Icma.az
close
up
RU
Tərlan Musayevaya həsr olunan kitabın təqdimatı keçirilib

Tərlan Musayevaya həsr olunan kitabın təqdimatı keçirilib

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Gəncliyə Yardım Fondunda əmək qəhrəmanı, Milli Məclisin I çağırış deputatı, Prezidentin fərdi təqaüdçüsü Tərlan Musayevaya həsr olunan kitabın təqdimatı keçirilib.

Adı dillər əzbəri olmuş məşhur mexanizator, pambıq ustasının 70 illik yubileyi münasibətilə hazırlanmış “Ulu öndərin “canlı əsəri” Tərlan” kitabının müəllifi yazıçı Vaqif Osmanlı, redaktoru nəşrin təşəbbüskarı olan Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin rəhbəri Güllü Eldar Tomarlıdır. Kitabda Tərlan Musayevanın ömür yolundan, ictimai fəaliyyətindən bəhs edilir.

Təqdimat mərasimində Milli Məclisin deputatı Razi Nurullayev, şəhid anası Sevil Hüseynova, şəhid bacısı, şair Lalə İsmayıl, Əməkdar mədəniyyət işçisi Çimnaz Əliyeva, politoloq, yazıçı Reyhan Mirzəzadə, Vətən müharibəsi qazisi, şair Rafael Tağızadə, Brilyant Atəş, Arzu Yaqubqızı və başqaları çıxış edərək əmək fəaliyyətinə görə “Lenin”, “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu” ordenləri, Xalq Təsərrüfatı Nailiyyətləri sərgilərinin medalları ilə təltif olunmuş, şəninə mahnılar, poemalar, şeirlər, sənədli əsərlər yazılan qəhrəmanın 70 illik yubileyi münasibətilə onu təbrik ediblər.

Bildirilib ki, Tərlan Musayeva kimi əmək qəhrəmanlarını nəinki bugünkü, həm də gələcək nəsillər tanımalıdır. O, hələ lap gənc yaşlarından çalışdığı sahədə fədakarlığı ilə seçilib. 17 yaşında orta məktəbi əla qiymətlərlə bitirib ali təhsil arxasınca getmək əvəzinə, peşə məktəbini seçməklə ailəsini, müəllimlərini, həm də məktəb yoldaşlarını təəccübləndirib. 18 yaşında pambıq tarlasında “dəmir at”ın sükanı arxasına keçəndə, 21 yaşından 10 il dalbadal Sevil Qazıyeva adına mükafatın, həmçinin Paşa Angelina, Tursunoy Axunova mükafatlarının qalibi olanda da çoxları heyrətlənib. 23 yaşında SSRİ Ali Sovetində deputat kimi Azərbaycanın 9 rayonunu təmsil edən ən gənc Tərlan hamının diqqətini özünə cəlb etməyi bacarıb. Keçən yüzilliyin 70-80-ci illərində orta məktəb şagirdləri əmək mövzusunda inşa yazanda çoxları Tərlan Musayevanı özünün idealı, qəhrəmanı, kumiri hesab edirdi.

Müəllif qəhrəmanın ilk baxışdan görünməyən, az işıqlandırılan cəhətlərini axtarıb tapmağa, onun haqqında yazılan ədəbiyyat nümunələrini, rəngarəng mövzulardakı saysız-hesabsız müsahibələrini, cəsarətli çıxışlarını bir toplu kimi düzüb-sıralayıb kitaba sığışdırmağa çalışıb. Kitab Tərlan xanımın 70 illik zəngin və mənalı ömrünə müəllifin özünəməxsus prizmadan baxışıdır.

Kitabda Azərbaycanın ən yaxın tarixinin – ötən əsrin 70-80-ci illərindən çağdaş günlərimizə qədərki dövrünün ictimai-siyasi mənzərəsinə, sadə bir zəhmət adamının şəxsiyyətinə, mənəvi dünyasına, eləcə də Vətən və torpaq sevgisinə Tərlan xanımın ömür və əmək yolunu vərəqləməklə işıq salınır.

Mərasimində Tərlan Musayeva onun haqqında yazılmış kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıq edib. Özünün keçdiyi zəhmət yoluna qısa nəzər salaraq deyib ki, Ulu öndər onun qazandığı uğurlara hər zaman xüsusi diqqət və qayğı göstərib və yüksək qiymətləndirib. Qazandığı bütün uğurlara görə   Ümummilli liderin ruhuna borclu bildiyini xüsusi olaraq vurğulayıb. Yubilyar gəncləri zəhmətdən qorxmamağa, daim əməksevər olmağa səsləyib, çəkilən zəhmətin mütləq öz bəhrəsini verəcəyinə əminliyini ifadə edib.

Təqdimat mərasiminin yekununda kitab müəllifin imzası ilə iştirakçılara təqdim olunub.

XQ 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:366
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Yanvar 2025 01:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri