Icma.az
close
up
RU
Terrorçu Yasin niyə asılmayıb? Fəridin edamdan qurtuluşuna sözardı

Terrorçu Yasin niyə asılmayıb? Fəridin edamdan qurtuluşuna sözardı

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Fərid Səfərlinin əsirlikdən qurtulması yeni 2025-ci ilin yadda qalacaq ilk xoş hadisələrindən sayıla bilər. Anası Dilarə xanımın ürək ağrıdan açıqlamasını nəzərə alsaq, - bir ana övladının əzabları ilə bağlı yalan danışmaz, - azərbaycanlı gəncin İrandakı iki illik dözülməz zindan həyatını yalnız əsirliklə, işgəncə ilə müqayisə eləmək lazım gəlir. Özü də erməni əsirliyi və işgəncələri ilə.

Dilarə xanım təfərrüatı açıqlamasaydı da, çörəyi azğına yeyənlər gerçəyi onsuz da bilir. Bu da ondan ibarətdir ki, İran və onu hakim rejimi özünü bizə nə qədər “dost, qardaş” kimi sırımağa çalışsa da, heç vaxt Azərbaycanın dostu, qardaşı olmayıb, olmayacaq. Dindaşlığa gəlincə, bəli, özümüzdən asılı olmayaraq, biz anadan dindaş doğulmuşuq. Ancaq bu, üstünlük sayılmaz. Hər hansı millətlə dindaş olmaq, sadəcə, bir şans: ondan istifadə edə də bilərsən, etməyə də.

Sözü həmçinin ona gətiririk ki, İran özünə təhlükə saydığı dövlət müstəqilliyimizin bərpasını heç vaxt “həzm” etməyib və etməyəcək. Bizə qarşı kin-küdurəti bitməyib, bitməyəcək. Daim qardaş Türkiyə ilə təbii dost-müttəfiqliyimizin əleyhinə olub və olacaq. Hələ İsraili demirik...

Tehranın işğalçı Ermənistana məlum münasibətini, SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikasının müstəqilliyini 8-ci sırada (!) tanımasını yada salmaq, Türkiyə təcavüzkar ölkə ilə sərhədi bağlı saxlayarkən İranın işğalçı Ermənistan üçün, Xocalı soyqırımı törətmiş erməni cani rəhbərlər üçün “nəfəslik” rolu oynamasını, ona hər cür yardım eləməsini xatırlatmaq yetər. Hətta Səudiyyə Ərəbistanı işğala görə Ermənistanı dövlət kimi tanımamışdı.

Azərbaycan xalqı belə şeyləri necə unuda bilər? Bizi nə hesab edirlər? Eləcə də 44 günlük Vətən müharibəsi azmanı və ondan az sonra Tehranın erməni maraqları naminə Azərbaycana etdiyi son pisliklər. Sərhəd hədələri, dəniz hədələri, daha nələr...

Maraqlıdır, bizi İsraillə əlaqələrdə suçlayanlar nədən yəhudi dövlətinin Azərbaycana etdiyi tarixi yaxşılığı – müsəlman torpaqlarının işğaldan azad edilməsində göstərdiyi köməyi hələ də görməzdən gəlir? Müsəlman ümmətinə qeyri-müsəlman dövlətin yaxşılığını etiraf eləmək bir müsəlman üçün imandan deyil ki?

Söhbət xüsusən də SEPAH daxil, İran hakimiyyətinin mühafizəkar qanadından gedir. Özünə yaxın media orqanlarından Azərbaycanı hədəf almağa, təhdid etməyə davam edən SEPAH-dan.

Bu yerdə Fərid Səfərlinin anasının sözlərinə diqqət: “Fərid Azərbaycana təhvil verildi. Əlbəttə, istərdim daha tez olsun, amma açığını desəm, Fəridin SEPAH adlanan terrorist təşkilatı və ya İran rejiminin “məhkəmələri” haqqında dediklərini eşidəndən sonra düşünürəm ki, bu vəhşilər uşağı günahsız yerə edam da edə bilərmişlər. Biz onun 1 aya azad olunacağı ümidləri ilə yaşayarkən, Fəridi sərhəddə təhvil verməyə gətirən SEPAH zabiti ona “Sənin qalan bir ayını 10 il etmək bizim üçün çətin iş deyildi” deyib”.

Şəkk eləmirik. Buna da gedərdilər. Çünki görə-görə gəlirik. Əlahəzrət faktlar ortada...

Beləcə, adamı haqsız yerə zindanda saxlamaqları azmış kimi, son anadək onu hədələyib, psixoloji təzyiq göstəriblər. Yalnız ona görə ki, Fərid Azərbaycan dövlətinin vətəndaşıdır və işlətdiyi yeganə “günah” bir fars qızına aşiq olmasıdır. Amma İran rejimi, SEPAH işi elə düzüb-qoşub ki, guya Fərid həmin qızdan üstəlik, İrana qarşı “casusluq” üçün istifadə edib. Absurdun, iftiranın bu qədəri.

Hər şey qırağa, şər-böhtanın dinimizə görə nə boyda günah olduğunu adında “islam respublikası” olan İranın namaz qalan yetkililəri, özəlliklə “prokuror” və “müstəntiqləri” bilmirmi?..

“Ona heç bir aidiyyəti olmayan mövzularda uşağı saatlarca dindirməklə mənəvi cəhətdən məhv ediblər. Məsələn, yapışıblar yaxasından ki, cavab ver, “niyə Azərbaycan dövləti İsraillə dostluq münasibətləri saxlayır” və sair” (Ananın söylədiklərindən).

Guya özləri səbəbini bilmirlər. Sanki tovlayıb ələ keçirdikləri şəxs Almaniyada təhsil alan bir saf, sadəlövh azərbaycanlı gənc yox, yüksək çinli rəsmi, təhlükəsizlik zabiti imiş. Onu hətta edam edə bilərmişlər. Tehrandakı səfirliyimizə silahlı basqın edıb bir əməkdaşımızı öldürən, digərini ağır yaralayan terrorçu Yasin Hüseynzadəni çoxdan edam eləmək əvəzinə.

Nə oldu, Yasini niyə asmırsınız? Onun haqqında ki, məhkəmənin ölüm hökmü var. Çoxdan... /Musavat.com/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Yanvar 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri