Icma.az
close
up
RU
Terrorçunun layiqli cəzasına çatdırılması Azərbaycan Prezidentinin vətəndaşlarının hüquqlarını sonadək qorunması sayəsində mümkün oldu RƏY

Terrorçunun layiqli cəzasına çatdırılması Azərbaycan Prezidentinin vətəndaşlarının hüquqlarını sonadək qorunması sayəsində mümkün oldu RƏY

Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Tehrandakı səfirliyimizə hücum edən, səfirliyimizi əməkdaşını qətlə yetirən terrorçunun layiqli cəzasına çatdırılması yalnız və yalnız Azərbaycan Prezidentinin qətiyyəti, prinsipiallığı və öz vətəndaşlarının hüquqlarını sonadək qorunması sayəsində mümkün oldu”.

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, İran çox rəngarəng ölkədir: “Çoxsaylı müxtəlif monopulyativ qruplar çalışırdılar ki, səfirliyimizdə terror törədən cinayətkar məsuliyyətdən kənar qalsın, bundan sonra da bənzər hadisələrin törədilməsi üçün digərləri bu cinayət hadisəsindən ilham almış olsunlar. Azərbaycan Prezidenti necə ki 30 il torpaqlarımızı işğal altında saxlayan, xalqımıza qarşı terror törədən, xalqımızın milli-mənəvi dəyərlərini tar-mar edən, yurd-yuvalarımızı dağıdan erməni cinayətkarlarının böyük əksəriyyətinin Azərbaycanın ədalət mühakiməsinin qarşısına gətirə bildi, bu şəkildə də İranda xalqımıza, əslində isə Azərbaycan dövlətinə qarşı cinayət törədən terrorçunun layiqli cəzasını almasını təmin etdi. Hər bir ölkənin digər ölkədəki səfirliyi onun öz ərazisi hesab edilir. Bu terror aktı təkcə diplomatımıza qarşı deyil, həm də Azərbaycan dövlətinə qarşı törədilən terror aktı idi. Azərbaycan Prezidenti buna nail olmaqla bir daha göstərdi ki, heç kim heç yerdə Azərbaycana və onun vətəndaşlarına, onların təhlükəsizliklərinə qarşı cinayət əməlləri törətməsinlər, çünki harada olurlarsa, olsunlar, mütləq qanun qarşısında cavab verəcəklər. Məhkəmə qərarının yerinə yetirilməsinin gerçəkləşməsi  İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana sonuncu səfərindən sonra mümkün oldu. Bu da təsadüfi deyil. Beynəlxalq münasibətlər sistemində Azərbaycanın artan nüfuzu, regional müstəvidə ölkəmizin qüdrətinin artması Azərbaycanı İran üçün də vazkeçilməz tərəfdaşa çevirdi, ya da çevirməkdədir. Bu güclə hesablaşmamaq mümkün deyil. Pezeşkianın səfərindən sonra iki ölkənin münasibətlərində yeni mərhələnin başlamaqda olduğunu müşahidə edirik. Bu da Azərbaycanın etibarlı tərəfdaş, qonşuluq, dostluq, qardaşlıq münasibətlərinə sadiq olmasından irəli gəlir. Bir zamanlar Azərbaycanı İrana qarşı təhdid kimi göstərən qüvvələr artıq bunu edə bilmirlər, çünki Azərbaycan sübut etdi ki, İran heç vaxt onun ərazisindən təhdid edilə bilməz. Bu isə münasibətlərin yaxşılaşmasına gətirib çıxardı. Xüsusilə terrorçunun öz cəzasına çatdırılması İran-Azərbaycan münasibətlərinin önünü daha da açacaq”.

Aytəkin Qardaşova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://pravda.az
archiveBu xəbər 21 May 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkumlar arasında badminton yarışı keçirilib FOTOLAR

05 İyul 2025 10:02see119

Şəkidə yük və minik avtomobilləri TOQQUŞDU: İkisi körpə olmaqla dörd nəfər xəsarət aldı

05 İyul 2025 15:18see118

Rusiya MN: PUA istehsalı sexləri Geran 2 ilə vurulub

05 İyul 2025 13:30see118

Pezeşkian Azərbaycanla bağlı görün nələr DANIŞDI: “Mənə dedilər ki…” KONKRET

05 İyul 2025 10:34see117

Yaprak Dökümü nün çəkildiyi malikanə ofis oldu

05 İyul 2025 14:03see117

Şəmkirdə göldə boğulan 3 azyaşlı dəfn edildi KONKRET

05 İyul 2025 13:39see115

Samir Bağırova görə öldürülən rəqqasənin bacısı illər sonra danışdı

05 İyul 2025 14:44see115

Niderland millisinin üzvü Braziliya klubundan ayrıla bilər

06 İyul 2025 17:50see115

Dövlət dili Azərbaycan dilidirsə, o zaman büdcədən maliyyələşən ümumi təhsil də yalnız dövlət dilində olmalıdır

05 İyul 2025 14:59see115

ABŞ da fəlakət olub ölənlərin sayı 40 ı ötdü

06 İyul 2025 05:24see115

Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb SİYAHI

05 İyul 2025 11:10see114

Azərbaycanda nə qədər psixi xəstə var? Kişi və qadınların sayı

05 İyul 2025 12:56see114

Qonşu ölkəyə qovurucu istilərlə bağlı XƏBƏRDARLIQ edildi Temperatur 44 dərəcəyə çatacaq

05 İyul 2025 15:18see114

Avro qalxır, bu, Azərbaycan bazarına necə təsir edir? Açıqlama + VİDEO

05 İyul 2025 10:04see114

Boksçumuz Dünya Kubokunu bürünc medalla başa vurdu

05 İyul 2025 15:16see113

İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar FOTOLENT

05 İyul 2025 15:06see112

Dəniz sahilində ACINACAQLI VƏZİYYƏT: Vətəndaşların sağlamlığı təhlükədə

06 İyul 2025 19:51see112

Real ın oyunçusu: PSJ ilə yarımfinal əslində ÇL in finalıdır

06 İyul 2025 23:01see112

Azərbaycanın ilk Xalq artisti

06 İyul 2025 00:20see112

Qərbi Azərbaycan Xronikası İrəvan xanlığının Hindistanla böyük əlaqələri var idi

06 İyul 2025 01:03see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri