Icma.az
close
up
RU
Terrorsuz bir mühit Türkiyənin sosial iqtisadi inkişafını sürətləndirə bilər EKSPERT MÜNASİBƏT BİLDİRDİ

Terrorsuz bir mühit Türkiyənin sosial iqtisadi inkişafını sürətləndirə bilər EKSPERT MÜNASİBƏT BİLDİRDİ

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Terrorizmdən azad bir Türkiyə təkcə daxili sabitlik və təhlükəsizlik baxımından deyil, həm də regionda və beynəlxalq müstəvidə daha güclü, təsirli və proqnozlaşdırılan aktor kimi çıxış etməsi baxımından mühüm əhəmiyyət daşıyır". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.

Onun sözlərinə görə, terrorsuz bir mühit Türkiyənin sosial-iqtisadi inkişafını sürətləndirə bilər. Uzun illərdir ki, ölkənin ciddi maliyyə resursları terrorla mübarizəyə yönəldilir. Bu təhlükənin aradan qalxması ilə həmin resurslar təhsilə, səhiyyəyə, infrastruktur layihələrinə və digər vacib sahələrə yönəldilə bilər: "Bununla yanaşı, təhlükəsizlik risklərinin azalması xarici sərmayəçilər üçün də Türkiyəni daha cəlbedici bir bazara çevirər, turizm sektorunda bərpa və artım müşahidə olunar. Siyasi müstəvidə isə terrorsuz bir Türkiyə, daxili siyasi dialoqun daha sağlam və konstruktiv şəkildə qurulmasına zəmin yarada bilər. Terror təhlükəsi bəzən müəyyən azadlıqların məhdudlaşdırılması üçün əsas kimi göstərildiyi halda, təhlükənin aradan qalxması daha açıq cəmiyyət və güclü vətəndaş institutlarının formalaşmasına şərait yarada bilər.

Beynəlxalq siyasətdə isə Türkiyə öz resurslarını daha çox regional əməkdaşlıq və diplomatik təşəbbüslərə yönəldə bilər. Terrorsuz bir Türkiyə, həm NATO çərçivəsində, həm də Orta Şərq, Qafqaz və Balkanlar kimi həssas bölgələrdə sülh və sabitliyin təmin olunmasında daha fəal rol oynaya bilər. Ən önəmlisi isə odur ki, terror təhlükəsinin aradan qalxması türk xalqının gündəlik həyatına birbaşa müsbət təsir edəcək. İnsanlar daha az qorxu ilə yaşayacaq, sərbəst hərəkət edəcək və gələcək üçün daha böyük ümidlərlə planlar qura biləcəklər. Nəticə etibarilə, terrorsuz bir Türkiyə həm region, həm də dünya üçün daha sabit, inkişaf etmiş və güclü bir tərəfdaş deməkdir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 İyul 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see198

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see182

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see162

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see160

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see156

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see152

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see149

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see147

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Türkiyənin Ticarət Nazirliyi: Hindistandan idxal rüsumlarının azaldılması planlaşdırılmır

01 Fevral 2026 04:41see139

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri