Icma.az
close
up
RU
Gün ərzində nə qədər piyada gəzmək lazımdır?

Gün ərzində nə qədər piyada gəzmək lazımdır?

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

“Gündəlik piyada hərəkəti insan sağlamlığının sadə, amma ən güclü qoruyucu vasitələrindən biridir. Ürək-damar sistemi, dayaq-hərəkət aparatı, həm də psixoloji vəziyyət üçün piyada gəzməyin təsirləri uzun illərdir elmi araşdırmalarla sübut olunub”.

Bakıvaxtı.az xəbər verir ki. bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində fizioterapevt- reabilitoloq Aytən Musayeva deyib.

Onun sözlərinə görə, son illərdə ekspertlər artıq “nə qədər çox gəzsən, o qədər yaxşıdır” prinsipi əvəzinə daha dəqiq və fərdiləşdirilmiş çərçivələr təqdim edirlər:

“Çünki hər insanın yaşına, fiziki hazırlığına, xroniki xəstəliklərinə, hamiləlik vəziyyətinə uyğun ideal məhdudiyyətləri və imkanları var. Gün ərzində piyada gəzməyin ümumi qəbul olunan norması 6 000 – 8 000 addım və ya təxminən 30–45 dəqiqə fasiləsiz və ya bölünmüş gəzinti hesab olunur. Bu rəqəm Ümumdünya Səhiyyə Təşkilatının minimal aktivlik qaydalarına uyğundur və oturaq həyat tərzi keçirən insanlar üçün sağlamlıq risklərini ciddi şəkildə azaldır. Lakin burada vacib məqam var: fiziki aktivlik “hamıya eyni” qaydada tətbiq olunmur. Yaşlılarda 6 000 addım artıq ideal həddi təmin edir, lakin gənc və sağlam insanlar üçün 8 000 – 10 000 addım daha yaxşı nəticə verir. Gün ərzində çox gəzən, lakin digər fiziki aktivliyi olmayan insanlarda isə təkcə piyada gəzmək oynaqların yükünü artırıb bel və diz ağrılarına səbəb ola bilər. Ona görə də gəzinti həmişə əzələ gücləndirmə və dartınma hərəkətləri ilə tamamlanmalıdır”.

A.Musayeva bildirib ki, hamilə qadınlar üçün piyada gəzmək xüsusi əhəmiyyət daşıyır:

“Hamiləlik dövründə qan dövranı yüklənir, metabolizm yüksəlir və çanaq-bağ aparatında relaksin hormonunun təsiri ilə boşalma baş verir. Bu səbəbdən uzun müddətli və sürətli gəzinti qasıq və bel nahiyəsində əlavə gərginlik yarada bilər. Bu dövrdə həkimlər ümumilikdə 5 000 – 7 000 addım, yəni 20–30 dəqiqəlik gəzintini təhlükəsiz hesab edirlər. Hamiləliyin riskli olduğu hallarda (qəhvəyi axıntı, qarın gərginləşməsi, təzyiq dəyişməsi) gəzinti mütləq məhdudlaşdırılmalıdır.
Fizioloji ritmə görə gəzinti ən çox səhər saatlarında 10:00–12:00 arası və günorta yeməyindən 40–60 dəqiqə sonra edilən piyada aktivliyi qan şəkərini balanslaşdırır və şişkinliyin qarşısını alır. Axşam saatlarında isə yüngül 15 dəqiqəlik gəzinti yuxu keyfiyyətini artırır. Sürət də önəmlidir: çox sürətli və nəfəs darlığı ilə yürüş gündəlik sağlamlıq üçün yox, artıq idman məşqinə keçir və hər kəs üçün uyğun deyil. Orta sürətli, rahat nəfəs alınan temp optimaldır”.

Fizioterapevt qeyd edib ki, əgər insanda aktiv oynaq iltihabı, bel yırtığı kəskinləşməsi, kəskin tromboflebit, təzyiqin qeyri-stabilliyi və ya hamiləlikdə qarın dartınması varsa, uzun məsafələr zərər verə bilər:

“Həddinə qədər gəzinti güc və enerji verir, ancaq həddindən artıq gəzinti əks təsir yaradır: yorğunluq, əzələ spazmı, topuq şişməsi, diz oynaqlarında yüklənmə və ayaq altı fassiyanın qıcıqlanması. Nəticə olaraq, gündəlik piyada aktivliyi nə qədər düzgün planlanır və şəxsin öz bədəninin imkanlarına uyğunlaşdırılır, bir o qədər də sağlamlıq üçün dəyərli olur. Gəzintinin məqsədi bədəni cəzalandırmaq yox, onu hərəkət vasitəsilə gücləndirməkdir. İnsan öz orqanizmini dinlədikcə və imkanlarını anlayaraq hərəkət rejimini tənzimlədikcə piyada gəzmək təkcə fiziki sağlamlıq deyil, psixoloji rahatlıq üçün də ən sadə və təsirli vasitəyə çevrilir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:359
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Dekabr 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri