Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Tesla” şirkətinin baş direktoru İlon Mask “Cybertruck” elektrik pikaplarının istehsalının 2027-ci ilin ortalarında azaldılaraq dayandırılacağını açıqlayıb.
Lent.az xəbər verir ki, Maskın sözlərinə görə, şirkətin Texas ştatındakı “Gigafactory” zavodunda istehsal gücü yeni “Cybercab” robotaksilərinin istehsalının artırılmasına yönəldiləcək.
Bununla belə, “Cybertruck” istehsalının tamamilə dayandırılacağı, yoxsa başqa zavoda köçürüləcəyi hələ məlum deyil.
2019-cu ildə təqdim edilən “Cybertruck” 2023-cü ilin sonlarında satışa çıxarılıb. Lakin futuristik dizaynına baxmayaraq, avtomobil gözlənilən satış göstəricilərinə çata bilməyib. ABŞ-da 2025-ci ildə cəmi 20237 ədəd “Cybertruck” satılıb ki, bu da 2024-cü illə müqayisədə 48 faiz azdır.
Model satışa çıxarıldıqdan sonra bir neçə dəfə geri çağırılıb və keyfiyyət problemləri ilə gündəmə gəlib. Qeyri-adi dizaynı və təhlükəsizlik tələbləri səbəbindən avtomobil Avropa bazarına da daxil ola bilməyib.
Mask “Cybertruck” istehsalının azaldılmasını “bir dövrün sonu” adlandırsa da, bu avtomobillərin uzun illər yollarda qalacağını bildirib.
Şirkət hazırda əsas diqqətini sükan və pedalları olmayan, tam avtonom idarəetmə üçün nəzərdə tutulan ikiyerlik “Cybercab” modelinə yönəldir.
Baxış sayı:125
Bu xəbər 06 Noyabr 2026 21:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















