Icma.az
close
up
RU
“Təxirə salınan tədbir bu il baş tutacaq” Fərid Qayıbov

“Təxirə salınan tədbir bu il baş tutacaq” Fərid Qayıbov

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İlin əvvəlində təxirə salınan “SportAccord” tədbiri növbəti il Azərbaycanda keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov “ExpoSport Azerbaijan 2026” idman sərgisinin açılış mərasimində bildirib.

Nazir bildirib ki, sözügedən yarış bəzi məsələlərə görə təxirə salınıb: “Hazırda Bakı dünyanın idman paytaxtıdır. Bu mənada, ölkədə irimiqyaslı tədbirlər, dünya və Avropa çempionatları, eləcə də digər turnirlər təşkil olunur. Böyük idman sərgisi olan “SportAccord” da planlaşdırılırdı. Təəssüf ki, bəzi məsələlərə görə həmin tədbir ilin əvvəlində təxirə salındı. Lakin növbəti il yenidən Azərbaycanda baş tutacaq. Buna görə də Bakının dünyanın idman paytaxtı olduğu bu ildə sərgi keçirmək qərarına gəldik”. 

O, sərginin iki gün davam edəcəyini diqqətə çatdırıb: “Federasiyalar da bu təşəbbüsü maraqla qarşıladılar. Burada idman şirkətləri də təmsil olunur. Əsas məqsəd ölkə idmanının təbliğatıdır. Sevindirici haldır ki, məktəblərdən, o cümlədən özəl təhsil müəssisələrindən çoxlu sayda uşaqlar, universitetlərdən gələnlər, tələbələr, gənclər və ümumilikdə bütün yaş kateqoriyalarından olan insanlar buraya qatılıblar. Tədbir iki gün davam edəcək. Stendlərdə federasiyalar xahiş etdilər ki, növbəti dəfə sərgi daha geniş ölçüdə təşkil olunsun. Son illər ərzində ilk dəfə keçirilirdi və inanıram ki, gələcəkdə bundan da böyük ekspozisiya baş tutacaq”. 

“Demək olar ki, bütün idman növləri burada uğurla təşkil olunur. Ümumiyyətlə, ölkədə idman dövlət siyasətidir. Bunu ölkə başçısı müəyyənləşdirib və son 30 il ərzində belə bir irəliləyişə nail olunub, bu uğurlar əldə edilib. Çox maraqlı stendlər var idi və federasiyalar fərqlənməyə çalışırdılar. Diqqət çəkən məqamlar olsa da, onları bir-bir qeyd etmək istəmirəm. Yaxşı hal odur ki, qurumlar bir-birinə yaxınlaşırlar. Hazırda hamı bir yerdə çalışır, əldə olunan nəticələr və güc də məhz bu birlikdədir”, - nazir qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Noyabr 2026 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see722

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see585

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see301

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see298

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see290

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see289

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see268

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see267

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see263

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see251

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see250

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see248

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see245

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see244

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see243

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see240

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see225

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see218

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see208

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri