Icma.az
close
up
RU
Tesla xəbərdarlıq verir: Böyük eniş dayandırıla bilmir

Tesla xəbərdarlıq verir: Böyük eniş dayandırıla bilmir

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Tesla" qlobal bazarda çətin bir dönəmə daxil olub. Şirkətin İsveç, Danimarka və Norveç kimi əsas Avropa ölkələrində avtomobil qeydiyyatı göstəriciləri kəskin şəkildə azalarkən, baş direktor İlon Maskın nəhəng məvacib paketi ilə bağlı mübahisələr də səngimək bilmir.
Avtosfer.az xəbər verir ki, "Tesla", baş direktoru üçün tarixdəki ən böyük korporativ ödənişi təmin etməyə çalışdığı bir vaxtda, satışlarda ciddi çətinliklərlə üz-üzə qalıb. Şirkət, xüsusilə Avropa bazarında daralma ilə mübarizə aparır, eyni zamanda artan rəqabət və Maskın siyasi çıxışlarının doğurduğu reaksiyalarla qarşılaşır.
ABŞ-da ilin ikinci rübündə satışların 13 faiz azalması, "Tesla"nın qlobal bazar payını qorumaqda çətinlik çəkdiyini göstərir. Analitiklər bildirirlər ki, əvvəlki rübdəki müvəqqəti artım əsasən elektrikli nəqliyyat vasitələri üçün vergi güzəştlərinin bitməsindən əvvəl baş vermiş tələsik alışlarla bağlı idi, bu isə böyümənin dayanıqlı olmadığını göstərir.
Avropadakı vəziyyət isə daha da narahatedici görünür. Oktyabr ayına aid rəsmi qeydiyyat məlumatlarına əsasən, "Tesla"nın satışları İsveçdə 89 faiz, Danimarkada 86 faiz, Norveçdə 50 faiz, İspaniyada isə 31 faiz azalıb.
Bu azalma, eyni dövrdə Avropada ümumi elektrikli avtomobil satışlarının 119 faiz artdığı şəraitdə baş verib. Bu, "Tesla"nın bazar payını sürətlə rəqiblərinə itirdiyini açıq şəkildə göstərir. Şirkətin İsveç və Niderland bazarlarında satış azalması bir neçə aydır davam edir.
Bununla belə, mənzərədə kiçik bir müsbət məqam da var: Fransada "Tesla" satışları eyni dövrdə 2,4 faiz artıb.
"Reuters" xəbər verir ki, "Tesla"nın Avropada çətinlik çəkməsinin iki əsas səbəbi var. Birincisi, Çinli elektrikli avtomobil istehsalçılarının aqressiv şəkildə bazara daxil olmasıdır. Yeni və rəqabətədavamlı modellərin artması, "Tesla"nın üstünlüyünü zəiflədir.
İkinci səbəb isə birbaşa İlon Maskın davranışları ilə bağlıdır. Onun ABŞ və Avropada siyasi məsələlərə qarışması və mübahisəli fikirlər səsləndirməsi, şirkətin imicinə mənfi təsir göstərir.
Satışların azaldığı bu kritik mərhələdə diqqətlər bir daha Maskın rekord məbləğli ödəniş paketinə yönəlib. Məlumata görə, "Tesla" rəhbərliyi bu nəhəng ödənişin təsdiqlənməməsinin Maskı şirkətdən ayrılmağa sövq edə biləcəyini iddia edir. Bu isə investorlar arasında ciddi narazılığa səbəb olur — çünki şirkətin satışları geriləyərkən CEO-nun bu qədər yüksək ödəniş alması müəssisənin maraqları ilə nə dərəcədə uzlaşır, sual doğurur.
İlon Maskın biznes imperiyasına gəlincə, milyarder sərvətinin əhəmiyyətli hissəsini yenə də "Tesla" ilə yanaşı texnologiya və kosmos sahəsindəki digər qeyri-adi, lakin iddialı layihələrinə yatırır.(HİT.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 06 Noyabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri