Icma.az
close
up
RU
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun fəaliyyətə başlamasının 60 illiyi qeyd edilib

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun fəaliyyətə başlamasının 60 illiyi qeyd edilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 4 iyun, AZƏRTAC

“Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu” publik hüquqi şəxsin yaradılmasının 60 illik yubileyinə həsr olunmuş “Aqrar elmin müasir problemləri, ətraf mühit və ərzaq təhlükəsizliyi” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən elmi-tədqiqat institutları, Aqrar İnnovasiya Mərkəzi, Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutu, Aqrar Problemlər İnstitutu, Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarları İttifaqı Birliyinin rəhbər şəxsləri, Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Tacikistandan alimlər, akademik fəaliyyətlə məşğul olan mütəxəssislər iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, konfrans Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbiri açan “Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Elmar Allahverdiyev institutun fəaliyyəti, aparılan elmi-tədqiqat işləri, mövcud təsərrüfat sahələri, təcrübə stansiyaları, yeni yaradılmış tərəvəz sortları, tərəvəz toxumçuluğunun inkişafı, yerli toxumlara olan tələbatın ödənilməsi barədə görülən işlərlə bağlı ətraflı məlumat verib. İnstitutun 1965-ci ildə ölkədə aqrar sektorun əsas strateji və ixracyönümlü sahəsi olan tərəvəzçiliyin dinamik inkişafını təmin etmək məqsədilə yaradıldığını deyən Elmar Allahverdiyev bildirib ki, hazırda elmi müəssisədə qurulmuş biotexnologiya laboratoriyası, aqrokimya laboratoriyası və digər müasir laboratoriyalar günün tələblərinə uyğun elmi tədqiqatların aparılmasına və təcrübədə yoxlanılmasına imkan verir.

Daha sonra “Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu” publik hüquqi şəxsin yaradılmasının 60 illik yubileyinə həsr olunmuş tanıtım çarxı konfrans iştirakçılarına nümayiş etdirilib.

Tədbirdə çıxış edən Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov qeyd edib ki, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu yarandığı 60 il ərzində böyük yol keçib və ölkənin ən aparıcı elmi müəssisələrindən birinə çevrilib. Mərkəz direktoru bildirib ki, hazırda institutda müasir təsərrüfat şəraitinə uyğunlaşdırılmış tərəvəz bitkilərinin yeni sortları uğurla yaradılıb, biotexnologiyanın müasir nailiyyətlərindən istifadə etməklə onların seleksiyası və toxumçuluq üsulları təkmilləşdirilib. Vurğulanıb ki, institutun əldə etdiyi elmi nailiyyətlər regionlarda təşkil edilən Aqrar Biznes festivallarında uğurla sərgilənir və fermerlərin böyük marağına səbəb olur.

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Sialə Rüstəmova, Əkinçilik Elmi-tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov, Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun direktoru Ələddin Eyvazov, Daşkənd Botanika bağının nəzdində Biotexnologiya Laboratoriyasının müdiri Feruza Mustafina, Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarları İttifaqı Birliyinin sədri Fuad Məmmədov 60 illik yubiley münasibətilə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun kollektivini təbrik edib, onlara uğurlar arzulayıblar. Bildiriblər ki, müasir dövrdə aqrar sahənin elmi əsaslarla inkişaf etdirilməsi və elmi-texniki tərəqqinin aqrar sahəyə tətbiqi prioritet istiqamətlərdən sayılır. Kənd təsərrüfatında elm və innovasiyaların tətbiqinin genişləndirilməsi, aqrar sahədə aparılan tədqiqatlar məhsuldarlığın yüksəldilməsi və davamlı inkişafın təmin edilməsində mühüm rol oynayır. Mütəxəssislər qeyd ediblər ki, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu yüksək məhsuldar tərəvəz, bostan və kartof sortlarının yaradılması, qazanılmış elmi nailiyyətlərin və qabaqcıl təcrübənin istehsalata tətbiqi və geniş yayılması, tərəvəzçiliklə məşğul olan fermerlərə lazımi elmi-metodiki köməklik göstərilməsi, yüksək ixtisaslı kadrların hazırlanması işində mühüm rol oynamaqla aqrar elmin inkişafına sanballı töhfə verir.

Daha sonra tərəvəzçilik elminin inkişafında xüsusi xidmətləri olan alim və mütəxəssislərə fəxri diplom və təşəkkürnamələr təqdim edilib.

Tədbir iştirakçıları institutun müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyaları, toxum emalı kompleksi, istixana kompleksləri ilə yaxından tanış olub, yerüstü və yeraltı damlama, gübrələmə və ağıllı idarəetmə sistemlərinə, sınaq əkin sahələrinə baxış keçiriblər.

Konfrans işini bitki seleksiyası və toxumçuluğu, müasir becərmə texnologiyalarının tətbiqi, kənd təsərrüfatında genetik biomüxtəliflik, kənd təsərrüfatı bitkilərinin mühafizəsi və ekoloji təmiz məhsul istehsalı, bitkiçilikdə və heyvandarlıqda biotexnologiyaların rolu, son illərdə aparılmış nəzəri və praktiki tədqiqatların mühüm nəticələri, gələcək perspektivlərin müzakirəsi ilə davam etdirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see181

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see137

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see134

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri