Icma.az
close
up
RU
Terrorsuz Türkiyə , yoxsa Ermənistanla yaxınlaşma?!

Terrorsuz Türkiyə , yoxsa Ermənistanla yaxınlaşma?!

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

"Terrorsuz Türkiyə" projektinə, deyəsən, erkən sevinmişik. Hərçənd bu strategiya öz hədəflərinə onsuz da tam olaraq çatmamışdı. Hələ gediləcək çox yol, görüləcək çox iş, atılacaq çox addım var. Belə işlərdə atılacaq addımlarla yanaşı, atılmayacaq addımlar da çox önəmlidir.

Bilirsiniz, cinayət hüququnda ictimai təhlükəli hərəkət kimi, eyni nəticələri doğuracaq hərəkətsizlik də cəzalandırılır. Söhbət ictimai təhlükə yaradan hərəkətsizlikdən gedir. Bir də bunun böyük siyasətə ikili inikası var: cəmiyyətin, dövlətin, eləcə də, bir millətə məxsus iki dövlətin maraqlarına cavab verən, yaxud zərər vuran hərəkət və ya hərəkətsizlk.

Ermənistanla onillərlə öz sərhədlərini bağlı saxlamaq Türkiyə tərəfinin həm hərəkəti, həm hərəkətsizliyi idi. Əlbəttə, sözün yaxşı mənasında. Ermənistan Kəlbəcəri işğal edənə qədər bu ölkənin Türkiyə ilə sərhədləri açıq olub. Ancaq həmin vaxtdan - 1993-cü ildən Türkiyə Ermənistanla sərhədlərini qapadıb.

Əlbəttə, bu, Azərbaycan torpaqlarınn işğalına etiraz olaraq atılmış doğru hərəkət idi. Bu qərarın formal olaraq dəyişməz qalması özü də eyni zamanda həm doğru hərəkət və həm də doğru hərəkətsizlikdir. Ancaq reallıqda biz həm də onu görürük ki, zaman-zaman Türkiyə tərəfdən Ermənistanla yaxınlaşma impulsları var. Bunun ən bariz nümunələrindən biri 2008-ci ildəki "futbol diplomatiyası" idi. O zamankı xarici işlər naziri Əhməd Davudoğlu məlum "Sürix protokolu"nu imzalamışdı. Türkiyənin dönəm prezidenti Abdullah Gül isə İrəvana gəlib, Ermənistanın o zamankı prezidenti Serj Sarqsyanla birlikdə futbol matçını izləmişdi.

O da məlumdur ki, Azərbaycan və Türkiyə cəmiyyətləri buna çox sərt təpki göstərmişdi. Türkiyə-Ermənistan yaxınlaşması proyekti fiaskoya uğramışdı. Təkcə ona görə yox ki, bunu Azərbaycan istəmirdi. Həm də ona görə ki, buna Türkiyənin özündə də razı olmayanların sayı çox idi. O zaman keçirilmiş rəy sorğularında respondentlərin 96 faizi Əhməd Davudoğlunun "Sürix protokolları" avantürasına və Abdullah Gülün İrəvandakı futbol meydançasına daşıdığı məşhur gülümsər diplomatiya oyununa "yox" demişdi. Sonrakı dönəmlərdə həm Gül, həm Davudoğlu Türkiyədə siyasi səhnədən ya getdilər, ya da həmin siyasi səhnənin "müxalifətçilik" kulisinə sıxışdırıldılar. İndiki prezident hələ baş nazir olduğu dönəmdə - 2009-cu ildə Azərbaycana gəlmiş və Azərbaycan torpaqları azad olunmayana və sülh əldə edilməyənə qədər Türkiyənin Ermənistanla sərhədlərini açmayacağını demişdi.

Bəli, Azərbaycan öz torpaqlarını 2020-ci ildə azad etdi. Öz suverenliyini 2023-cü ildə tam təmin elədi. Ancaq Ermənistanla sülh hələ ki əldə olunmayıb. Azərbaycan da, Türkiyə də bu sülhü istəyir, ancaq Ermənistan öz müxtəlif üsullarla və oyunlarla sülhə mane olur, vazt uzadır, baş qatır. Bu sülhün əsas şərtindən - Azərbaycana qarşı ərazi iddialarını Konstitusiyasından çıxarmaqdan boyun qaçırır. Həm də bu, təkcə Azərbaycana qarşı deyil; Ermənistan Konstitusiyasında Türkiyənin özünə qarşı da ərazi iddiaları var. Ancaq buna baxmayaraq, Türkiyə xarici siyasətində bunu unudub, Ermənistanla yaxınlaşma xətti yürüdən məmurlar var. Mediadan bildiyimiz qədər, bu işin başında Türkiyə Xarici İşlər Nazirliyinin müstəşarı, indi ATƏT-in baş katibi olan Firuddin Sınırlıoğlu dayanıb. Bu "diplomatiya generalı" nədənsə "unudur" ki, Türkiyənin bir sıra vilayətlərini Ermənistan öz Konstitusiyasında öz ərazisi kimi göstərir. Buna Türkiyəyə, eləcə də, Azərbaycana qarşı "Konstitusion terror" da deyə bilərik. Hələ onu demirəm ki, Ermənistan hökumət səviyyəsində himayə etdiyi terror dəstələrini Azərbaycanla sərhəd bölgələrə yerləşdirir, onlara təlim keçir və sair. Yəni bu ölkə 2020-ci ildə müharibədə məğlub olsa da, öz xasiyyətini - terror dövləti olaraq mahiyyətini, siyasi təbiətini dəyişməyib. Bax, belə bir terror dövlətinin əsas rəhbər şəxsi - baş nazir Nikol Paşinyan Türkiyəyə dəvət edilib və o, prezident Ərdoğanla görüşəcək. Bundan əvvəl isə Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinçi Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanla görüşür. Çox qısa müddətdə terror dövlətinin - Ermənistanın iki mühüm rəsmisi Türkiyəyə dəvət alır. Həm də "Terrorsuz Türkiyə" şüarının gündəmdə olduğu bir zamanda.

Düzü, bu sətirləri ürək ağrısı ilə yazıram; Azərbaycandan sonra Türkiyəni ikinci - mənəvi Vətən sayırıq. Sözügedən hallar insanı dərindən üzür. Düşünürsən: niyə tələssin Türkiyə? Ermənistanla bu müəmmalı yaxınlaşma projesini cızanlar, onun lobbiçiliyini edən türk diplomatları, bürokratları nəyə nail olmaq istəyirlər?! Bəlkə İsrail-İran, Rusiya-Ukrayna müharibələri kontekstində Ermənistanı Rusiyanın qucağından, İranın təsirindən qoparıb, özünə dost edəcəklərini düşünürlər?! Ola bilər. Belə düşünə bilərlər. Hər kəs hər hansı məsələdə yanlış düşünə bilər. Vicdanlı yanılmalar da, xüsusi maraqlar da ola bilər. Bəs cənab Rəcəb Tayyib Ərdoğanın 16 il əvvəl Bakıda verdiyi bəyanatı necə unuda bilərlər?! Bu, axı Türkiyənin Ermənistan siyasəti məsələsi deyil, Türkiyənin Azərbaycan siyasəti məsələsidir. Başqa sözlə, Türkiyə-Azərbaycan münasibətlərinin həssas nöqtəsidir. Əgər 2008-ci ildə Azərbaycan və Türkiyə cəmiyyətləri - yəni eyni bir millətin iki parçası bu məsələyə - Ermənistanla bu cür yaxınlaşmaya "yox" demişdisə, bu tək millətin iki dövləti fərqli yanaşa bilməz axı. Ermənistanda "Qərbi Ermənistan" adlandırılan Türkiyə vilayətləri də Azərbaycan türkləri üçün Qarabağ qədər, Şərqi Zəngəzur qədər, Naxçıvan qədər, Gəncə qədər, Bakı qədər... doğma və qiymətlidir. Əgər Ermənistan türk dünyasının torpaqlarına - Azərbaycanın, Türkiyənin ərazilərinə öz əsassız və aqressiv iddialarında geri çəkilmirsə, bu nə "yaxınlaşma" oyunlarıdır?!

Məncə, türk toplumu olaraq bu sualları verməkdə haqlıyıq.

Bahəddin Həzi

Bahəddin Həzi,

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:285
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 18 İyun 2025 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri