Icma.az
close
up
RU
Təxminən 50 ölkə xərcləri azaltmaq üçün enerji səmərəliliyinə ehtiyacı dəstəkləyib

Təxminən 50 ölkə xərcləri azaltmaq üçün enerji səmərəliliyinə ehtiyacı dəstəkləyib

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Brüsseldə enerji səmərəliliyi üzrə 10-cu illik qlobal konfransda iştirak edən 50-yə yaxın ölkənin hökumət nümayəndələri enerji səmərəliliyinin iqtisadi, sosial və ekoloji faydalarını dəstəkləyiblər.

“Report”un Avropa bürosunun məlumatına görə, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi Brüsseldəki BEA konfransının yekunları üzrə qəbul edilmiş birgə bəyanatda deyilir.

Bu ölkələrin nazirləri və yüksək vəzifəli rəsmiləri vətəndaşlarına sərfəli və təhlükəsiz enerji xidmətlərinin göstərilməsi, biznesin rəqabətqabiliyyətliliyinin artırılması və ölkələrin enerji təhlükəsizliyinin qorunmasında enerji səmərəliliyinin mühüm rolunu təsdiqləyiblər.

Bəyanata əsasən, bu tədbirlər məqsədə çatmaqda əhəmiyyətli irəliləyişlərə töhfə verə biləcək əlverişliliyin təmin edilməsinə, həyat keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsinə yönəlmiş effektiv siyasət və tədbirlər vasitəsilə həyata keçirilməlidir.

Enerji Səmərəliliyi Hərəkatının dəstəyi ilə təşkil olunan konfrans Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensen və BEA-nın icraçı direktoru Fatih Birolun həmsədrliyi ilə keçirilib.

“Enerji səmərəliliyi bir çox problemlərin həlli üçün açardır. Buna görə də Aİ heç bir enerji vahidinin israf edilməməsini təmin etmək üçün həm birlik daxilində, həm də qlobal miqyasda fəaliyyətini ikiqat artıracaq. Ən təmiz və ən ucuz enerji istifadə etmədiyimiz enerjidir”, – Yorgensen deyib.

Yekun bəyanatda deyilir ki, təmiz enerjiyə keçid prosesin ədalətli olmasını və heç kimi geridə qoymamasını təmin etmək üçün insan mərkəzli olmalıdır.

Enerji səmərəliliyinin faydalarını artırmaq üçün innovasiya və rəqəmsallaşma vacibdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 İyun 2025 22:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see272

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see215

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see194

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see188

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see184

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see177

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see171

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see160

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see145

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see141

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see139

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see138

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see138

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri