Təxirə salınan “Qəbələ” “Turan Tovuz” oyunu niyə 1 ci dəqiqədən başlayacaq? Sənan Abdullayev açıqladı
Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Misli premyer-liqasının 14-cü turu çərçivəsində keçirilməli olan “Qəbələ” – “Turan Tovuz” matçının Qəbələ şəhər stadionunu ağuşuna alan və baxış məsafəsini hədsiz qısaldan duman üzündən təxirə salındığından xəbərdarsız.
Bəli, dekabrın 8-də keçirilməsi planlaşdırılan duel bu səbəbdən 24-cü dəqiqədə yarımçıq dayandırıldı. Daha əvvəl sizi hadisələrin həmin günü əhatə edən axarı və Peşəkar Futbol Liqasının (PFL) qarşılaşmanın taleyi ilə bağlı qərarıyla tanış etmişik. Xatırladaq ki, qurumun İdarə Heyətinin dekabrın 11-də keçirilən iclasında oyunun tarixi və bununla bağlı başqa məsələlər ətrafında müzakirə aparılıb. Qış fasiləsinə qədər olan, eləcə də fasilədən sonrakı ilk turun təqviminin tam açıqlandığı, klublar fəaliyyət planını artıq müəyyənləşdirdiyi üçün, eləcə də bununla bağlı digər məqamlar və klubların da fikri diqqətə alınaraq qərar qəbul edilib ki, əhəmiyyətli hissəsi oynanılmadan yarımçıq dayandırılmış qarşılaşma 2026-cı ildə yeni oyun kimi keçirilsin. Klublar həmin oyunda sifariş vərəqəsində mövcud olan futbolçulardan istifadə etsin və bu matç üçün qüvvədə olan cəzalar Misli premyer-liqasının növbəti oyunlarına şamil edilsin.
Göründüyü kimi, PFL-in əksər məqamlarla bağlı qərarını anlamaq elə də çətin deyil. Burda futbol prinsiplərinin qorunduğu açıq-aşkar görünür.
Maraqlıdı, bəs matçın yeni oyun kimi keçirilməsinin, 1-ci dəqiqədən başlamasının səbəbi nədi? Axı hər iki komanda ilk 24 dəqiqədə yetərincə tər tökmüş, xüsusən “Qəbələ” bir neçə tutarlı hücum qurmuşdu.
Bu məqama aydınlıq gətirmək məqsədilə qurumun Media və marketinq direktoru Sənan Abdullayevə müraciət etdik. O, "Football-plus.az"a açıqlamasında qərarı belə izah etdi:
“Qərar premyer-liqanın Əsasnaməsinə uyğun verilib. 10-cu maddəyə nəzər salsaq görərik ki, “startı mümkün olmayan və ya başa çatdırılmamış oyun” maddəsinin 3.8-ci bəndində “oyun yarımçıq dayandırılan zaman görüşün əhəmiyyətli hissəsi oynanılıbsa və hesab arasındakı fərq açıq-aşkardısa, PFL hər iki komandanın razılıq məktubunu alaraq, oyunun dayandırıldığı zamanda hesabı olduğu kimi saxlamaq, matçı həmin hesabla rəsmiləşdirmək və bitdiyini elan etmək iqtidarındadı” sözləri yazılıb. Bununla bağlı, bütün məqamlar idman prinsipləri əsas götürülərək PFL-in səlahiyyətindədi. Amma burda oyunun əhəmiyyətli hissəsi oynanılmayıb. 24 dəqiqə matçın üçdəbir hissəsi belə deyil. Bu məqamlar maddənin detallarına uyğun gəlmədiyindən oyunun əvvəldən başlanılması barədə qərar verilib”.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 21 Dekabr 2025 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















