Icma.az
close
up
RU
Ömürdən uzun Çillə

Ömürdən uzun Çillə

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Turan Uğur, AYB-nin üzvü

Nə gizlədim, Novruz bayramının ilk bəşarətçisi olan Böyük çillənin gəlişini, Çillə gecəsini çox sevirəm. Çünki yeni sistemin başlanğıcında çəkəcəyimiz ağrılı-acılı Qış çiləsinə, qış əziyyətinə, qış xofuna, qış üşütməsinə ilac, məlhəm sayıram Çilləmizi.Şeiriyyatımızın Əhməd Cavad üfüqündə bərq vuran Günəş kimi görürəm Çilləmizi.Dilim-dilim kəsilən Çillə qarpızlarının qırmızıya boyanmış al rəngi kimi görürəm Çilləmizi. Al örpəkli Təbriz gözəllərinin al rəngli yanaqlarında zənəxdan kimi görürəm Çilləmizi.Özümü tanıyandan bəri evdə nənəmdən eşitdiyim “Böyük çillə girdi, Böyük çillə çıxdı, Novruza 50 gün qalmış Böyük çillə illə Kiçik çillə arasındakı Səddə bayramının şərəfinə şirin kökələrimiz hazır oldu, Kiçik çillə girdi, Xıdır Nəbi günlərində qovutumuz, boranı plovumuz hazır oldu, yalançı, xəbərçi çərşənbələri İlaxır təki eləməzlər” kimi gənəşiklərimiz – alaçalpo, ağlar-gülər başladı, Boz ay gəldi bozara-bozara və.s” kimi evdə eşitdiyim bu sayaq söhbətlər uşaqlığımın böyüklüyümə ən gözəl ərməğanıdır.

Bu söhbətlər Böyük çillənin astanasında bəlkə bir ömrə sığacaq, hətta onu adlayacaq qədər uzun, maraqlı və nağılvaridir. Bəlkə də ona görə Böyük çillənin gəlişi münasibətilə yazmağa başladığım bu yazımı heç düşünmədən “Ömürdən uzun Çillə” adlandırıram.

Əvvəla onu nəzərə çatdırım ki, Böyük çillənin gəlişi münasibətilə evdə artıq iki həftə var ki, hazırlığımız başlayıb.Çillənin rəmzlərindən olan boranı, nar tədarükümüzü çoxdan görmüşük.Həmşəri olduğumuzdan biz bayramlarımzı əsasən Təbriz dəstiri keçirər, yanaşmamız bu tayın camaatından nisbətən fərqli olar.Məsələn, quzeydə dekabrın 21-dən 22 nə keçən gecəni Çillə gecəsi qeyd edərlərsə, (üzgünəm ki, artıq şəhərlərimizin çoxu Çilləni keçirtmir, yalnız Naxçıvan və Lənkəran bölgəsi bu adəti əvvəlki şövqü ilə saxlayıb) biz 20-dən 21-inə keçən gecəni Yelda gecəsi, Çillə gecəsi kimi qeyd edərik. Qış fəsli bu il dekabrın 21 - isi, saat 19:03-də məmləkətimizə təşrif buyurur və Azər bayramını dekabrın 21 - i qeyd edəcəyik.

Vurğulayım ki, Azər bayramı türkün ən qədim bayramlarından biri kimi Novruzla eyni mahiyyət daşıyıb.Bineyi-qədimdən zillətli, şaxtalı-sazaqlı Qışı qarşılamaq naminə kişilərə məxsusi qayğı göstərilərdi.Çünki gələcək çox böyük əziyyətli günlər kişilər üçün hələ qarşıda idi: odun əldə etmək, ocağı alışdırmaq, azuqə birikdirmək və.s. Novruzda isə əksinə, xanımlarımızın iş-gücü artardı: ev-eşiyi yığışdırmaq, qapı-bacanı təmizləmək, biş-düş eləmək və.s.Ona görə bu 2 bayram - Azər və Novruz türk düşüncə sistemində qoşa qanad kimi bayram kültürümüzün əsasını təşkil edib.

Atam danışardı ki, Çillələrin, Xıdır Nəbinin və Çərşənbələrin - hər birində özünəxas plov hazırlanar və mütləq şəkildə bu sıralamada əndazə gözlənilərdi.Novruz bayramı axşamında Səbzi plov, nə bilim Çillə girəndə boranı plov, nə bilim bir başqasında müsəmma plov dəmlənərdi.Plov ən sevdiyimiz təam olduğundan indi bu fərqləri çox da önəmsəmirik, əsas odur ki, süfrəmiz halal və bərəkətli olsun, kafi.Bir də plova aş deyilməsi xitabını atam əsla qəbul etməzdi.Gerçəkdən də bu xörəyin adı plovdur, aş isə ümumi olaraq tarixən xörək, nahar anlamında işlədilib, hətta bəzi bölgələrdə aş duru yeməklərə deyilib.Məntiqlə götürəndə də elə belədir.

Xətai babamız demiş:

Söz var, kəsdirər başı,

Söz var, kəsər savaşı.

Söz var ağulu aşı,

Bal ilən yağ edər bir söz.

Burda da ümumi olaraq yeməkdən söhbət gedir.Yəni sözün gücü, təpəri olsa zəhərli xörəyi də bal ilə yağ kimi nuş etdirər.Dilimizdə işlənən “aşpaz “ ( aş+pəz) sözü də yemək bişirən anlamındadır, plov hazırlayan yox.“Aşpazdan küsən evə ac gedər” atalar sözümüz də fikirlərimə əyani sübutdur.

Gələk Çillənin mahiyyətinə: Xalq təqvimizə görə qışın 3 hissəyə bölünməsi - (Böyük çillə, Kiçik çillə, Boz ay) uzun qış günlərini qolay adlamaq mənasını daşıyıb.İnsanlar günü günə satarkən ayazlı, şaxtalı fəsildə bayram əhvallı, bayram ovqatlı elementlər arayıblar ki, uzunu yaxın, çətini asan eləsinlər.

Böyük çillədə biz Çillə simvollarını mütləq şəkildə hazırlayarıq.Boranı plovu süfrəyə düzməzdən əvvəl insana qüvvət verən çərəzləri, şirniyyatları masamıza qoyar, gecənin ənginliyinə qədər deyib-gülər, Allah verən nemətlərdən nuş edərik.Məxsusi , dəm-dəstgahla hazırlanmış boranı, yaxud döşəmə plovu gözümüzə təpər, ayrıca bir ləzzətlə Çillə plovunu canımıza sindirərik.

Müxtəlif ədviyyatın içində bulunduğu halvamız da Çillə gecəsinin vazkeçilməzi olur.Hətta Səməni halvası da hazırladığımız günləri yaxşıca xatırlayıram.Atam deyərdi ki,” Novruz martda başlamır ki, Novruz bayramı dekabrdan başlayır!”.Gerçəkdən də yeni sistemə keçməyimiz, Böyük çilləni qarşılamağmız Novruz yolunda ilk başlanğıc, ilk mərhələdir.

Süfrəmizə başqa meyvələr də düzərik, amma kitablarda yazılan kimi tonqal filan qalamarıq.Yəqin uzaq mazimizdə təmtəraqla qey edilən bu adətlər günümüzün reallığı fonunda təhrifə uğrayıb, nələrsə çıx-daş edilib, nələrsə dəyişdirilib.Bu tamamən normal haldır, bəlkə elə zamanın bu sayaq əsintiləri günümüzdə tam qanunayğun bir mənzərə yaradıb.

Bir də Çillə gecəsi mərhəmət, xoşgörü, xeyirxahlıq kimi məziyyətlərdən xali deyil.

Mahmud əmioğlu deyər ki, Təbrizdə bu gün də çörək formasında müxtəlif şirniyyatlar hazırlanar qonşulara Çillə payı verərlər.Bu paylaşım, bu bayramlaşma bizim aşağı-yuxarı bütün bayramlarımızda yer alır.

Bir sözlə, Böyük çillənin ömrü qırx gün olur, amma öz əzəməti ilə ömrümüzün sınırlarını ötüb keçir.Qoyduğu izləri, yaratdığı xatirələri uzaq gələcəkdən bizə əl sallayır.Çillənin havası elə olur ki, sanki payızın davamıdır.Bir vaxtlar ağ qar üstə qarğalar qara xal kimi görünərdi əgər Böyük çillədə qar yağsaydı, ancaq haçandı Böyük çillənin ağ qarı görünmür.Bəlkə də estafetini Kiçik çilləyə çoxdan ötürmüş, bu nədənlə fevral ayının şaxta-sazağı iliyimizə kimi işləyir.Fəqət Böyük çillə günlərində qar görməsəm də, Novruz bayramının bəşarətçisini çox sevirəm.Hə yazıma necə başlamışdım.Gəlin, bir də qayıdaq əvvələ.İlkinliyə, başlanğıca qayıtmaq vərdişimizi yadırğamayaq.

Yeni sistemin başlanğıcında çəkəcəyimiz ağrılı-acılı Qış çiləsinə ilac kimi, məlhəm kimi görürəm Çilləmizi.Şeiriyyatımızın Əhməd Cavad üfüqündə bərq vuran Günəş kimi görürəm Çilləmizi.Dilim-dilim kəsilən Çillə qarpızlarının qırmızıya boyanmış al rəngi kimi görürəm Çilləmizi.

Al örpəkli Təbriz gözəllərinin al rəngli yanaqlarında məskən salmış zənəxdan kimi görürəm Çilləmizi.

Bu səbəbdən ömürdən uzun Çillələri sevin! Sevin ki, Çillə gecəmiz də, Azər bayramımız da bizə sevgi gətirsin!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 Dekabr 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see655

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see357

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see241

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see224

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see223

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see222

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see220

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see218

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see215

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see215

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə Azərbaycan Universitetində olub

01 Oktyabr 2026 10:41see189

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see188

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see180

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see178

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see175

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see172

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see162

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see160

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see160

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri