Icma.az
close
up
RU
Tərtərdəki qətlin ŞOK TƏFƏRRÜATI: Oğluna təklif edib ki, arvadını o öldürsün

Tərtərdəki qətlin ŞOK TƏFƏRRÜATI: Oğluna təklif edib ki, arvadını o öldürsün

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mayın 13-də saat 10 radələrində Tərtər rayonu, Poladlı kənd sakini 1990-cı il təvəllüdlü Hafizə Rzayevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

İlkin araşdırmalarla 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək gəlini Hafizə Rzayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şəhriyar Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

12:10

Tərtərdə baş verən dəhşətli qətl hadisəsinin təfərrüatları məlum olub.

Kənd sakinlərinin Oxu.Az-a verdiyi məlumata görə, hadisə namus üstə baş verib. Məlumata görə, 1990-cı il təvəllüdlü Hafizə Hüseynova ailəli olduğu halda, başqası ilə sevgili olub və onun qayınatası Səhliyar Hüseynov bundan xəbər tutub. O bu barədə dəfələrlə evində gəlininə və oğluna xəbərdarlıq edibmiş.

Məlumata görə, kişi oğluna təklif edib ki, həyat yoldaşını qətlə yetirsin, amma oğlu onu eşitməyib. Bu gün səhər saatlarında S.Hüseynov mətbəx bıçağı ilə gəlinin yataq otağına daxil olaraq onu xüsusi amansızlıqla qətlə yetirib. S.Hüseynov gəlinini 24 bıçaq zərbəsi ilə qətlə yetirib.

Hadisəni törədən S.Hüseynov bıçaqla birlikdə Tərtər Rayon Polis Şöbəsinə gələrək hadisəni törətdiyini etiraf edib və polisə könüllü olaraq təslim olub.

11:48

Tərtər rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Poladlı kəndində qeydə alınıb. Kənd sakini 1957-ci il təvəllüdlü Səhliyar Hüseynov evində gəlini Hafizə Hüseynova ilə mübahisə edib. Mübahisə nəticəsində S.Hüseynov 1990-cı il təvəllüdlü H.Hüseynovanı qətlə yetirib.

Hadisəni törətməkdə təqsirləndirilən qayınata S.Hüseynov saxlanılıb.

Aqil Vəlili

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 May 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri