Icma.az
close
up
RU
Texnologiya nəhəngini sarsıdan qalmaqal: Çox gizli məlumatlar itib

Texnologiya nəhəngini sarsıdan qalmaqal: Çox gizli məlumatlar itib

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Intel" şirkəti keçmiş bir proqram mühəndisinin, aralarında "çox gizli” qeydli sənədlərin də olduğu təxminən 18 min faylı oğurlaması ilə bağlı qalmaqalla üzləşib. 

Ölkə.az xəbər verir ki, keçmiş əməkdaş Cinfen Luo 2024-cü ilin iyulunda işdən çıxarılmadan əvvəl şirkətin məxfi məlumatlarını qanunsuz şəkildə kopyalamaqda ittiham olunur. "Intel" həmin vaxtdan bəri keçmiş işçisini tapmağa və oğurlanan faylları geri qaytarmağa çalışır.

Məlumata görə, Luo işdən ayrılmadan bir həftə əvvəl faylları kopyalamağa cəhd edib, lakin ilk cəhd şirkətin təhlükəsizlik sistemləri tərəfindən dayandırılıb. Buna baxmayaraq, o, üç gün sonra, işdən çıxarılmadan az əvvəl məlumatları şəbəkəyə qoşulan yaddaş cihazına köçürməyi bacarıb. Təxminən 18 min ədəd "Çox gizli” sənədin də bu köçürülən fayllar arasında olduğu bildirilib.

"Intel" bu qanunsuz ötürməni qısa müddət sonra aşkar edib və aylarla keçmiş əməkdaşa çatmağa çalışıb. Şirkət elektron məktublar və rəsmi yazılı müraciətlərlə məlumatların geri qaytarılmasını tələb etsə də, bu cəhdlər nəticəsiz qalıb.

"Intel" 250 min dollar təzminat tələb edir

Hadisədən sonra şirkət məhkəməyə müraciət edərək oğurlanmış bütün faylların geri qaytarılmasını və 250 min ABŞ dolları məbləğində təzminat ödənilməsini tələb edib. "Intel" daha əvvəl də oxşar hadisə ilə qarşılaşmışdı — keçmiş bir əməkdaşın "Microsoft"a keçməzdən əvvəl məlumatları qanunsuz şəkildə kopyaladığına görə günahkar bilinmişdi.

Xəbərin yayımlandığı vaxta qədər Cinfen Luonun hələ də tapılmadığı və iddialara cavab vermədiyi bildirilir. "Intel" isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Bu qalmaqal şirkətin maliyyə göstəricilərinin yenidən yüksəlişə keçdiyi bir dövrdə baş verib. Son rübdə "Intel" illik əsasda 3 faiz gəlir artımı qeydə alıb və səhmlərin dəyəri üç ay ərzində 78 faiz yüksəlib. Bununla belə, hazırda 38,85 dollar səviyyəsində olan səhmlər hələ də 2021-ci ildəki 70 dollarlıq zirvələrdən çox aşağıdır.

Fikri mülkiyyət oğurluğu kimi hadisələr, bərpa mərhələsində olan "Intel"in imicinə və etibarlılığına mənfi təsir göstərə biləcək kritik hadisələr kimi qiymətləndirilir.(qaynrinfo)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Noyabr 2025 04:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see132

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see131

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri