi, amma iradə yox idi. Məhz buna görə Prezidentin “son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik” fikri sistemli siyasi müşahidənin nəticəsi kimi səslənir.

Mövcud vəziyyət bizi daha dərin analitik müstəviyə çıxarır. Beynəlxalq sistem niyə bəzi münaqişələrə dərhal müdaxilə edir, bəzilərini isə onilliklər boyu “dondurulmuş” vəziyyətdə saxlayır? Ağdamdan verilən mesaj göstərir ki, cavabı beynəlxalq hüququn çatışmazlığında axtarmaq sadəlövhlük olar. Problem hüququn kimlər üçün və nə vaxt işlədilməsindədir. Azərbaycan üçün hüquqi mexanizmlər mövcud olsa da, onlar bilərəkdən siyasi neytrallıq pərdəsi altında passiv vəziyyətə salınmışdı. Burada selektivlik anlayışı ön plana çıxır. Beynəlxalq təşkilatlar universal dəyərlərdən danışsalar da, real qərarvermə prosesində geosiyasi maraqlar üstün mövqe tutur. Bütün bunlar o deməkdir ki, işğal faktının özü yox, işğalçının kimliyi və onun güc mərkəzləri ilə münasibətləri əsas meyar rolunu oynayır. Prezidentin çıxışında dolayı yolla vurğulanan məqam məhz budur: Azərbaycan torpaqlarının işğalı beynəlxalq sistem üçün idarə olunan siyasi mövzu kimi qəbul edilmişdi.

ATƏT-in Minsk qrupu və BMT Təhlükəsizlik Şurasının taleyi bu kontekstdə simvolik xarakter daşıyır. Qətnamələrin icra olunmaması siyasi seçim idi. Ağdamdan səslənən arqumentlər göstərir ki, Azərbaycan bu prosesi illər boyu müşahidə edib və nəticədə belə bir qənaətə gəlib: beynəlxalq sistem ədaləti təmin etmədikdə, onu gözləmək yox, reallığı dəyişmək əsas strategiyaya çevrilir. Yəni beynəlxalq münasibətlərdə normativ sənədlər yalnız güc balansı ilə dəstəkləndikdə işlək olur. Əks halda, onlar kağız üzərində qalan təsəlli mexanizminə çevrilir. Azərbaycan təcrübəsi bu acı reallığı bütün çılpaqlığı ilə üzə çıxarır və Ağdamdan verilən mesaj bu reallığın artıq qəbul edildiyini göstərir.

Sanksiyalar mövzusu isə müasir beynəlxalq siyasətdə selektiv ədalətin ən açıq indikatorlarından biridir. XXI əsrdə sanksiyalar artıq müharibədən əvvəl işə salınan siyasi cəza mexanizmi funksiyasını daşıyır. Lakin Azərbaycanla bağlı vəziyyətdə bu mexanizm sanki mövcud deyildi. Susqunluq şüurlu siyasi seçim idi. Ermənistanın iqtisadi, demoqrafik və institusional zəifliyi nəzərə alındıqda, hər hansı real sanksiya paketinin işğal siyasətini davam etdirməyi qeyri-mümkün edəcəyi aydın idi. Məhz buna görə sanksiyaların tətbiq olunmaması münaqişənin “təhlükəli şəkildə dondurulması”nın əsas şərtlərindən birinə çevrilmişdi.

Burada diqqətçəkən əsas məqam odur ki, beynəlxalq sistem yalnız sanksiya tətbiq etməklə deyil, onu tətbiq etməməklə də prosesləri yönləndirir. Ermənistan-Azərbaycan münaqişəsində sanksiyaların yoxluğu, faktiki olaraq, işğalın davamına siyasi kredit rolunu oynadı. Bu isə Prezidentin dolayı yolla səsləndirdiyi daha sərt nəticəyə gətirir: münaqişə nəzarətsiz böhran yox, idarə olunan status-kvo idi. Yəni böyük güclər üçün əsas məsələ regionda öz maraqlarına uyğun “sabit qeyri-sabitlik” mühitinin qorunması idi.

Məhz bu reallıqlar Azərbaycan üçün fundamental xarici siyasət dönüş nöqtəsi yaratdı. Uzun illər beynəlxalq vasitəçilərin verdiyi vədlərə, hüquqi mexanizmlərə və diplomatik proseslərə əsaslanan strategiya tədricən funksionallığını itirdi. Post-2020 dövründə isə tam fərqli yanaşma formalaşdı. Azərbaycan artıq regional güc balansını özü müəyyən edən aktor kimi çıxış etməyə başladı.

Əslində Prezidentin Ağdamdakı çıxışı bu dəyişimin ideoloji əsaslandırmasıdır. Burada açıq mesaj verilir: Azərbaycan beynəlxalq hüquqdan yan keçən dövlətə çevrilməyib, amma artıq təkcə hüquqa bel bağlayan dövlət də deyil.

Türkiyəyə ünvanlanan xüsusi vurğu isə Prezidentin çıxışında emosional minnətdarlıq çərçivəsini aşaraq strateji mahiyyət daşıyır. “Bizim yanımızda olan tək ölkə Türkiyə idi” ifadəsi klassik hərbi-siyasi bloklara əsaslanan müttəfiqlik modelinin effektivliyinin sual altına alındığını nümayiş etdirir. Azərbaycan təcrübəsi göstərdi ki, kağız üzərində mövcud olan kollektiv mexanizmlər real böhran anında işləmədikdə, ortaq dəyərlərə, qarşılıqlı maraqlara və siyasi etimada söykənən tərəfdaşlıq həlledici faktora çevrilir. Bu kontekstdə Azərbaycan–Türkiyə münasibətləri yeni regional realizmin nümunəsi kimi çıxış edir. Burada təhlükəsizlik diplomatik dəstək, siyasi legitimlik və mənəvi həmrəylik vahid paket kimi işləyir. Prezidentin vurğusu onu göstərir ki, milli maraqla mədəni-siyasi yaxınlığın üst-üstə düşdüyü hallarda dəstək mexanizmi davamlı xarakter alır. Məhz bu davamlılıq Azərbaycanın beynəlxalq təcrid ssenarilərini neytrallaşdıran əsas faktorlardan birinə çevrildi.

İslam Əməkdaşlıq Təşkilatına istinad isə daha incə bir problemi üzə çıxarır. İƏT çərçivəsində qəbul olunan qərarlar normativ baxımdan Azərbaycanın mövqeyini dəstəkləyirdi, lakin həmin qərarların icrası üçün real təzyiq alətləri mövcud deyildi. Belə bir vəziyyət beynəlxalq sistemdə tez-tez rast gəlinən paradoksu təsdiqləyir: hüquqi sənədlər var, amma onları hərəkətə gətirən siyasi iradə yoxdur. Prezidentin bu məqamı xatırlatması hüquqi legitimliklə real təsir gücü arasındakı fərqin altını cızmaq məqsədi daşıyır.

Ağdamdan səslənən çıxış bu baxımdan postmünaqişə dövrünün ideoloji çərçivəsini formalaşdırır. Azərbaycan burada özünü nə uzun illər ədalətsizlik yaşamış passiv qurban kimi təqdim edir, nə də qələbədən sonra revanşist ritorikaya üstünlük verir. Əksinə, təqdim olunan model rasional və nəticəyönümlü dövlət davranışına əsaslanır. Mesaj aydındır: beynəlxalq sistemdə ədalətsizlik mövcuddur, lakin onu emosional etirazla yox, düzgün strateji oxunuş və balanslı güc siyasəti ilə aşmaq mümkündür.

Bu yanaşmanın mərkəzində suverenlik anlayışının yeni interpretasiyası dayanır. Suverenlik beynəlxalq hüquq normalarına istinadla qorunan status deyil, eyni zamanda, real güc, regional tərəfdaşlıq və strateji müttəfiqlik balansı ilə təmin olunan siyasi vəziyyətdir.

Son olaraq qeyd edək ki, Ağdam görüşü Azərbaycanın beynəlxalq münasibətlər sisteminə ünvanladığı açıq siyasi bəyanata çevrilir. Bəyanatın mahiyyəti ondan ibarətdir ki, selektiv ədalət üzərində qurulmuş köhnə yanaşmalar öz legitimliyini itirib. Yeni reallıqda isə prosesləri əldə olunan nəticələr və formalaşdırılan güc balansı müəyyən edir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Dekabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see267

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see204

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see192

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see165

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see144

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see143

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see142

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see140

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri